Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-164/2025 19.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon Prokurorunun nümayəndəsi Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Göygöl rayonu, Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 02 fevral 2025-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Mercedes benz E 280" markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində rayonun Qızılca kəndi istiqamətində hərəkətdə olarkən, idarə etməni itirməsi səbəbindən avtomobilin əks hərəkət zolağı ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “VAZ 2106" markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nm 327.1-ci maddəsində nəzərdə tutulan yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək və əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə edərək toqquşması nəticəsində Şəxs özü, eləcə də avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Göygöl Rayon Prokurorunun nümayəndəsi Nümayəndə iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilmiş xüsusatları nəzərə alaraq inzibati xətanı törətmiş şəxsin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, toy məclisindən gələrkən ona məxsus olan idarə etdiyi “Mercedes benz E 280" markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yoldan kənar torpaq sahəyə çıxması nəticəsində qarşı tərəfin idarə etdiyi “VAZ 2106" markalı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan 3 nəfər, həmçinin özü yüngül bədən xəsarəti alaraq xəstəxanaya aparılmışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışdığını bildirərək cərimə növündə inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişlər. Zərərçəkmiş şəxslər məhkəməyə ərizə göndərərək Şəxs ilə barışmalarını, onlara dəymiş ziyanın ödənilməsini, Şəxs heç bir şikayətlərinin və ya tələblərinin olmamasını bildirmişlər. Məhkəmə zərəçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarına əlavə edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə qərarın surətindən görünür ki, fiziki şəxs Şəxs 02 fevral 2025-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Mercedes benz E 280" markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində rayonun Qızılca kəndi istiqamətində hərəkətdə olarkən, idarə etməni itirməsi səbəbindən avtomobilin əks hərəkət zolağı ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “VAZ 2106" markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nm 327.1-ci maddəsində nəzərdə tutulan yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək və əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə edərək toqquşması nəticəsində Şəxs özü, eləcə də onun idarə etdiyi avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən avtoqəza törətməklə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göygöl RPŞ-nin İstintaq bölməsinin xx.xx.2025-ci il tarixli şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 47 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- alın nahiyyəsinin yarası, sağ gözün ağlı qişasına qansızma – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 48 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol göz nahiyyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma, burun nahiyyəsinin qançırı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə birgə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 57 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 58 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyyəsinin yarası – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Göygöl rayon prokurorluğuna verilmiş izahatın surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə rayonun Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayında qohumunun toy məclisindən çıxarkən həmkəndliləri Sədrəddin, Orxan və Rizvan ondan həmin şəxsləri də yaşadıqları Qızılca kəndinə aparmasını xahiş etmişlər. Yolda olarkən o, idarəetdiyi “Mercedes Benz E 280" markalı, **- FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetməsini itirib magistral yoldan torpaq yola çıxaraq avtoqəza törətmişdir. Avtoqəza nəticəsində avtomobildə olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X3 yüngül dərəcəli bədən xəsarəti almışlar. Hadisədən sonra onun səhhəti pisləşdiyi üçün Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs cəza verilməməsini xahiş edir. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs cəza verilməməsini xahiş edir. İşdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs cəza verilməməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta ilə bağlı iş üzrə icraatın başlanması barədə qərarı məhkəməyə təqdim etmiş orqan Göygöl Rayon Prokurorluğunun nümayəndəsini dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-164/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-164/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver