Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-17/2025 10.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Aşqılı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl Rayon Polis İdarəsinin İTB-in sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis baş leytenantı Nümayəndə izahatında bildirdi ki, tərəfindən MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qohumluq əlaqəsində olmaqla bir evdə yaşamışlar. Sonradan əmlak bölgüsü ilə bağlı aralarında mübahisə yaranmış, həmin vaxt X5 Hüseynova ilə əlbəyaxa münaqişəyə girmişlər. Araşdırma zamanı hər iki tərəf təhqiqat tərəfindən ekspertizadan keçirilmiş aparılmış ekspertizaya əsasən bir-birinin sağlamlığına dərəcəsi müəyyən edilməyən xəsarət yetirmişlər. Əlavə olaraq bildirdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsin baldızıdır.Tərəflərin hər ikisində xəsarət olmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs qohumluq münasibətini nəzərə alaraq aparılan araşdırma zamanı barışıq ərizəsi təqdim edərək şikayətini geri götürmüş, lakin Zərərçəkmiş şəxs şikayətini geri götürmədiyi üçün Şəxs barəsində inzibati xətalar məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati icraat işi açılmışdır. Barəsində inzibati icraat aparılan şəxsin himayəsində azyaşlı uşaq olmasını nəzərə alaraq yüngül cəza, yəni cərimə tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, hadisə təxmini olaraq noyabrın 16-sı və ya 17-si baş vermişdir. Böyük qardaşı Moskva şəhərində rəhmətə getmiş və həmin ərəfədə onun gətirilməsini gözləmişlər. O xx.xx.2024-cü il tarixdə Moskva şəhərində gəlmiş, onlardan sonra onun qardaşı gətirməli olmuşdur. Təxminən Noyabr ayının 16-sı, 17-si mağar gətirilmiş və yasla bağlı evdə hazırlıq görülmüşdür. Mağar hazırlanandan sonra atası günorta vaxtı qardaşına, yəni zərərçəkmiş şəxs Elza Nəcafzadənin yoldaşına malı rahatlamasını tapşırmış, qardaşı rahatlayacağını bildirmişdir. Həmin günü axşam saat təxminən 21 radələrində atası özü malı rahatlamaq üçün getmiş və malın rahatlanmadığını görmüşdür. Bundan sonra atası “belə olmaz axı, heyvanın dili-ağzı yoxdur, gərək desin ki, mənə su ver?” demişdir. Atası tövləyə girən vaxt qardaşı “sən hələ bir ölünü basır, nə haldasan girmisən mala heyvana, öldüyündü?” demişdir. O isə həmin vaxtı mağarın qablarını yuduqdan sonra çayı içmiş və çöldən səs-küy gəldiyini görmüşdür. Həmin vaxt çıxanda atasının əsəbi halda lapatkanı qucaqlamasını görmüş, atası qardaşına bir şillə vuraraq ona “özünü yığışdırmasını” demişdir. O isə ayıb olmasını camaatın içində belə eləməməsini bildirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs onun qızının saçından tutduğunu görmüş, özünü saxlaya bilməmiş və qızını onun əlindən alması üçün araya girmişdir. Bundan sonrası artıq yadında deyil. Əlavə olaraq bildirdi ki, barəsində tərtib olunmuş protokolla bağlı özünü təqsirli bilir. Himayəsində üç övladı var və onlardan biri Rusiya Federasiyasının vətandaşıdır. O Zərərçəkmiş şəxs vurmamış, sadəcə uşağını onun əlindən aralamaq istəmişdir. Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirdiyi yadında deyil, sadəcə uşağını onun əlindən aralamaq istəmişdir. Zərərçəkmiş şəxs yetirilən xəsarət yadında deyil, bəlkə uşağını aralayarkən necəsə olmuşdur. Onun uşağını Zərərçəkmiş şəxs niyə vurmaq istəməsini bilmir. O, Zərərçəkmiş şəxs əlindən tutmuşdur ki, uşağı aralasın, sonrasını isə xatırlamır. Onun uşaqlarının birinin 16, digərinin 13, birinin də 3 yaşı var. Ona cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmasını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə olan bu hadisə ilə ümumiyyətlə onun heç bir günahı olmamışdır. Yoldaşı və atasının mübahisəsi ilə əlaqədar çölə çıxmışdır. Çölə çıxanda yoldaşının acıqlı şəkildə maşını aşağıya doğru sürməsini görmüşdür. Həmin vaxt baldızının qızı qışqıraraq “ay dayı, eləmə” demişdir. O isə həmin vaxt uşaqlar sakitləşsinlər deyə telefonunu vermişdir. Telefonunu onlardan almağa gedəndə yoldaşı zəng etmiş və ona paltarınızı yığın çıxırıq buradan demişdir. O isə yaxşı, sakitləş, çıxırıqsa çıxaq demişdir. Həmin vaxtı otağa daxil olaraq veşlərini yığmağa başlamış ki, baldızının qızı gəlmiş, ona bütün aləmi sən qatırsan demişdir. O isə ona onunla bir işinin olmamasını çıxıb getməsini demişdir. O onu bu şəkildə qovalamaq istəyərkən uşağın anası, yəni baldızı Şəxs gəlmiş və ona nalayiq söyüşlər söyməyə başlamışdır. O həmin vaxtı uşağın saçından heç bir halda tutmamışdır. O həmin vaxtı əşyalarını yığışdırmasını bildirmişdir. Qonşular həmin vaxtı gələrək ayıb olmasını, yas yeridir, etməmələrini bildirmişlər. Həmin vaxt baldızı Şəxs qonşuların aralarına girməsini və heç bir şəkildə əlinin ona çatmamasını görüb, telefonu şəkildə onun sifətinə atmışdır. Həmin vaxt orada olan qonşular və qohumlar hər şeyi görmüşlər. Yoldaşı həmin vaxtı gələndə görmüşdür ki, baldızı, baldızının qızı və qayınanası, hər üçü onun üstünə tökülmüşlər. Yoldaşı onu onların əllərindən alaraq qapıdan çölə çıxarmışdır. Əlavə olaraq bildirdi ki, hadisə ilə bağlı polisdə də izahat vermişdir. Baldızı Şəxsın qızının adı Aytacdır. Baldızı Şəxs ona telefon vasitəsilə xəsarət yetirmişdir. Həmin telefonun kimə məxsus olduğunun dəqiq bilmir, yanılmırsa baldızı Şəxsın öz telefonu olmuşdur. Baldızı Şəxs telefonu onun sifətinə atmasının səbəbi onun ölən adama yas saxlamamasını bildirmələri olmuşdur. Hadisə vaxtı onun heç bir nalayiq hərəkəti olmamışdır. Mübahisə ata ilə oğul arasında olsa da ortada qalan o olmuşdur. Həmin vaxtı onun qayınanası da üstünə gəlmiş, arxasında olan qızının səsi hər yandan eşidilmişdir. Onların arasında olan mübahisə ilə əlaqədar 1 ilə yaxın yoldaşı ilə ayrıca kirayədə qalmışlar, sadəcə həmin vaxtı yaxın insanlar ayıb olmasını, yas mərasimi olmasını bildirmiş, bu səbəbdən bir neçə gün olardı ki, onlar bir yerdə qalmışlar. O baldızı Rəmziyyə ilə küsülü olmuş, sadəcə yas yerinə görə gəlmişdir. Orada belə heç bir münasibətləri olmamışdır. Hətda yas mərasiminin 3-ü günü yoldaşına artıq getmək istədiyini bildirmişdir. Rəhmətə gedən qaynının rus yoldaşı olmuşdur. O, əşyasını yığmağa gedərkən, baldızının qızı ona burda hər şeyi bir-birinə onun qatdığını bildirmişdir. Həmin vaxt o ona çıxıb getməsini onunla hər hansı işinin olmadığını demişdir. Nə onun saçından tutmuş, nə də başqa bir şey eləmişdir. Qız çölə tərəf getmiş ki, anası ilə qarşılaşmış və nə onlar nə isə danışmışlar, bundan sonra anası Şəxs gəlmiş və münaqişə böyüməyə başlamışdır. Şəxs əvvəlcə nalayiq söyüşlər söyməyə başlamış. Sonra isə başındakı qara çalmanı onun üzərinə atmışdır. Sonra da qonşular araya girdikləri üçün ona heç nə edə bilməyəcəyini görmüş və əlindəki telefonu sifətinə atmışdır. Baldızı ona telefonu atdıqdan sonra qaynanası Rəsmiyyə və qızı üzərinə gəlmişlər. O barışmır, vətəndaş olaraq hüququnu tələb eləyir, əlavə deyəcəyi yoxdur. Son olaraq bildirir ki, mübahisə zamanı Şəxs əli dəyməmiş, ola bilsin ki, aralayan zamanı kiminsə əli dəymiş və xəsarət almışdır. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanun çərçivəsində cəza verilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3, Şəxs qzınm, X2, Aytac Hüseynzadənin və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Göygöl RPŞ-nin İTB-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 və Zərərçəkmiş şəxs təhqir ilə bağlı xüsusi ittiham qaydasında məhkəmə orqanına müraciət etmək hüquqlarının olması izah edilməsi, qəbul edilmiş qərarın surəti maraqlı şəxslərə göndərilməsi və onlara qərardan narazı olduqları halda Göygöl rayon prokuroruna və ya məhkəməyə müraciət etmək hüququna malik olmalarının izah edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessul rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və toplanmış materialın arxivdə saxlanılması üçün Göygöl RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli, 681 saylı rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzzərində müəyyən edilmiş xəsarətlər – burun nahiyyəsinin və sağ gözün alt qapağının qançırları–bərk, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün dolayı etirafedici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə almışdır. Ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və onun şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-17/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-17/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver