Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-16/2025 10.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin polis sahə rəisi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; xx.xx.1988-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Göygöl şəhəri, H.Əliyev pr, ev 90 ünvanında yaşayan Şəxs barəsində Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Göygöl rayon polis şöbəsində tərtib olunmuş materiallar baxılması üçün xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, vətandaş Şəxs Zərərçəkmiş şəxs məxsus qəbirdən 2 ədəd gül qabı oğurlamış və 100 manat ziyan dəymişdir. Həmçinin, materiala əlavə edilmiş Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs vətandaş X6 atasının qəbrindən 2 ədəd gül qabı oğurlamış ona 240 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi Nümayəndə inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən müxtəlif vaxtlarda törədilmiş oğurluq əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Şəxs zərərçəkmiş şəxslərin ailə üzvlərinə məxsus qəbirlərdən gül qabları oğurlamışdır. Əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs 100 manat zərər dəymişdir. Zərərçəkmiş şəxs X9 240 manat zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məxsus evdən əməliyyatçılar tərəfindən gül qabları götürülmüş, lakin başqa şəxslərlə bağlı oğurluq hadisələri olduğundan hazırda tədbirlər davam etdirilir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, Hadisə vaxtı içkili olmuş və hazırda törətdiyi əməldən peşimandır. Hadisə təxminən 24-25 dekabr tarixində qəbirsatanlığın yanından keçərkən, vəziyyəti yaxşı olmadığı və dolanşığı olmadığı üçün nə tapıb satacağını fikirləşmiş, həmin vaxt sipirtli içki içdiyindən sərxoş olmuş və sərxoş olması onu vadar etmişdir. Qəbiristanlıqdan 4 ədəd mərmər gül qabı götürmüş və satmaq üçün evə gətirmiş. Lakin sata bilməmiş və polis əməkdaşları axtararkən o həmin gül qablarını oğurladığını etiraf etmiş və gül qablarını təqdim etmişdir. 4 gül qabını eyni vaxta götürmüşdür. Gül qablarını qopardıb götürmüş, onları qara selefona qoymuşdur. Onların 4 ədədinin cəmi çəkisi 25-30 kq olmuşdur. Onun apardığı polis şöbəsində olan güldanlardır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə qardaşı X1 şəhərində Hərbi hissənin yaxınlığında yerləşən qəbristanlıqdan ona zəng edib və bildirib ki, atasına məxsus qəbirdən iki ədəd qara mərmərdən hazırlanmış gıılqabı yerində yoxdur. Bir neçə gündən sonra o, həmin qəbristanlığa gedib və orada olan məsul şəxslərdən bu barədə maraqlanıb, lakin onların xəbəri olmadıqlarını ona deyiblər və bununla bağlı maraqlanıb xəbər verəcəklərini bildirmişlər. Ancaq bir neçə gün keçməsinə baxmayaraq heç bir xəbər olmamış və o da xx.xx.2025-ci il tarixdə saat 14:08 radələrində DİN-nin “102” xidmətinə zəng edərək Göygöl şəhərində Hərbi hissənin yaxınlığında yerləşən qəbristanlıqdan atasına məxsus qəbirdən iki ədəd qara mərmərdən hazırlanmış gülqabların oğurlanmasını bildirmişdir. Qəbirin yanına iki ədəd güldan qoyulmuşdur və həmin güldanların ikisini təxminən 100 manata almışdır. Əlavə olaraq bildirdi ki, güldanlar 5 il əvvəl alınmışdır. Oğurluq nəticəsində ona 100 manat maddi ziyan dəymişdir. Hazırda gül qablarını dəqiq neçəyə almasını xatırlamır təxmini dəyəri 100 manat olmuşdur. Hazırda gül qabları onlara qaytarılmamışdır. Gül qablarının qaytarılmasını və geri öz yerlərinə qoyulmasını istəyir. Polis şöbəsində olan güldünalar ona məxsus deyil. Hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir və onun heç bir şikayət və tələbi yoxdur. Odur ki, inzibati işin icrasına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, təxminən 28-29 dekabar tarixində anasıgil Göygöl rayon qəbirstanlığında atası X8 qəbrini ziyarət etməyə gedən zaman qəbirin baş daşının sağında və solunda olan 2 ədəd qara mərmərdən olan güldanların olmadığını aşkar etmişlər və ona zəng edərək daşları qırıb apardıqlarını demiş və bundan sonra oda qəbiristanlığa getmiş və həqiqətəndə daşların yerində olmamasını görmüşdür. Bundan başqa axırıncı dəfə atasının qəbrini 3 gün əvvəl cümə axşamı günü ziyarət etmiş, həmin vaxt güldanların yerində olduğunu, oğurlanmış güldanların bir ədədini təxminən 1 il əvvəl 120 manata almış, ümumilikdə 240 manat civarında maddi ziyan dəymişdir. Onların güldanları geri qayıtmamış və onlara dəymiş zərər ödənilməmişdir. Onlara dəymiş zərər ödənilənədək şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, oğuranmış güldanlar onun onun babası X8 qəbrinə məxsudur. Onlar atası zərərçəkmiş şəxs X11 ilə babasının qəbrindən oğurlanmış güldanlarla bağlı polis şöbəsində olan güldanlara baxmış, həmin gülnadlar onlardan oğurlanan güldanlar deyil, belə ki polis şöbəsində olan güldanların ölçüsü balaca olmaqla, altlarında artırılma var. Lakin onların güldanları ölçücə böyük olmaqla altlarının artırması yoxdur. Onların güldanları geri qayıtmamış və onlara dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində müvafiq tədbir görülməsi üçün qərarların surəti Göygöl RPŞ-nin İTB-yə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00-da tutulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir və onun heç bir şikayət və tələbi yoxdur. İnzibati işin icrasına xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolların məzmunundan və Şəxs verdiyi izahatlarından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmiş, əməllərindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməklə, Zərərçəkmiş şəxs ilə barışmasını məsuliyyətini yüngülləşdirən hall kimi, məsuliyyətini ağırlaşdıran hall müəyyən edilməmişdir. Həmin Məcəllənin 38.3.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Zərərçəkmiş şəxs dəymiş zərəri ödəməsini və onunla barışmasını, eləcə də İXM-in yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol üzrə inzibati işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bundan əlavə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməklə, zərərçəkmiş şəxs X11 ilə barışıq əldə etməməsi və zərərin ödənilməsinə yönələn heç bir hərəkət etməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində tərtib olunmuş MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərаrın icrаsı Göygöl Rayon Polis X3 Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Şəxs barəsində olan MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol üzrə inzibati işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-16/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-16/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver