Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-150/2025 17.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Rusiya Federasiyasının Volqoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-464/2024 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 17 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 5195 (beş min yüz doxsan beş) manat pul alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədi 25 sentyabr 2024-cü il tarixdə Göygöl rayonu İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Şəxs adına müvafiq sorğular edilmiş, lakin Şəxs rəsmi gəlir yeri və ya adına hər hansı daşınar, daşınmaz əmlak aşkar olunmamışdır. İcra sənədində qeyd olunan 5195 manat puldan cəmi 800 manat ödəniş edilmiş, hazırda qalıq borc 4395 manat təşkil edir. Borclu izahatında 4395 manat borcdan bugünkü tarixdə 250 manat ödəniş edə bidiyini, qalan borcu da hər ay hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Bununla bağlı borclu barəsində tərəflərindən İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirdi ki, borclu 5195 (beş min yüz doxsan beş) manat olan ümumi borcundan mart ayında 800 (səkkiz yüz) manat ödəniş etmişdir. İnzibati xəta haqqında protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, tələbkar Zərərçəkmiş şəxs şəxsən tanımamış, həmin şəxsdən borc pulu qayınatasının adına götürmüşdür. Belə ki, qayınatası ondan Qax rayonuna gedib dostu Zərərçəkmiş şəxs pulu götürüb qayınatasına çatdırmasını xahiş etmiş, o da Qax rayonuna gedərək Zərərçəkmiş şəxs pulu istədikdə Zərərçəkmiş şəxs onun adına aralarında borc müqaviləsi bağlanmasını təklif etmiş, o da qayınatasına zəng edərək məsələni bildirdikdə qayınatası ona Zərərçəkmiş şəxsla dost olduqlarını bildirmiş, pulu ondan götürüb qayınatasına çatdırmağı xahiş etmişdir. Bundan sonra O, Zərərçəkmiş şəxsla Qax rayonunda öz adına borc müqaviləsi bağlayaraq, Mənəfov Nozvruzdan borc pulu götürmüşdür. O, pulu qayınatasına çatdırdıqdan sonra Zərərçəkmiş şəxs zəng edərək pulu qayınatasına çatdırdığını bildirmişdir. Aradan aylar keçəndən sonra ona məlum olmuşdur ki, qayınatası ilə Zərərçəkmiş şəxs arasında olan borc mübahisəsi yekunlaşmadığı üçün Zərərçəkmiş şəxs hazırda onun barəsində məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, o, sözügedən icra sənədinin icrası ilə bağlı 8 gün həbs cəzası çəkib çıxandan sonra 800 manat pulu tələbkara ödəmiş və qayınatası borcu ödəməyəcəyi halda yerdə qalan borcu hissə-hissə özü ödəyəcəyini, hətta hazırda yoldaşının 15000 manatlıq əməliyyat xərci ilə bağlı satdığa qoyduğu ev satılan zaman borcu birdəfəyə bağlayacağını bildirmişdir. Onun rəsmi gəliri olmadığına görə cəmi bir dəfə mart ayında ödəniş etmişdir. Hazırda qayınatası Göygöl rayonu Şəhriyar kəndində yerləşən torpağını satdığa qoyaraq borcu bağlayacağını bildirmişdir. Qayınatası onu arxayın saldığı üçün, həmçinin ailə vəziyyətinin hazırda çətin olduğu, himayəsində azyaşlı 2 uşağı olduğu, yoldaşının əməliyyata ehtiyacı olduğu üçün borc ödənişini bağlamaqda çətinlik çəkir. Bu günkü tarixdə borcundan 250 manat ödəniş edə bilər. Borcu tam şəkildə bağlaması üçün ona ayın sonuna kimi vaxt verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-464/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-695/2024 saylı qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-464/2024 saylı qərarından Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu və barəsində inzibati icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(066)-729/2024 saylı icra sənədinə əsasən Şəxs 5195 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Bu günki tarixdə Şəxs 4395 manat borcu vardır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 729/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5000 (beş min) manat borc məbləği, borcun gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 125 (yüz iyirmi beş) manat borc məbləği, məhkəmə xərci olaraq 70 (yetmiş) manat dövlət rüsumu olmaqla ümumilikdə 5195 (beş min yüz doxsan beş) manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-729/2024 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-729/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs oğlundan 5000 (beş min) manat borc məbləği, borcun gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış 125 (yüz iyirmi beş) manat borc məbləği, məhkəmə xərci olaraq 70 (yetmiş) manat dövlət rüsumu olmaqla ümumilikdə 5195 (beş min yüz doxsan beş) manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs oğlunun barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs oğlunun icra sənədi üzrə hazırda 4395 (dörd min üç yüz doxsan beş) manat borcu vardır. Borclunun izahatı alınarkən borcundan 250 manat öədniş edə biləcəyini, qalan borcunu isə hər ay 200 manat ödəniş edəcəyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, icra sənədi icraata qəbul edildiyi vaxtadan keçən müddət ərzində borcun ödənilməməsi, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə hazırda borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-150/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-150/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver