Məhkəmə qərarları › İş №3(066)-157/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-157/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-157/2025 21.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Hümbət oğlunun, onun qanuni nümayəndəsi (atası) X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Y.Daşkəsən Q.Zevin 19 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə1 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis leytenantı Nümayəndə1 izahatında bildirdi ki, Şəxs oğlu 26 fevral 2025-ci il tarixdə Daşkəsən rayonundan avtomobillə gələrək Zərərçəkmiş şəxs Hümbət oğlu ilə əlbəyaxa dava etmişlər. Hadisə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində baş vermişdir. Hadisə ilə bağlı müvafiq ekspert rəyinə əsasən dava nəticəsində zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət almışdır. Tərəflərə barışmaları təklif olunsa da barışıq əldə olunmamışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta ilə bağlı protokolu müdafiə edərək inzibati xətanı törətmiş şəxsin cərimə növündə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs Hümbət oğlu ilə birbirilərini uşaqlıq vaxtından tanımışlar. O, oğlu 26 fevral 2025-ci il tarixdə Daşkəsən rayonundan taksi ilə Göygöl rayonuna babası gilə kənd məhsulları apararkən yolda moykanın yanında taksini saxladıb ayaqyoluna getmiş, təsadüfən Zərərçəkmiş şəxs Hümbət oğlunu orada maşından düşərkən görmüşdür. Onlar bir yerdə söhbət edə-edə maşınla aşağı istiqamətə doğru getmişlər. Zərərçəkmiş şəxs ona dəfələrlə arxasınca danışdığını bildirərək onunla yüksək tonda qışqıraraq danışmışdır. O isə arxasınca danışmadığını İlkinə bildirsə də Zərərçəkmiş şəxs onunla yüksək tonda danışmağa davam etmiş, beləcə onların arasında ədavət yaranmışdır. Onlar 1-2 dəqiqəlik çəkişmiş və yerə yıxılmışlar, yaxınlıqdakı şəxslər onları aralamışlar. Bundan sonra oradan ayrılaraq o, babası gilə getmişdir. Hazırda zərəçəkmiş şəxslə heç bir ədavəti olmadığını barışmaq istədiyini bildirdi. Məhkəmədən cərimə növündə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Hümbət oğlu ifadəsində bildirdi ki, fevral ayının 26-sı axşam tərəfi moykaya gətirilmiş avtomobili yumağa gedərkən Şəxs moykanın yanında görmüş, onlar biraz söhbət etdikdən sonra Şəxs ondan maşına əyləşib bir yerdə getmələrini istəmiş, o, isə Şəxs moykada olan avtomobili yuması ilə bağlı onu gözləməsini istəmişdir. Şəxs razı olmamış, elə həmin vaxt bir yerdə maşınla aşağı istiqamətə getmələrini ondan istəmişdir. Bundan sonra o, Zaminlə razılaşaraq avtomobilə əyləşmiş və onlar avtomobillə aşağı istiqamətə hərəkət etmişlər. Onlar avtomobildən düşərək biraz söhbət etmişlər, daha sonra bir-biriləri ilə çəkişməyə başlamışlar. Zamin onun gözünün altına yumruq vuraraq onu yerə yıxmış, onlar yerdə çəkişərkən orada olan şəxslər onları aralamışlar. Dava nəticəsində onun gözünün altı göyərmiş və burnu qanamışdır. Əlavə olaraq bildirdi ki, Şəxs ona söydüyünü çayxanada olan tanışının mobil telefonunda görmüşdür, belə ki, Şəxs həmin şəxsin vatsap nömrəsinə onun barəsində nalayiq söyüş yazmışdır. Bundan sonra o, Şəxs onun arxasınca niyə söydüyünü soruşsa da Şəxs onun arxasınca söyüş söydüyünü etiraf etməmişdir. Həmçinin bildirdi ki, Şəxs onun arxasınca söyənə kimi onlar bir-biri ilə yaxın olmuş, aralarında heç bir ədavət olmamışdır. Hazırda Şəxslə barışmaq istəmir. İnzibati xətanı törətmiş şəxsin cərimə növündə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (atası) Nümayəndə2 izahatında göstərdi ki, onlar Şəxslə barışmaq istəmirlər, belə ki, Şəxs dəfələrlə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə canlı yayında onlara qarşı nalayiq sözlər işlətdiyini öz gözləri ilə görmüşdür. Məhkəmədən inzibati xətanı törətmiş şəxsin cərimə növündə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş MN seriyalı ******* nömrəli, 21 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 fevral 2025-ci il tarixdə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yol kənarında Zərərçəkmiş şəxs Hümbət oğlunun sifət nahiyyəsinə zərbələr endirərək ona fiziki ağrı yetirərək İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 110 saylı ekspert rəyinin surətindən görünür ki, 2008-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs Hümbət oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün üst qapağının, sol gicgah nahiyyəsinin qançırları, sol yanaq nahiyyəsinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün dolayı etirafedici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmək istəməsini və onun şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar