Məhkəmə qərarları › İş №3(066)-184/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-184/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-184/2023 11.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs Ağali qızının iştirakları ilə, xx xxxxx 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 11 aprel 2023-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, 03 mart 2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs, mübahisə zamanı Zərərçəkmiş şəxs Ağali qızını və X5 vuraraq ona dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətmişdir . Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə onların evdə oturduğunu və X3 və Zərərçəkmiş şəxs Ağali qızının onlara hücum etdiyini bildirdi . Mübahisə zamanı Arifəni vurmamışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs Ağali qızı göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə oğlu Rəvanı çörək almağa göndərdiyin və oğlu Rəvan qaydan zaman onun döyüldüyünü görüb. O bunu kimin etdiyini sorçduqda Rəvan Asatangilin etdiyini bildirmişdir. Hazırda Astanda şikayətçidir və onun inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahid X7 13 yaşı olduğunu çörək almağa gedən zaman Astan gilin onu döydüyünü bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Göygöl rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, zərərçəkmiş şəxsin ifadəsi və protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 mart 2023-cü il tarixli qərarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs, X4, X2 və Şəxs əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başalanması rədd edilməklə bərabər, onların barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göygöl RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon PŞ-nin sahə rəisi İsmət Məmmədov tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində Zərərçəkmiş şəxs Ağali qızını və X5 döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə Göygöl rayon PŞ-nin sahə rəisi İsmət Məmmədov tərəfindən tərtib edilmiş protokola, Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən qəbul olunmuş xx.xx.2023-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, iş üzrə zərəçəkənin və barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir, inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmamasını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar