Məhkəmə qərarları › İş №3(066)-18/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-18/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-18/2024 27.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 iştirakı ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Göygöl Rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Göygöl şəhər sakini X2 xx.xx.2023-cü il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsi ilə hərəkətdə olarkən idarə etdiyi “VAZ-21015 MİNİK” markalı **-ZT-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin) 329.1-ci,329.3-cü, və 342.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 329.1ci,329.3-cü, və 342.2-ci maddələri ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 məhkəmə iclasında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsi ilə hərəkətdə olarkən idarə etdiyi “VAZ-21015 MİNİK” markalı **-ZT- *** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin) 329.1-ci,329.3-cü, və 342.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 150 manat cərimə olunmuşdur. Cərimənin əsasız yazıldığını ,led işıqların onun aftomobilində qanunsuz quraşdırılmadığını, və qanunda led işıqlara görə cərimənin olmadığını bildirirərək şikayətin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X2 xx.xx.2004-cü il tarixdə anadan olmaqla, BD kateqoriyalı sürücüdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasən “VAZ-21015 MİNİK” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin) 329.1ci,329.3-cü, və 342.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, X1 inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında işdə onun iddia etdiyi halı inkar edən sübutlar olmalıdır; belə sübutlar isə yoxdur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilməli olduğu halda göstərilməmişdir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer göstərilməmiş qeyd edilməmişdir. Bu halın da qeyd olunmaması Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinin tələblərinin növbəti dəfə pozulmasıdır. Eyni zamanda protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən tərəfindən imzalanmalı və əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etsəydi, bu barədə protokolda müvafiq qeyd aparılmalı idi. Lakin bütün bu hallar qeyd edilmədiyi və imzalar atılmadığı üçün Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinin tələbləri də pozulmuşdur. Göygöl Rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə xx.xx.2023-cü il tarixində verdiyi izahatında X1 Azərbaycan Respublikasının 329.1ci,329.3-cü, və 342.2-cü maddələrinin tələblərini pozduğunu bildirsə də, bu halı sübut da edə bilməmişdir. Həmin Məcəllənin 329.1-ci maddəsi ilə qeyd edilən halın olmamasını sübut edə bilmədi. Ona görə də ona həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir Beləliklə, şəxsin baş vermiş xətada təqsiri kifayət qədər mötəbər sübutlarla sübuta yetirilməmişdir və barəsində tərtib olunmuş protokol Azərbaycan Respublikası İXM-nin 100.1.4 və 100.4-cü maddəsinin tələblərinə cavab vermir. Odur ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-ni 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin olunmalı və inzibati xəta haqqında qərar ləğv edilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. barəsində inzibati tənbeh etmə qərarı çıxarılmış X1 Göygöl Rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin) 329.3-cü, və 342.2-ci maddələri ilə bağlı olan işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar