Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-153/2025 05.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Xocalı rayonu, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o xx.xx.2025-ci il tarixdə idarə etdiyi Ford Transit” yük markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhər, A.Kazımov küçəsində yerləşən “Ümid” inşaatın qarşısında hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilə maddi zərər dəymişdir. Eyni zamanda Şəxs dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri almışlar. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələri ilə xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə inzibati protokolu müdafiə edərək göstərdi ki, 20 fevral 2025-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobillə Göygöl rayonu Çaykənd kəndi istiqamətində hərəkətdə olarkən Şəxs idarə etdiyi “Ford Transit” yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol ayrıcından yol ver nişanının tələblərinə riayət etməyərək birbaşa yola çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilən bədən xəsarəti almışdır. Qəza zamanı Zərərçəkmiş şəxs avtomobildə tək olmuşdur. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, 20 fevral 2025-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Ford Transit” yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol ayrıcından çıxarkən “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuşdur. Zərərçəkmişlə barışdığından cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, 20 fevral 2025-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “VAZ 2106” markalı, **-BL- *** dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən Şəxs idarə etdiyi “Ford Transit” yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol ayrıcından onun yoluna çıxdığından onunla toqquşmuşdur. Hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs heç bir şikayəti və tələbi yoxdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1963-cü ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. Məhkəmə-tibbi ekspertinin xx.xx.2025-ci il tarixli, 93 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sol əng, alt çənə nahiyyələrinin yaraları, sağ diz oynağı nshiyyəsinin qançırı, sıyrıq və şişkinliyi, sol diz oynağı nahiyyəsinin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2000-ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə olunmuş 14 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin DYPB-nə göndərilməsi, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və onlara qəbul edilmiş qərardan narazı qaldıqları halda Göygöl royon prokurorluğuna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış materialın arxivdə saxlanılması üçün Göygöl RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ilk dəfə inzibati xəta törətməsini, törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mürsül oğlunun barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-153/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-153/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver