Məhkəmə qərarları › İş №3(066)-170/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-170/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-170/2024 23.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Xanlar (Göygöl) rayonunun Balçılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Göygöl rayonu, Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (AZE ********) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3902/2017 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən Şəxs 14 mart 2018-ci ildən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ay, hər uşağa görə 100 (bir yüz) manat, olmaqla cəmi 200 (iki yüz) manat məbləğində aliment Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 1970 (bir min doqquz yüz yetmiş) manat aliment borcu yaranmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(66)-290/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müdətinə inzibati qaydada həbs edilmişdir. Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3902/2017/2022 saylı qətnaməsinə və icra vərəqəsini icra etməkdən boyun qaçırtmışdır. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 23 may 2024-cü il tarixli, 17446068 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)- 3902/2017/2022 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən Şəxs 14 mart 2018-ci ildən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ay, hər uşağa görə 100 (bir yüz) manat, olmaqla cəmi 200 (iki yüz) manat məbləğində aliment Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 1970 (bir min doqquz yüz yetmiş) manat aliment borcu qalmışdır. Maddi imkanı aşağı olduğu üçün ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3902/2017/2022 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən Şəxs 14 mart 2018ci ildən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ay, hər uşağa görə 100 (bir yüz) manat, olmaqla cəmi 200 (iki yüz) manat məbləğində aliment Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 1970 (bir min doqquz yüz yetmiş) manat aliment borcu qalmış və icra vərəqəsini heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış. İş materillarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3902/2017/2022 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən Şəxs 14 mart 2018ci ildən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ay, hər uşağa görə 100 (bir yüz) manat, olmaqla cəmi 200 (iki yüz) manat məbləğində aliment Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödəməlidir. İş materillarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(66)- 290/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müdətinə inzibati qaydada həbs edilmişdir. İş materillarında olan bildiriş və icraata başlamaq haqqında qərarlardan məlum olur ki, məhkəmə qətnaməsi və icra vərəqəsi icra edilməli olması izah edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:55-dən hesablansın. Qərаrın icrаsı Göygöl Rayon İcra və Probasiya Şöbəsinə və Göygöl rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar