Məhkəmə qərarları › İş №3(066)-169/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-169/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-169/2025 30.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X1 xx.xx.2025-ci il tarixli, EQ 27181044 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: X2 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27181044 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində taksi fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə ilə günü 25 manat olmaqla "xxxx" MMCdə Vüqar adlı şəxsdən Chevrolet Cobalt LTZ Minik markalı 90PG318 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürmüşdür. Bir neçə aydan sonra 2024-cü ilin aprel ayında maşını Vüqara qaytarmışdır. Aprel ayından maşını sürməmişdir. Maşın Vüqarda olmuşdur. Həmçinin 2024-cü ilin iyul ayından nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il saat 15:36:26 radələrində Bakı, Fəthi Xoşginabi istiqamətində hərəkət zamanı guya yolda müəyyən edilmiş hərəkət surətini 12 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.1 maddəsi (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir) ilə EQ27181044 saylı xx.xx.2025-ci il tarixli elektron qərar tərtib olunaraq 400 manat cərimə edilmişdir. Həmin qərarı xx.xx.2025-ci il tarixdə almışdır. Əsassız və qanunsuz yazılan cərimə ilə razı deyil və hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 328.1 maddəsi ilə tərtib edilmiş EQ27181044 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayəti və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-cimaddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqda qərarda qeyd edilən xətanın X1 Bakı şəhəri Səbail rayonu ərazisində törədilməsi göstərilmişdir. Odur ki, xətanın törədildiyi yer Bakı şəhəri Səbail rayonu hesab olunur, həmin yer isə Göygöl Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı mövqeyə əsasən şikayətçi ilk növbədə inzibati xəta haqqında qərardan şikayəti xətanın törədildiyi yer üzrə verməli, sonradan vəsatətlə müraciət edərək yaşadığı yer üzrə göndərilməsini xahiş edəbilər. Hazırkı halda hesab edirəm ki, şikayət xətanın törədildiyi yer üzrə verilmədiyindən baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: X1 xx.xx.2025-ci il tarixli, EQ 27181044 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar