Məhkəmə qərarları › İş №3(066)-186/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-186/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-186/2023 26.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkı ilə, xx.xx.1980-ci ildə Vardenis rayonunun Qoşabulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Göygöl rayonu, Göyçəkənd kəndində yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1 və 333.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Göygöl rayonu Yol patrul xidməti inspektoru tərəfindən İXM-nin 333.1-ci və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xətа haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, 03 aprel 2023-cü il tarixdə saat 12:21-də Göygöl şəhəri, Aydın Hacıyev küçəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir.Ona görə də onun barəsində İXM-nin 333.1-ci və 329.1-ci maddələri ilə inzibаti xətа haqqında prtokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs etibarnamə əsasında idarə etdiyi «QAZ 3302 yük» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göygöl şəhəri, Aydın Hacıyev küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ərazidə xidmət aparan DYPİnin YPX inspektoru X3 tərəfindən saxlanılmış və sənədlərə baxış zaman sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Ona görə də Şəxs barəsində İXMin 333.1-ci və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də Göygöl rayon polis şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:21-də Göygöl şəhəri, Aydın Hacıyev küçəsində «QAZ 3302 yük» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən heç bir qayda pozuntusu etməməsinə baxmayaraq Göygöl rayonu Yol patrul xidməti inspektoru tərəfindən saxla işarəsi verilərək idarə etdiyi avtomobil saxlanılmış və ona avtomobili sərxoş vəziyyətdə idarə etməsi bildirilmişdir. O isə buna etiraz edərək ümumiyyətlə heç bir qayda pozuntuzu etmədiyini, heç bir spirtli içki qəbul etmədiyini bildirmiş və sərxoşluq vəziyyətini müəyyən etmək üçün həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Buna baxmayaraq YPX inspektoru heç bir əsas olmadan barəsində qanunsuz olaraq İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. Hadisə vaxtı avtomobili təhlükəsizlik kəmərini taxmaqla və spirtli içki qəbul etmədən idarə etmişdir. Ona görə də protokolla razı olmamış və həmin gün Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserində həkim narkoloqun tibbi müayinəsindən keçmiş və həmin vaxt onun ayıq olması müəyyən olmuşdur. Bununla bağlı ona tibbi müayinə aktı da təqdim olunmuşdur. Aldığı 995/2023 saylı, xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, onda heç bir sərxoşluq əlaməti aşkar edilməmişdir. Ona görə də əsassız və qanunsuz olduğundan barəsində olan inzbati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-nin 329.1 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs əməlində İXM-nin 329.1 və 333.1-ci maddələrinin tərkibi yoxdur. X2 Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni avtomobili təhlükəsizlik kəmərindən istifadə etməməklə sərxoş halda idarə etməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İş materiallarında olan 995/2023 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəaktının surətindən müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Narkoloji Dispanserində tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. İXM-nin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:21də Göygöl şəhəri, A.Hacıyev küçəsində «QAZ 3302 yük» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi göstərilmiş və ona görə də Şəxs barəsində 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Lakin Şəxs hadisə vaxtı avtomobili təhlükəsizlik kəmərini taxmaqla və ayıq vəziyyətdə idarə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 329.1 və 333.1-ci maddələrinin tərkibinin olması qənaətinə gəlmək olmur. Belə ki, işdən müəyyən edilir ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 12:21-də baş vermişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 995/2023 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinə aktının surətindən görünür ki, Şəxs xx.xx.2023-də saat 19:00-da ayıq olmuşdur. Həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş alkotestr kağızından görünür ki, həmin alkotestr müayinəsindən kimin müayinə edilməsi müəyyən edilməmişdir. Bundan başqa Şəxs barəsində İXM-nin 329.1-ci maddəsi ilə də protokol tərtib olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Şəxs avtomobili təhlükəsizlik kəməri bağlamadan idarə etməsi ilə bağlı protokol tərtib edən orqan tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda barəsində inzibati icraat aparılan şəxs Şəxs qeyd olunun inzibati xətaları törətməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Göründüyü kimi, Şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda Şəxs təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində məhz İXM-nin 329.1 və 333.1-ci maddələrinin tərkibi yoxdur. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibini olmamasına görə iş üzrə icraata xitam verməlidir Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan _ İş № 3(066)-186/2023 26 aprel 2023-cü il Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, A.Hacıyev küçəsi, 93 Surəti: Şəxs Göygöl rayonu, Göyçəkənd kəndi Göygöl Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 3(066)-186/2023 nömrəli qərarının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərarın surəti “ 05 ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar