Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-181/2025 16.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞ-nin DYPBnin YPX inspektoru, polis serjantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, himayəsində 2 az yaşlı uşağı olan, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Göygöl rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 00:29-da «VAZ 2121» minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Nümayəndə verdiyi izahatında göstərdi ki, Şəxs 27 aprel 2025-ci il tarixdə “VAZ 2121” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən Göygöl şəhəri Heydər Əliyev prospekti Gülüstan yolunun baş hissəsində polis əməkdaşları tərəfindən saxlanılmış və növbədə olduğu üçün ona xəbər verilmişdir. O, hadisə yerinə gələndən sonra sürücü ilə həmsöhbət olmuş, həmin şəxsi Polis Şöbəsinə aparmışdır. Hadisə vaxtı inzibati xətanı törətmiş şəxsin sürücülük vəsiqəsi və etibarnaməsi olmamış, həmçinin şəxs həmin günü toydan gəldiyini bildirərək içkili olduğunu etiraf etmişdir. İnzibati xəta ilə bağlı protokolu müdafiə edərək inzibati xətanı törətmiş şəxsin ailəli olması nəzərə alınıb həmin şəxsə həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta ilə bağlı icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, hadisə yaşanan günü toy məclisində içki içmiş, daha sonra onu toydan evlərinə aparması üçün dostuna zəng etmişdir. Dostu “Niva” markalı nəqliyyat vasitəsi ilə onu toydan götürüb evlərinə apararkən nəqliyyat vasitəsi Göygöl şəhərinə çatmamış yanacaqdoldurma məntəqəsinə yaxın yerdə dayanmış və dostu avtomobildən düşərək əsəbi halda avtomobilin təkərinə təpik vurmuşdur. Həmin zaman yanlarına yaxınlaşan post patrul əməkdaşları onların mübahisə etdiklərini düşünmüşlər. O isə polis əməkdaşlarına mübahisə etmədiklərini, dostunun avtomobillə bağlı yaranmış problemə əsəbləşdiyini izah etmişdir. Dostu da polis əməkdaşları ilə mübahisə edərək məsələni izah etdikdən sonra avtomobilə elektrik vermək üçün lazımi təchizatı gətirmək üçün müəyyən yerə getdiyini ona bildirmişdir. Dostu gedəndən sonra polis əməkdaşlarının dəvəti ilə həmin yerə əlavə post patrul avtomobili gəlmiş və nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi ona bildirilmişdir. Halbuki nəqliyyat vasitəsini idarə edən həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olan dostu X4 olmuş, avtomobilə elektrik verilməsi ilə bağlı gedərkən də həmin avtomobilin açarını özü ilə aparmışdır. Beləcə post patrul əməkdaşları ilə mübahisəsi yaranmış, hadisə yerinə yol patrul xidməti əməkdaşları dəvət ediləndən sonra 3-cü qrup psixi xəstəliyi olduğu üçün əsəbləşərək sərxoş olduğunu, nəqliyyat vasitəsini özünün idarə etdiyini polis əməkdaşlarına söyləmişdir, lakin sözügedən nəqliyyat vasitəsini o yox, dostu idarə etmiş, həmin vaxtı avtomobilin açarını belə özü ilə aparmışdır. Hazırda avtomobilin sahibi olan dostu kənddə psixiatrik xəstəliyi ilə bağlı yatır. Əlavə olaraq bildirdi ki, onun 4 övladı var, hazırda həmin uşaqlardan ikisi anasının yanında qalır, digər ikisi isə onun himayəsində yaşayır. Hadisə yaşanan zaman onun sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə etməsi ilə bağlı etibarnaməsi olmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə barəsində veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 334.1-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 334.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibаti iş mаteriаllarına əlаvə edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:29-da «VAZ 2121» minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki «NİVA» markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saxlanca qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə həmin duracaqdan buraxılmışdır. Alkotester qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarının 0.418 promill olması müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 27 aprel 2025-ci il tarixdə saat 00:29-da Göygöl rayonu ərazisində «VAZ 2121» minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqolun təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 334.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında «VAZ 2121» minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dostu X2 məxsus olmaqla xx.xx.2025-ci il tarixdə həmin nəqliyyat vasitəsini dostunun idarə etdiyini bildirsə də, iş materiallarına əlavə edilmiş CD görüntüsündən görünür ki, Şəxs sözügedən nəqliyyat vasitəsini idarə etməsi və sərxoş olması ilə bağlı polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh seçilməlidir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə yanaşı, həmçinin 332.1 və 329.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 332.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunvericik eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, beş yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 329.3-cü maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 329.3-cü maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-181/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-181/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver