Məhkəmə qərarları › İş №3(066)-155/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-155/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-155/2025 19.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Samux rayonu, Nəbiağalı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.1.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Göygöl rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 13:10-da «DAİMLER BENZ 902 KA» yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.1.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə verdiyi izahatında göstərdi ki, 12 aprel 2025-ci il tarixdə Göygöl rayonu Quşqara kəndində xidmətdə olan zaman saat 13:10-da «DAİMLER BENZ 902 KA» yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanları standartlara uyğun olmadığı üçün tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin bitməsi məlum olmuşdur, daha sonra sürücüdən spirtli içki iyi gəldiyini hiss edərək vətəndaşı alkotestrdən keçməyə dəvət etmişdir. Alkotestr vasitəsilə müayinədən sonra Şəxs spirtli içki qəbul etməsi aşkar edilmiş, sürücünün etibarnaməsi olmadığından avtomobili duracağa yerləşdirmişlər. Daha sonra iltizam alaraq avtomobili digər şəxsə təhvil vermişlər. Sürücü alkotester nəticəsi ilə razılaşmadığı halda həkim müayinəsindən keçmək istəməsi barədə onların təkliflərini rədd etmiş və spirtli içki qəbul etməsini etiraf edərək bu barədə akta alkotesterin nəticəsindən etirazının olmamasını, həkim müayinəsinə ehtiyac olmaması barədə qeyd yazmışdır. Sürücü Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Aradan bir neçə saat keçdikdən sonra vətəndaş onların iştirakı olmadan içkili olmaması ilə bağı test nəticəsi almışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta ilə bağlı protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta ilə bağlı icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 12 aprel 2025-ci il tarixdə, saat 13:10 radələrində polis əməkdaşları onu saxlamışlar. Onu alkotesterlə yoxladıqdan sonra ona həkim müayinəsindən keçməsini təklif etməmişlər. Akta polis əməkdaşlarının təklifi ilə qeyd yazmışdır. Polis əməkdaşları onu həkim müayinəsindən keçirmədiklərinə görə özü gedərək Gəncə şəhərində həkim müayinəsindən keçmişdir. Avtomobili Göygöl rayonu Quşqara kəndindən Göygöl Rayon Polis Şöbəsinə gətirilərkən xeyli müddət keçdiyindən o, saat 16:02-də Gəncə şəhərində müayinədən keçmişdir. Təqdim edilmiş videogörüntü tam deyil və həmin video da olan bəzi hissələr çıxarılmışdır. Barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibаti iş mаteriаllarına əlаvə edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:10-da «DAİMLER BENZ 902 KA» yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs məxsus «DAİMLER BENZ 902 KA» yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saxlanca qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə həmin duracaqdan buraxılmışdır. Alkotester qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:07-də keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarı 0.418 promill olması müəyyən olunmuşdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş video görüntüdə Şəxs piyvə içərək avtomobil idarə etməsini etiraf edərək, hakim müayinəsinə ehtiyac olmamasını bildirmiş və bu barədə avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta qeyd yazaraq imza etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 180 nömrəli məktubdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:02-də öz şəxsi ərizəsi ilə müraciət edərək müayinədən keçmiş, müayinə həkim X2 tərəfindən aparılmış və nəticə olaraq “alkoqoldan qəbul” aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 12 aprel 2025-ci il tarixdə saat 13:10da Göygöl rayonu Quşqara kəndi ərazisində «DAİMLER BENZ 902 KA» yük markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqolun təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmədiyini, hadisə vaxtı ayıq olduğunu bildirmiş və məhkəməyə təqdim etdiyi 1268/2025 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktında göstərilmişdir, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:02-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserində tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Göygöl rayonu ərazisində idarə edərkən yol polisi əməkdaşları tərəfindən saat 13 radələrində saxlanılmış, yoxlama zamanı Şəxs etibarnamə olmadan avtomobili idarə etməsi müəyyən edilmişdir. Sürücünün spirtli içki qəbul etməsi ilə bağlı alkotestr vasitəsilə yoxlama keçirilmiş və Şəxs spirtli içki qəbul etdiyi müəyyən edilmiş, bununla bağlı həkim müayinəsindən keçməsi ona təklif olunmuş, lakin o, həkim müayinəsindən keçmək istəməmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Narkoloji Dispanseri tərəfindən verilmiş 1268/2025 saylı, xx.xx.2025-ci il il tarixli sərxoşluq hallarının tibbi müayinəsi aktında müayinə olunan şəxsin müayinəsinin xx.xx.2025-ci il tarixdə saat 16:02-də aparıldığı göstərilmişdir. Bu səbəbdən məhkəmə Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq vəziyətinin tibbi müayinəsi aktına tənqidi yanaşaraq qeyd edir ki, polis əməkdaşları tərəfindən sərxoşluq 13:07-də aşkarlanmış, bundan üç saat sonra Şəxs özü sərxoşluq vəziyətinin müayinəsindən keçmiş və müayinəni aparan həkimin kim olması göstərilmədən Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1268/2025 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan akt tərtib edilmişdir ki, belə bir sənəd mötəbər sübut hesab edilə bilməz. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 332.1 və 342.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 332.1 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunvericik eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.1.3-cü maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə r a r a a l d ı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.1.3-cü maddəsinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar