Məhkəmə qərarları › İş №3(066)-177/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-177/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-177/2025 12.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı ildə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Göygöl şəhəri, İ.Məmmədov küçəsi, ev 6 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş 13 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X6 tərəfindən xx.xx.1995-ci il tarixli, 1603 nömrəli qeydiyyat vəsiqəsi üzrə iddiaçı Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 54,5 kv.m olan 1 otaqlı yaşayış evi və həmin evə aid zirzəmi zəbtdən azad edilməıi, mənzilə aid giriş qapsının açılmalı, mənzilə aid sökülmüş divar və pilləkən cavabdehin öz vəsaiti hesabına bərpa edilməli, həmçinin iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh X1 alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra vərəqəsi Göygöl rayon İcra və Probasiyaşöbəsinin icraatına 11 oktyabr 2023-cü il tarixdə daxil olsa da işlə bağlı verilmiş apellyasiya və kassasiya şikayətlərinə görə icra sənədinin icrası dayandırılmış və 16 dekabr 2024-cü il tarixli Göygöl Rayon Məhkəməsinin məktubuna əsasən iş üzrə Apellyasiya və Ali Məhkəmənin qərarı ilə Göygöl Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanıldığı bildirilərək, icra sənədi üzrə icraatın davam etdirilməsi tələb olunmuşdur. Tərəflərindən borclu İcra şöbəsinə dəvət edilərək izahatı alınmış, borclu söküntü və bərpa işlərinin görülməsi ilə bağlı ona vaxt verilməsini xahiş etmişdir. Borcluya öhdəliyinin icrası ilə bağlı fevral ayının 12-dən sonraya yeni müddət təyin edilmişdir. Öhdəliyinin icrası ilə bağlı verilmiş vaxt ərzində borclu tərəfindən icra vərəqəsində qeyd olunmuş zirzəmi zəbtdən azad edilmiş, evin hasar hissəsi bərpa edilmiş, 100 manat məbləğində dövlət rüsumunun Zərərçəkmiş şəxs ödənilməsi təmin edilmiş, lakin məhkəmə qərarı ilə göstərilmiş pilləkənin cavabdehin öz vəsaiti hesabına bərpa edilməsi mümkün olmamışdır. Pilləkən kimi taxtadan tara kimi bir konstruksiya qoyulmuşdur. Pilləkənin nə materialdan olmasını bilinmir, lakin ümumi qəbul edilir ki, daş pilləkəndir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, sözügedən evi 1997-ci ildə sel basmış, sonradan həmin evi öz hesabına bərpa etdirmiş, həmin vaxtı da evin pilləkən hissəsində taxta vasitəsi olmuş, hazırda həmin taxta vasitəsini də pilləkən əvəzi olaraq yerinə qoymuşdur. Həmin evdə heç vaxt hörülü pilləkən olmadığı uçun hazırda onun üzərinə həmin yerə pilləkən quraşdırılması öhdəliyinə münasibətdə məhkəmə qərarı ilə razılaşmır. O, məhkəmə qərarında göstərilən öhdəliyini tam şəkildə yerinə yetirmişdir Göstərilənləri nəzərə alaraq məhkəmədən inzibati məsuliyyətə cəlb olunmamasını, barəsində aparılan inzibatı xəta ilə bağlı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirir ki, orada daş pilləkən olmuşdur. Hazırki vəziyyətdə mübahisə olacağı barədə təsəvvürü olmadığı üçün pilləkənin daş pilləkən olması ilə bağlı sübutu yoxdur. Ancaq orada hörgünü seldən sonra o aparmışdır. İş materiallarında olan: 2(066)-825/2023 saylı xx.xx.2023-cü il tarixli Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh X6 tərəfindən xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi üzrə iddiaçı Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 54.5 kv.m olan 1 otaqlı yaşayış evi və həmin evə aid zirzəmi zəbtdən azad edilməsi, mənzilə aid giriş qapısı açılması, mənzilə aid sökülmüş divar və pilləkən cavabdehin öz vəsaiti hesabına bərpa edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2531/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh X2 apellyasiya şikayəti təmin edilməyib. Göygöl rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(066)-825/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. Göygöl rayon Məhkəməsinin 3(066)-177/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-314/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilməsinə dair Göygöl rayon məhkəməsinin 13 may 2025-ci il tarixli 3(066)- 177/2025 nömrəli qərarından Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş yenidən baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli İcra vərəqəsindən və Göygöl rayon icra və Probasiya şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan məlum olur ki, X6 tərəfindən xx.xx.1995-ci il tarixli 7-1603 nömrəli qeydiyyat vəsiqəsi üzrə X3 məxsus ümumi sahəsi 54.5 kv. m olan 1 otaqlı yaşayış evi və həmin evə aid olan zirzəminin zəbtdən azad edilməsi, mənzilə aid giriş qapısının açılması, mənzilə aid sökülmüş divar və pilləkənin cavabdehin öz vəsaiti hesabına bərpa edilməsi göstərilmişdir. Göygöl Rayon İcra və Probasiya şöbəsi 244108/23 saylı xx.xx.2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-825/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə iş üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. X2 təqdim etdiyi X3 məxsus ümumi sahəsi 54.5 kv.m olan 1 otaqlı yaşayış evinin fotoşəkili olduğu deyilən fotoşəkildən görünür ki, mənzilin əvvəlki pilləkəni taxta materialdan olmuşdur. Göygöl Rayon İcra və Probasiya şöbəsinin 244108/23 saylı xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı üzrə göndərilən tələbin könüllü ödənilməsi barədə bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbi icra etmək təklif olunmuşdur. Əks halda barəsində daha ciddi tədbirlər tətbiq ediləcəyi bildirilir. İnzibati xəta haqqında 13 may 2025-ci il tarixli MN ******* saylı Göygöl rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş protokolda borclu Şəxs İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta törətdiyi qeyd edilmişdir. Borclu Şəxs Göygöl rayon İcra və Probasiya şöbəsində verdiyi yazılı izahatında qeyd olunur ki, icra sənədində göstərilən Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 54.5 kv.m olan 1 otaqlı yaşayış evi və həmin evə aid zirzəmi zəbtdən azad edilmiş, mənzilə aid giriş qapısı açılmış, mənzilə aid sökülmüş divar və pilləkən hissəsi bərpa edilmiş, 100 manat dövlət rüsumu Zərərçəkmiş şəxs ödənilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İşin hallarından məlum olur ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-825/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs məxsus 1 otaqlı yaşayış evini və zirzəmisini zəbtdən azad etməli, giriş qapısını açmalı, divar və pilləkəni öz hesabına bərpa etməlidir. Cavabdeh 1 otaqlı yaşayış evi və həmin evə aid zirzəmi zəbtdən azad etmiş, mənzilə aid giriş qapısı açmış, mənzilə aid sökülmüş divar hissəsini bərpa etmiş, lakin pilləkənin bərpa edilməsi hissəsində mübahisə yaranmışdır. Bundan sonra Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 13 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib etmiş və əlavə sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərmişdir. İnzibati işin hazırki məhkəmə araşdırılması zamanı 2(066)-825/2023 saylı mülki iş məhkəmə arxivindən şifahi sorğu olunmuş, tərəflərin iştirakı ilə mülki iş materiallarına baxış keçirilmiş, nə mülki iş materiallarında, nə də məhkəmə qətnaməsində məhz pilləkənin daş-hörgü pilləkən olmasını təsdiq edən qeydə rast gəlinməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Maddənin tövsifinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki halda barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin hərəkətlərində məhkəmə qətnaməsinin icrasına qarşı hər hansı qərəzli hərəkət olmamış, icrası tələb edilən qətnamə dörd hissədən: maneənin aradan qaldırılması, daş hasarın bərpası, giriş qapısının açılması və pilləkənin bərpası olaraq, üç hissədə mübahisəsiz, bir hissədə-pilləkənin bərpası hissəsində qismən icra edilmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar