Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-162/2025 25.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatda olan və hazırda Göygöl rayon, Kərəmli kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş 25 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 25 aprel 2025-ci il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə Oruz qızı izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-764/2025 saylı icra vərəqəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2886/2024 nömrəli icra vərəqəsi, eyni zamanda Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(021)-1843/2021 saylı icra vərəqələrinin aliment hissəsində dəyişikliklər edilmiş, tələbkarın məhkəməyə müraciət etdiyi vaxdan, yəni 06 avqust 2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.49 misli həddində sabit pul məbləğində alimentin iki uşağa nisbətdə borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Aliment məbləğinin tutulması 06 avqust 2024-cü il tarixdən hesablansa da, həmin icra sənədi 23 aprel 2025-ci il tarixdə Göygöl Rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Bundan əvvəl icraatlarında borcludan hər iki uşaq üçün 260 manat məbləğində alimentin tutulması ilə bağlı Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(021)-1843/2021 saylı icra vərəqəsi, daha sonra isə aliment məbləğinin artırılaraq hər iki uşaq üçün 340 mant məbləğində alimentin tutulması ilə bağlı Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2886/2024 saylı icra vərəqəsi 29 dekabr 2024-cü il tarixdə icraatlarında olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-764/2025 saylı icra vərəqəsinə əsasən indeksasiya olunmuş aliment məbləğinin 06 avqust 2024-cü il tarixdən tutulması nəzərə alınmaqla borclunun bugünkü tarixə olan borcu 850 manat məbləğində müəyyən edilmişdir. Əlavə olaraq bildirdi ki, borclu Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2886/2024 nömrəli icra vərəqəsi üzrə icraata başlanma haqqında qərarı 14 yanvar 2025-ci il tarixdə qəbul etmişdir. Həmin icra sənədi üzrə borclunun 434 manat əvvəlki borcu, sonuncu Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-764/2025 saylı icra vərəqəsinə əsasən isə 416 manat yeni yaranmış borcu müəyyən edilmişdir. Hər iki uşaq üçün əvvəl cəmi 340 manat hazırda isə 392 manat aliment tutulmalıdır. Həmin artım avqust ayından hesablanmışdır. İnzibati xəta ilə bağlı protokolu müdafiə edərək protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, 200 manat Apellyasiya Məhkəməsi olan günü, 200 manat isə bugün olmaqla cəmi 400 manat məbləğində aliment borcundan ödəniş etmişdir. Bundan əvvəlki mart ayında 250 manat, fevral ayında 250 manat, yanvar ayında isə 300 manat məbləğində aliment borcundan ödənişlər etmişdir. Həmçinin daha əvvəlki tarixlərdə də aliment ödənişlərini etmişdir. Onun köhnə borcu 430 manat, yeni hesablama ilə isə 416 manat borcu vardır. Hazırda aliment borcundan 300 manat məbləğində ödəniş etmişdir. Əlavə olaraq bildirdi ki, o, başqa şəxslə ailə qurmuş, himayəsində azyaşlı qızı vardır. Gündəlik gördüyü işlərlə hazırkı ailəsinə də o baxır. O, imkanı çatdığı qədər mütəmadi aliment borcundan ödənişlər etmişdir, məhkəmə qətnaməsinin icrasında heç vaxt yayınmamışdır. Protokol tərtib olunduqdan sonra borcundan 300 manat ödəmiş, geri qalan borcunu isə ödəyəcəyinə söz verir. Alimentin artırılmış hissədə ikinci icrasənədi üzrə tələbin könüllü icrası barədə bildirişi xx.xx.2025-ci il tarixdə qəbul etmişdir və yeni icra sənədi üzrə hazırda 416 manat borcu hesablanmışdır, köhnə borcundan isə 134 manat borcu qalmışdır. Hazırda icra sənədlərii üzrə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından məlum olur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-764/2025 saylı icra vərəqəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2886/2024 nömrəli qətnaməsi – 29 avqust 2015-ci il təvəllüdlü X2 və 27 yanvar 2017-ci il təvəllüdlü X4 yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(021)-1843/2021 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment sabit pul məbləğində müəyyən edilməklə cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi – hissəsində dəyişdirilərək iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımlara nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində sabit pul məbləğində alimentin 29 avqust 2015-ci il təvvəllüdlü X2 və 27 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 25 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və əlavə sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd olunur ki, Şəxs hazırda 850 manat aliment borcu vardır. Məhkəmədə işə baxılarkən borclu Şəxs borcundan 300 (üç yüz) manat ödəniş etmiş qalan borcunu isə hissə-hissə olmaqla ödəyəcəyinə söz vermişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir, alimentin artırılmış hissədə ikinci icrasənədi üzrə tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə borcluya şəxsən təqdim edildiyi gün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə X1 hesabına ayrı-ayrılıqda 200 (iki yüz) manat və 300 (üç yüz) manat məbləğində ödənişlər edilmişdir. İcra haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3.-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 10.3.-cü maddəsinə əsasən, İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-162/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-162/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver