Məhkəmə qərarları › İş №3(066)-153/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-153/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-153/2024 17.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-in İTB-in polis sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mətləb qızının, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Kobalt kəndində qeydiyyatda olan və Göygöl rayonu Yeni Qızılca kəndində yaşayan, Şəxs Mətləb qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-in İTB-in polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs Mətləb qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Zeynallı X2 rayonu Yeni Qızılca kəndində yerləşən “OBA” marketdə tərəzinin üstündə olan vətəndaş Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində “Samsung A 20” markalı 200 manat dəyərində telefonu oğurlamışdır. Bununla da Şəxs Mətləb qızı tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Göygöl RPŞ-in İTB-in polis sahə rəisi, polis kapitanı Nümayəndə bildirdi ki, xx.xx.2024-cü il tarixdə Zeynallı X2 rayonu Yeni Qızılca kəndində yerləşən “OBA” marketdə tərəzinin üstündə olan vətəndaş Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində “Samsung A 20” markalı telefonu oğurlayaraq ona 200 manat maddi ziyan vurmuşdur. Qeyd olunan inzibati xətanın Şəxs Mətləb qızı tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs Mətləb qızı tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mətləb qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Qızılca kəndində yerləşən “OBA” marketə ərzaq almaq üçün getmiş, sellofan torbaya kartof yığıb çəkisini öyrənmək üçün tərəziyə yaxınlaşarkən tərəzinin ustundə bir ədəd qara mobil telefon oluğunu görüb telefonu götürüb cibinə qoymuş və sonra həmin telefonu tanımadığı şəxsə 200 manata satmışdır. Hazırda törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə işlədiyi Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “OBA” marketdə tərəzinin üstünə özünə məxsus olan Samsung A 20” markalı 200 manat dəyərində telefonu qoymuş, sonra həmin telefonun yerində olmadığını müəyyən etmişdir. Mağazanın müşahidə kamerasına baxdıqda tanımadığı bir xanımın onun telefonunu həmin yerdən götürdüyünü müəyyən etmişlər. Bundan sonra polisə müraciət etmiş və telefonunun götürən şəxsin Şəxs Mətləb qızı olması müəyyən edilmişdir. Hazırda Şəxs Mətləb qızı ona dəymiş 200 manat maddi zərəri tam olaraq ödəmişdir, hal-hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, başlınmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarına əlavə edilmiş SD diskdə olan görüntülərdən görünür ki, xx.xx.2024cü il tarixdə Zeynallı X2 rayonu Yeni Qızılca kəndində yerləşən “OBA” marketdə tərəzinin üstündə olan vətəndaş Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində “Samsung A 20” markalı telefonu götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs Mətləb qızının tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını, eləcə də İXM-in yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Mətləb qızının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Mətləb qızı Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 53.0.10-cu maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar