Məhkəmə qərarları › İş №3(066)-159/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-159/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-159/2025 24.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X3 barəsində inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X2 Rayon Məhkəməsinə şikayət verərək, «Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 9672553, EQ 9270676, EQ 10066692, EQ 9690534, EQ 10364252, EQ 10364253, EQ ******* və EQ ******* nömrəli elektron qərarların ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət (ərizə) və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Belə ki, X4 şikayətin forma və məzmununa dair tələblərlə əməl etməyərək EQ 9672553, EQ 9270676, EQ 10066692, EQ 9690534, EQ 10364252, EQ 10364253, EQ ******* və EQ ******* nömrəli elektron qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ilk növbədə inzibati xəta haqqında qərarlardan şikayəti inzibati xətanın törədildiyi, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verməmiş və həmin qərarlardan şikayət məhkəməyə 23 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş şikayət və ona əlavə edilmiş sənədlərdə inzibati tənbeh vermə haqqında qərarların şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmiş, bu hal şikayətdə göstərilməmişdir. Ona görə də həmin qərarlardan şikayət vermə müddətinin buraxılıbburaxılmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsəinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İnzibati Xətalar Məcəlləsində yol hərəkət qaydalarının pozulması ilə bağlı inzibati xətalara dair işlər üzrə qəbul edilmiş elektron qərarların çatdırılması İXM-in 125-ci maddəsi ilə tənzimlənir. İXM-in 126-cı maddəsi isə həmin qərarlardan şikayət verilməsi müddətini tənzimləyir. X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət versə də xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlar barədə daha gec məlumatlandırılması ilə bağlı sübut təqdim etməmişdir. Belə ki, qərarların qəbul edildiyi vaxtdan uzun müddət keçmiş, həmin qərarların İXM-in 125.2.2 və ya 125.2.3-cü maddələrinə uyğun olaraq şikayətçiyə nə vaxt verilməsi barədə hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, göstərilən çatışmazlıqlar olduğundan və inzibati xəta haqqında qərarlardan ilk olaraq şikayəti hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə vermədiyindən, şikayətə qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmədə baxılması mümkün görünmədiyindən, inzibati tənbeh vermə haqqında hansı tarixli qərarların nə vaxt almasını göstərmədiyindən, şikayət müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmədiyindən, şikayət müddət ötürüldükdən sonra verilmiş hesab edilməli və X3 EQ 9672553, EQ 9270676, EQ 10066692, EQ 9690534, EQ 10364252, EQ 10364253, EQ ******* və EQ ******* nömrəli elektron qərarların ləğv edilməsi barədə şikayətinə məhkəmədə baxılması mümkün olmadığı üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X3 barəsində inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Rəşad Mustafayev İş № 3(066)-159/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PRОTОKОL 24 aprel 2025-ci il Göygöl şəhəri Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X3 barəsində inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxışa hazırlanması məsələsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 11:05-də başladım. İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən etdim ki, X4 şikayətin forma və məzmununa dair tələblərlə əməl etməyərək EQ 9672553, EQ 9270676, EQ 10066692, EQ 9690534, EQ 10364252, EQ 10364253, EQ ******* və EQ ******* nömrəli elektron qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ilk növbədə inzibati xəta haqqında qərarlardan şikayəti hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verməmiş və həmin qərarlardan şikayət məhkəməyə 23 aprel 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materiallara inzibati tənbeh vermə haqqında qərarların şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmiş, bu hal şikayətdə göstərilməmişdir. Ona görə də həmin qərarlardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxartdım. Prosessual hərəkəti saat 11:15-də qurtardım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar