Məhkəmə qərarları › İş №3(066)-15/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-15/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-15/2023 23.01.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi və şikayətçi X1 iştirakı ilə, X1 Göygöl rayon polis şöbəsinin X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 məhkəməyə şikayət verərək Göygöl rayon polis şöbəsinin X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 10:15 radələrində Göygöl rayonu, Quşqara kəndi ərazisində Şəmkir rayonu istiqamətində şosse yolla “Chevrolet Cruze” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Göygöl rayonu YPX inspektoru polis baş serjantı X4 ona saxlama işarəsi vermiş, o isə idarə etdiyi avtomobili kənara çəkərək saxlamışdır. YPX inspektoru ona avtomobilin qeydiyyat nişanının yaxşı görünmədiyini bildirmişdir. Həmin gün yağış yağdığı üçün yollar palçıq olmuş, ona görə də nömrə çirklənmiş vəziyyətdə olub və yaxşı görünmürdü. O, dəsmal götürüb yerində nömrənin üstünü təmizləmişdir. Buna baxmayaraq inspektor ona 18 balı oldğuğundan maşının cərimə meydançasına aparılmalı olduğunu bidlrimişdir. Halbuki onun cəmi 15 balı var idi. O, maşını cərimə meydançasına saldırıb onu və maşında mənimlə birlikdə olan iş yoldaşı Məmmədov Əfqanı 4 saat dayanacaqda saxlatdırmışdır. İnspektorun qanunsuz hərəkətindən DİN-nin "102 xidməti"nə zəng edib məlumat vermişdir. Bundan sonra Qurbanov Vüsal guya mən Azərbaycan Respublikası İXM-nin 342.1.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilməsinə dair barəsində inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı tərtib etmişdir. Halbuki o, nöqsanı yerində aradan qaldırdığı üçün inzibati xəta törədilməmiş hesab edilməli idi. Ona görə də Göygöl rayon DYPB İXP ******* saylı protokola əsasən qanuna uyğun olmadan çıxardığı Göygöl rayon polis şöbəsinin X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Göygöl rayon polis şöbəsinə məlumat verilməsinə baxmayaraq Göygöl rayon polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasında şikayətçi X3 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək əlavə olaraq qeyd etdi ki, idarə etdiyi avtomobilin qeydiyyat nömrə nişanı çirkli olması səbəbindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin o, nömrənin çirkli olmasından deyil, polis əməkdaşının ona qarşı etdiyi qanunsuz hərəkətlərindən narazıdır. Polis əməkdaşı hadisə zamanı onu təhqir edib avtomobilini qanunsuz olaraq dayanacağa yerləşdirmişdir. Odur ki, qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçini dinləyib, şikayəti iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2022ci il tarixdə, saat 17:04-də Göygöl rayonu, Quşqara kəndi ərazisində “Chevrolet Cruze” markalı **-EH-*** d.q.n.n-lı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlamadan idarə etmişdir. X3 İXM-in 342.1.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 17:04-də Göygöl rayonu, Quşqara yolunda Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru Vüsal Qurbanov tərəfindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolda göstərilmişdir ki, X3 idarə etdiyi “Chevrolet Cruze” markalı **-EH-*** d.q.n.n-lı avtomobillə İXM-in 342.1.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixdə Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru Vüsal Qurbanov tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 həmin maddə ilə təqsirli bilənərək 40 manat məbləğində cərimə edilmişdir. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Göygöl RPŞ-nin DYPB-nin inspektoru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmidşir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru Vüsal Qurbanov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə İXP ******* saylı protokola əsasən X3 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı **-EH-*** d.q.n.n-lı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onu təmiz saxlamadığına görə İXMin 342.1.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə qırx manat məbləğində cərimə edilir. Şikayətin məzmunundan və şikayətçinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı **-EH-*** d.q.n.n-lı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onu təmiz saxlamadığını bildirmişdir. Göründüyü kimi şikayətçi özü nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onu təmiz saxlamadığını etiraf etmiş və bu hal özlüyündə də inzibati xəta tərkibi yaratmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar