Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-154/2025 05.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon Polis Şöbəsinin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsinin YNH inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 09 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Eibar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə inzibati protokolu müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 23- 30 radələrində sürücü Şəxs idarə etdiyi “Hyundai Sonata” minik markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə-Göygöl yolu ilə Göygöl şəhəri istiqamətində hərəkətdə olarkən dönmə əməliyyatı edərək qarşı hərəkət zolağına çıxmış və Göygöl- Gəncə yolu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21154” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli hesab etmir. Belə ki, hadisə zamanı zərərçəkmiş şəxs xəsarətinin olmamasını bildirmişdir. Polis əməkdaşı hadisə yerinə gələrkən xidməti avtomobillə gəlmədiyi üçün videogörüntü qeyd edilməmişdir. İş üzrə ekspertiza təyin edilməlidir. Həmçinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 aprel 2025ci il tarixli qərardan şikayət vermiş və Göygöl Rayon Prokurorunun “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarına əsasən həmin qərar ləğv edilmişdir. Odur ki, inzibati materialı yenidən araşdırılması üçün geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 inzibati protokola məhkəmədə baxılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 inzibati protokola məhkəmədə baxılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Göygöl Rayon Polis Şöbəsinin YNH inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, işdə olan Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, HK-1/430 nömrəli material üzrə Göygöl RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Nizami Şəbəndəyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və materialın araşdırılması üçün Göygöl RPŞ-nin Təhqiqat Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə yuxarıda sadalanan qanunun tələblərini rəhbər tutaraq qeyd edir ki, Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş Göygöl rayon X5 Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərar Göygöl rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarına əsasən ləğv edildiyindən hazırkı inzibati xəta haqqında işə baxılması və qərar qəbul edilməsi mümkün deyildir. Eyni zamanda qanunvericiliyin tələbinə görə məhkəmənin inzibati xəta haqqında işə qısa müddət ərzində baxmalı olması nəzərə alınmaqla həmin natamamlıqların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir. İnzibati xətalar haqqında işlərə baxılarkən həll edilən məsələlərdən biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında göstərilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasının qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Göygöl Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş 09 aprel 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Göygöl Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-154/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-154/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver