Məhkəmə qərarları › İş №3(066)-179/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-179/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-179/2025 13.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Kəlbəcər rayonunun, Orta Qaracanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğu olan, Kəlbəcər rayonunun, Orta Qaracanlı kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Çaykənd kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-732/2023 saylı icra sənədinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqadarı artırılaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, həmçinin cavabdeh Şəxs mediyasiya sessiyasında ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməs və cavabdeh Şəxs dövlət rüsumu olaraq 60 (altmış) manat 80 (səksən) qəpik alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Borclu öhdəliyini tam yerinə yetirməmiş, protokol tərtib olunan tarixə borclunun 3959 manat borcu yaranmışdır. Əlavə olaraq bildirdi ki, borclunun aylıq ödənişi 340 manat təşkil edir. Borclu ödənişlərini gündəlik 30 manat olmaqla həyata keçirir və may ayında hissə-hissə olmaqla 160 manat ödəniş etmişdir. Borclu tərəfindən 2025-ci il üzrə hissə-hissə olmaqla aprel ayında 380 manat, mart ayında 415 manat, fevra ayında 279 manat, yanvar ayında 120 manat ödənişlər edilmişdir. Borclu tərəfindən dekabr ayında nə qədər ödənilməsi hesablanmamışdır. Aprel və mart aylarında borclu aliment borcundan artıq məbləğdə ödəniş etmişdir. Borclu avtoqəza keçirdiyi üçün uzun müddət ödəniş edə bilməmiş, yığılmış məbləğ həmin dövürdə ödəniş edilmədiyindən yaranmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o uşaqlarının pulu ödəmədiyi üçün özünü təqsirli bilir. Lakin icra məmurunun da qeyd etdiyi kimi avto qəza keçirdiyindən o, aliment borcunu ödəyə bilməmişdir. Belə ki, yay aylarında avto qəza keçirmiş, 15 gün xəstəxanada yatmış, daha sonra isə evdə yatmışdır. Son aylarda o hər gün 30 manat ödəniş edir və bu aylıq 450 manat pul edir. Ödənişlərini gündəlik 30 manat olmaqla davam etdirəcəkdir. Əlavə olaraq bildirdi ki, avto qəzanı təxminən 6-7 ay əvvəl keçirmiş və onun avto qəza keçirməsindən tələbkarın da məlumatı olmuşdur. Qəza zamanı o, başından və dizindən xəsarətlər almış, onun dizinin qapağı çatlamış və bu səbəbdən o borcundan ödəniş edə bilməmiş, nəticədə onun aliment borcu yığılmışdır. O ofisant işləməklə gündəlik 13 manat maaş alır və həmin maaş iki günə 26 manat edir. Özü isə üzərinə 4 manat qoyub uşaqlarına göndərir. O restoranda işləməklə gündəlik maaş alır və başqa yerdən gəliri yoxdur. Bu səbəbdən o hazırda borcundan ödəniş edə bilmir. Lakin borcunu dayandırmadan hər gün 15 manat ödənişlər edəcəkdir. O borcunu ödəyəcək və borcun ödənməsindən yayınmır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, onun qızı səkkizinci sinifdə oxuyur və xəstə olması səbəbindən başında tük qalmamışdır. Onun qızı borcluya zəng vurduqda borclu qızına ona zəng vurmamasını, evdə yoldaşının görməsini və dava düşməsini bildirir. Onun hazırda pula ehtiyacı var və qızını analizə aparmaq üçün ona 100 manat lazımdır. Əlavə olaraq bildirdi ki, borclunun qəza keçirməsindən onun məlumatı olmuşdur. Ona iki gündən bir 30 manat lazım deyil, borclu tutulursa tutulsun və gəlib borcunu ödəsin. Onu iki gündən bir 30 manat qane etmir. Borclu tutularsa o gedib işləyib özü uşaqlarına baxacaq, o borclunun tutulmasını istəyir. O ən azı bu gün 1000 manat borcundan ödənilməsini istəyir. Borclunun köhnə borcundan və yeni borcundan ödəniş etməsi onu qane etmir. Borcun ödənməsini əks təqdirdə borclunun tutulmasını istəyir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-732/2023-cü il tarixli icra sənədinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqadarı artırılaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, həmçinin cavabdeh Şəxs mediyasiya sessiyasında ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi və cavabdeh Şəxs dövlət rüsumu olaraq 60 (altmış) manat 80 (səksən) qəpik alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Borclu öhdəliyini tam yerinə yetirməmiş, protokol tərtib olunan tarixə borclunun 3959 manat borcu yaranmışdır. Borclunun aylıq ödənişi 340 manat təşkil edir. Borclu ödənişlərini gündəlik 30 manat olmaqla həyata keçirir və may ayında hissə-hissə olmaqla 160 manat ödəniş etmişdir. Borclu tərəfindən 2025-ci il üzrə hissə-hissə olmaqla aprel ayında 380 manat, mart ayında 415 manat, fevral ayında 279 manat, yanvar ayında 120 manat ödənişlər edilmişdir. Aprel və mart aylarında borclu aylıq aliment məbləğindən artıq məbləğdə ödəniş etmişdir. Borclu avtoqəza keçirdiyi üçün uzun müddət ödəniş edə bilməmiş, yığılmış məbləğ həmin dövürdə yaranmışdır. Həmçinin borclu məhkəmə iclasında restoranda işləməklə gündəlik əmək haqqı almasını və başqa yerdən gəliri olmamasını, bu səbəbdən hazırda borcundan ödəniş edə bilməməsini, lakin borcunu dayandırmadan hər gün 15 manat olmaqla ödənişlər edəcəyini, aylıq aliment məbləğindən artıq məbləğdə ödənişlər ödəcəyini və borcun ödənməsindən yayınmadığını bildirmişdir. Bundan başqa iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, borclu adına heç bir daşınar və ya daşınmaz əmlak, daimi qazancı yoxdur. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-732/2023 saylı icra sənədindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqadarı artırılaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi, həmçinin cavabdeh Şəxs mediyasiya sessiyasında ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi və cavabdeh Şəxs dövlət rüsumu olaraq 60 (altmış) manat 80 (səksən) qəpik alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-732/2023 saylı icra sənədi üzrə xx.xx.2023cü il tarixdə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Həmçinin müəyyən edilmişdir ki, borclu son bir neçə ay ərzindən aylıq aliment məbləğindən artıq məbləğdə ödənişlər etmiş və yığılmış borcu ödəməyə çalışmış, borclu icra sənədini icra etməyə çalışmış, hər ay borcundan ödənişlər etmiş və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Bundan başqa o, borcu bu günədək tam ödəyə bilməməsini avto qəza keçirməsi və uzun müddət işləməməsi ilə əlaqələndirmiş, icra sənədinin icrasından qərəzli yayınması nəticəsinə gələcək hər hansı hərəkətə yol verməmişdir. Belə ki, borclu ödənişlərini gündəlik 30 manat olmaqla həyata keçirir və may ayında hissə-hissə olmaqla borcundan 160 manat ödəniş etmişdir. Borclu tərəfindən 2025-ci il üzrə hissə-hissə olmaqla aprel ayında 380 manat, mart ayında 415 manat ödənişlər edilmiş, borclunun aylıq ödənişi 340 manat olmasına baxmayaraq, aprel və mart aylarında aliment borcundan artıq məbləğdə ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcunun olmasında heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı borcu bütövlükdə ödəməyə yol vermir. Həmçinin məhkəmə tələbkarın borclunun həbs edilməsi barədə dəlilləri ilə razılaşmayaraq bildirir ki, uşaqların aliment məbləğinə ehtiyacı olması və hazırda hər ay ödənilən aliment məbləği nəzərə alındıqda borclunun barəsində inzibati tənbehin tətbiq edilməsi uşaqların yaşayışına mənfi təsir edəcək və onların mənafeyinə ziyan vurulması ilə nəticələnəkdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən və qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icranı qərəzli gecikdirməsindən və əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. X9 Hüquqları Məhkəməsi “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). Hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar