Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-180/2025 14.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-in sahə rəisi, polis leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ qurup əlil, təqaüdçü, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olmaqla, hazırda Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi, qazilərin binasında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-in sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında uca səslə nalayiq ifadələr işlədərək xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin İTB-in sahə rəisi, polis leytenantı Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək və protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nə ünvanlanmış məktub və ona əlavə edilmiş aktda Şəxs xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında nalayiq ifadələr işlətməsi və ictimai qaydaları pozması göstərilmiş və Şəxs barəsində müvafiq tədbir görülməsi istənilmişdir. Buna görə də Şəxs barəsində İXM 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, alimentin artırılmasından şikayətçi olduğundan xx.xx.2025-ci il tarixdə əsəbləşərək uca səslə məhkəmənin inzibati binasında nalayiq ifadələr işlətmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o Göygöl Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsində növbətçi olarkən Şəxs məhkəmənin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək məhkəmənin iş rejimini pozaraq qeyri-etik davranışlar etməsini görmüşdür. Bununla bağlı Şəxs nizam-intizama dəvət edilsə də, onların tələblərinə riayət etməmiş, bu səbəbdən onun barəsində akt yazaraq barəsində tədbir görülməsi üçün polis şöbəsinə məlumat vermişlər. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, o mühafizə polisinin əməkdaşıdır. xx.xx.2025-ci il tarixdə Göygöl Rayon Məhkəməsində xidmətdə olarkən Şəxs məhkəmənin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək iş rejimini pozmasını görüb onu nizam-intizama dəvət etmişlər. Lakin, Şəxs onların tələblərinə əməl etmədiyindən icra məmuru tərəfindən Şəxs barəsində akt tərtib edilərək barəsində tədbir görülməsi üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 hüquqlarını müdafiə etdiyi Şəxs İİİ dərəcə əlil olmasını və özünü təqsirli bilərək əməlindən peşiman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İşdə olan AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs 3-cü dərəcə əlildir. İşdə olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə məhkəmənin inzibati binasında uca səslə səs-küy edərək nalayiq ifadələr işlədərək məhkəmə iclasının aparılmasına maneçilik törətmişdir. Növbətçi icra məmuru tərəfindən nizam-intizama dəvət edilsə də Şəxs nalayiq ifadələr işlətməyə davam etmişdir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı, şahidlərin izahatları və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, protokol tərtib etmiş şəxsin izahatı və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan nalayiq ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əlil olmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Göygöl Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-180/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-180/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver