Məhkəmə qərarları › İş №3(066)-160/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-160/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-160/2023 25.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala xx.xx.2023-ci il tarixdə Göygöl rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsi tərəfindən daxil olmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə «TOYOTA PRİUS MİNİK » markalı, **-DX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilməsi barədə EQ 11881671 nömrəli qərar çıxarılmışdır. Lakin, Şəxs barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə «TOYOTA PRİUS MİNİK » markalı, **-DX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» qanunun tələblərini pozduğuna görə barəsində protokol tərtib edilərək 150 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin cəriməni 3 ay müddətində ödəməmiş, hazırda 150 manat cəriməni və 90 manat dəbbə pulunu cəmi 240 manat ödəniş etmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir, lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəriməni tam ödədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeydinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərarı qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-160/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN ROTOKOLU 25 aprel 2023-cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 11:35-da başlandı Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlmişdir. (İXM-112.1.2) Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarının olmasını izah edir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: vəsatətim yoxdur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.2001-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə «TOYOTA PRİUS MİNİK » markalı, **-DX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» qanunun tələblərini pozduğuma görə barəmdə protokol tərtib edilərək 150 manat miqdarında cərimə olunmağım barədə qərar çıxarılmışdır. Sədrlik edən s/c: Mən cəriməni 3 ay müddətində ödəməmişəm. - Hal-hazırda cəriməni ödəmişəm. Sədrlik edən işdə olan hüquqi sənədləri elan edir. (İXM-113. 2.7) Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 11:40-da bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-160/2023 25 aprel 2023-cü il Göygöl rayon Polis Şöbəsi Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl rayonu Balçılı kəndi Göygöl rayon məhkəməsinin 3(066)-160/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəq. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar