Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-172/2025 15.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi ilə, X2 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X1 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3-cü maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarla, X3 idarə etdiyi “VAZ 21063” MİNİK markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə Göygöl rayonu Quşqara kəndi ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inizbati tənbeh vermə haqqında qərarından Göygöl Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, "VAZ-21063" markalı, **-BN-*** dövlət nömrə nişanlı minik avtomobili ona məxsusdur və həmin avtomobili sürücülük vəsiqəsi və digər qanunu sənədləri olaraq idarə edir. xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində Gəncə-Şəmkir yolunun Göygöl rayonu Balçılı kəndi yaxınlığında qarşı tərəfdən gələn ağ rəngli “VAZ-2107” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks istiqamətindən çıxaraq onun idarə etdiyi avtomobilinin qabaq sağ kırlosunu vuraraq hadisə törətmişdir. Hadisə yerinə Göygöl RPŞnin DYPB-nin polis baş leytenantı Nümayəndə gələrək hadisə yerini müainə etmişdir. Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı hadisə yerində ona əsassız olaraq xx.xx.2025-ci il tarixdə İXM-nin 327.2 və 327.3-cü maddələri ilə İXP ******* nömrəli protokol tərtib edərək, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərarla 100 manat məbləğində cərimə yazmışdır. Barəsində yazılan protokol əsassız olduğu üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə və digər dövlət qurumlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Göygöl RPŞ-nin DYPB-i tərəfindən xx.xx.2025-ci il tarixdə barəsində yazılan TP ******* nömrəli qərarla, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan narazı olduğu üçün ləğv edilməsinə dair məhkəməyə şikayət etmişdir. Hesab edir ki, Göygöl Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, 23 aprel 2025-ci il tarixdə, saat 10:05-də yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt o, oğlunun adına olan etibarnamə ilə idarə etdiyi “VAZ 2106” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən qabaqda hərəkətdə olan “TİR” nəqliyyat vasitəsinin dayandığını görüb yanından keçib yoluna davam edən zaman yanacaq doldurma məntəqəsindən başqa nəqliyyat vasitəsi sol tərəfini gözləmədən onun yoluna çıxmışdır. O qəzadan yayınmaq üçün idarə etdiyi avtomobili müəyyən məsafədə kənara çəkməyə çalışmış, lakin qarşı tərəf nəqliyyat vasitəsini saxlamamış və onun idarə etdiyi avtomobillə toqquşaraq avtomobilinin qabaq sağ kırlosunu vurmuşdur. Yol nəqliyyat hadisəsindən sonra qarşı tərəfdən niyə sol tərəfini gözləmədiyini soruşduqda isə qəzanı törədən Rizvan adlı şəxs həmin vaxtı şəhərə tələsdiyini ona bildirmişdir. Bundan sonra hadisə yerinə iki yol polisi əməkdaşı gəlmiş, həmin əməkdaşlardan biri ona baş vermiş yol nəqliyyat hadisəsinin şəklini çəkdiklərini, baş vermiş yol nəqliyyat hadisəsində qarşı tərəfin təqsirli olduğunu bildirərək, sığorta şirkətini hadisə yerinə çağırmasını və yolun boşaldılmasını ona təklif etmişdir. Aradan 5-10 dəqiqə keçəndən sonra telefon vasitəsilə izahat verməsi üçün polis şöbəsinə dəvət edilmişdir. Beləcə həm qarşı tərəf sürücü həm də o, izahat vermək üçün polis şöbəsinə getmişlər. Şöbədə izahatı yazdıran polis əməkdaşı yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb kimi izahatında onun idarə etdiyi avtomobil ilə qarşı yoldan, yəni Şəmkir rayonundan Gəncə şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin qarşısına çıxmış olduğunu qeyd etməsini istəmişdir. Lakin, o bununla razılaşmamış və beləcə polis əməkdaşı ilə onun arasında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşı izahatını istədiyi kimi yazmasını ona bildirmiş, o da izahatını özü bildiyi şəkildə yazmışdır. İzahat yazılandan sonra polis əməkdaşı onlara bilmədiyi ağ formalı kağız gətirərək həmin kağı imzalamalarını hər ikisindən istəmiş, həmin kağızı polis baş leytenantı Nümayəndə özü dolduracağını söyləmişdir. Həmin kağızın mahiyyətini soruşan zaman polis əməkdaşı sözügedən məsələni zəng edərək polis baş leytenantı Nümayəndə soruşmasını ona təklif etmişdir. Beləcə həmin kağızı imzalayaraq polis şöbəsindən ayrılmışlar. Hətta polis şöbəsindən ayrılmazdan əvvəl polis əməkdaşı 10-15 gün müddətində sığorta şirkətlərinə məlumat verməmələrini lazım olarsa özləri sığorta şirkəti ilə danışacaqlarını onlara bildirmişdir. Bundan sonra polis baş leytenantı Nümayəndə yanında olan zaman Nümayəndə hadisə ilə bağlı zərərin hər iki sğorta şirkəti tərəfindən bərabər şəkildə ödənilməsini təmin etdirəcəyini ona bildirmişdir. Bundan sonra qarşı tərəfin sğorta şirkətinin zərərin ödənilməsi ilə razı olmadığı ona məlum olmuşdur. Bu səbəbdən o, sğorta şirkətinə zəng edərək məsələni soruşduqda, sğorta şirkəti yol-nəqliyyat hadisəsini onun üzərinə yıxdıqlarını bildirmiş, bununla bağlı məhkəməyə müraciət etməsini ona məsləhət görmüşdür. Əlavə olaraq bildirdi ki, yol nəqliyyat hadisəsi yaşanan zaman o, idarə etdiyi avtomobillə qarşı yola, yəni Şəmkir rayonundan Gəncə istiqamətinə gedən yola çıxmamışdır, sadəcə qarşı tərəf onunla toqquşaraq onun nəqliyyat vasitəsini 1-2 metr sürüyərək qarşı yola çıxarmışdır. Göstərilənləri nəzərə alaraq polis baş leytenantı Nümayəndə onun barəsində tərtib etmiş olduğu protokolun ləğv edilməsi, avtomobilinə dəymiş zərərin sğorta şirkəti tərəfindən ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə izahatında bildirdi ki, X3 yol-nəqliyyat hadisəsi baş verən zaman qarşı yol zolağı istiqamətində hərəkət etmiş, qarşı zolaqda hərəkətdə olma səbəbi isə şəxsin özünün yolda hərəkətdə olan zaman qarşısında olan “TİR” avtomobilini ötüb keçməli olmasını bildirmişdir. Toqquşma yerindən qatar yoluna olan məsafə təxmini 50-60 metr təşkil edir. Həmçinin hadisə yerinə baxış keçirilən zaman məlum olmuşdur ki, “VAZ 2107” markalı nəqliyyat vasitəsi yola çıxarkən heç bir qayda pozuntusu etməmiş, sadəcə X3 nəqliyyat vasitəsi ilə əks hərəkət zolağına çıxdığı üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman X1 idarə etdiyi avtomobildə hər hansı sürüşmə baş verməmiş, asfalt yola təkər izi düşməmişdir. “VAZ 2107” markalı nəqliyyat vasitəsi yenicə hərəkətə başlayıb solunu gözləyərək yola çıxmış və yolda əks hərəkət zolağına çıxmış X1 idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Bununla belə X1 barəsində tərtib olunmuş inzibati xəta ilə bağlı protokol və qərar tam əsaslı və qanunidir. Göstərilənləri nəzərə alaraq verilmiş şikayət ərizəsinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.3-cü maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan X3 tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilmiş izahatda Bayram Namazov xx.xx.2025-ci il tarixdə saat 10:10 radələrində Göygöl rayonu Quşqara kəndində idarə etdiyi VAZ-2106 markalı, **-BN-*** nömrəli avtomaşınla üzü Şəmkir istiqamətinə hərəkətdə olarkən yolun sağ hissəsindən VAZ-2107 markalı **-BJ-*** nömrəli avtomobilin baş yola çıxdığından onun idarə etdiyi avtomobillə toqquşmasını bildirmişdir. İşdə olan X4 tərəfindən Göygöl Rayon Polis Şöbəsinə verilmiş izahatda Rizvan Sayadov xx.xx.2025-ci il tarixdə saat 10:10 radələrində Göygöl rayonu Nadel kəndində idarə etdiyi VAZ-2107 markalı, **-BJ-*** nömrəli avtomaşınla hərəkətdə olan zaman yolun sol hissəsində baş yolda olan “Qazel” markalı avtomobilin dayanaraq ona yol verdiyindən onun baş yola çıxmasını və hərəkətini başa çatdıran zaman “Qazel” markalı avtomobilin arxasından əks istiqamətdə VAZ-2106 markalı avtomobilin çıxaraq onunla toqquşmasını və hadisədə xəsarət alan olmadığını bildirmişdir. İşdə olan polis əməkdaşı tərəfindən təqdim edilmiş səsyazmaya aid bir ədəd CD diskə baxış keçirilərkən baş vermiş yol nəqliyyat hadisəsinin VAZ-2106 markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 təqsirindən baş verməsi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X3 idarə etdiyi “VAZ 2106" minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Quşqara kəndi ərazisində dəmir yol xəttinin təsiri dairəsində ötmə əməliyyatı və əks istiqamətli hərəkət zolağına çıxmağın qadağan olunması barədə yol hərəkəti nişanlarına məhəl qoymamış, idarə etdiyi avtomobili əks istiqamətli hərəkət zolağında idarə etməklə yol-hərəkəti qaydalarının tələblərini pozmaqla VAZ-2107 markalı, **-BJ-*** nömrəli avtomaşınla toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da X3 Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.3-cü maddələrində göstərilən inzibati xətanı törətmiş, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarla 100 manat inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 İXM-in 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməli və Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3-cü maddələri ilə olan inzibati tənbeh vermə haqda qərarı qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-172/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-172/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver