Məhkəmə qərarları › İş №3(066)-184/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-184/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-184/2024 10.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl rayon İcra və probasiya şöbəsində tərtib olunmuş inzibati protokol baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(066)-903/2014 saylı qətnaməsi ilə Şəxs 13500 (on üç min beş yüz) manat və 30 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Protokol tərtib olunan tarixə borclunun icra sənədi üzrə 3930 manat borcu olmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu protokol tərtib edildikdən sonra xx.xx.2024-cü il tarixdə 500 manat və 09 iyul 2024-cü il tarixdə 500 manat olmaqla cəmi 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tələbkara və borcluya məlumat vermiş, lakin borclu və təlabkar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Hazırkı iş üzrə barəsində inzibati inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Onun təqsirləndirildiyi İXM-nin 528.1-ci maddəsinin sanksiyasında isə inzibati həbs növündə tədbiri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin özü təqdim edilmədiyi halda inzibati xəta haqqında işə daxil olduğu gün mahiyyəti üzrə baxılması mümkün deyildir. Odur ki, çatışmazlıqların aradan qaldırılması üçün inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Göygöl rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500 Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-39-92 www.goygolcourt.gov.az Elektron ünvan İş № 3(066)-184/2024 xx.xx.2024-cü il Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu cənab Ruslan Əliyevə Hörmətli Ruslan müəllim! Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-184/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardadı və inzibati material Sizə göndərilir. Qoşma: qərardad və inzibati material “ “ vərəqə. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar