Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-187/2025 23.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, Göygöl Rayon PŞ-nin DYP-nin nümayəndəsi, polis serjantı Nümayəndə, zərərçəkmiş Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olmaqla, hazırda Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. 27 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Şəxs BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi qardaşı Zərərçəkmiş şəxs6 məxsus Kia Rio markalı **-BX-*** d.q.n.n-lı avtomobil ilə Göygöl rayonu “Böyük İsgəndər” restoranının yanından Murovdağ qəsəbəsi istiqamətində hərəkət edərək Murovdağ qəsəbəsinin girişindən qəsəbəyə dönmək üçün sağa dönmə siqnalını işə salaraq sağa dönərkən AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması nəticəsində sola dönmə siqnalını işə salaraq dönmək üçün gözləməkdə olan Mercedes Benz markalı **-FX-*** d.q.n.n-lı avtomobilin ön sol hissəsi ilə Kira Rio markalı **-BX-*** d.q.n.n-lı avtomobilin ön hissəsi toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı Mercedes Benz markalı **-LX-*** d.q.n.n-lı avtomobildə sərnişin qismində əyləşmiş X2 alın nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi), Kia Rio markalı **-BX-*** d.q.n.n-lı avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs4 sağ bazu oynağı nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi), arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs6 təpə nahiyyəsinin qançırı, Zərərçəkmiş şəxs5 boyun nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi),Zərərçəkmiş şəxs3 sağ diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi) xəsarətləri ilə müşayiət edilən Yüngül bədən xəsarəti almışdırlar. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə xx.xx.2025-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon PŞ-nin DYP-nin nümayəndəsi, polis serjantı Nümayəndə inzibati protokolu müdafiə edərək göstərdi ki, 27 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Şəxs BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi qardaşı Zərərçəkmiş şəxs6 məxsus Kia Rio markalı **-BX-*** d.q.n.n-lı avtomobil ilə Göygöl rayonu “Böyük İsgəndər” restoranının yanından Murovdağ qəsəbəsi istiqamətində hərəkət edərək Murovdağ qəsəbəsinin girişindən qəsəbəyə dönmək üçün sağa dönmə siqnalını işə salaraq sağa dönərkən AR İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması nəticəsində sola dönmə siqnalını işə salaraq dönmək üçün gözləməkdə olan Mercedes Benz markalı **-FX-*** d.q.n.n-lı avtomobilin ön sol hissəsi ilə Kira Rio markalı **-BX-*** d.q.n.n-lı avtomobilin ön hissəsi toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı Mercedes Benz markalı **-LX-*** d.q.n.n-lı avtomobildə sərnişin qismində əyləşmiş X2 alın nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi), Kia Rio markalı **-BX-*** d.q.n.n-lı avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs4 sağ bazu oynağı nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi), arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs6 təpə nahiyyəsinin qançırı, Zərərçəkmiş şəxs5 boyun nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi),Zərərçəkmiş şəxs3 sağ diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi) xəsarətləri ilə müşayiət edilən Yüngül bədən xəsarəti almışdırlar. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən Şəxs inzibati cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, 27 aprel 2025-ci il tarixdə saat 17 radələrində idarə etdiyi Kia Rio markalı avtomobillə Göygöl şəhərindən kəndləri Murovdağ istiqamətində getmiş, yolun kənarında yük maşını dayandığından o, manevr edib dönmək istəyərkən hərəkətsiz dayanmış avtomobili vurmuşdur. Əlavə olaraq bildirdi ki, onun idarə etdiyi avtomobildə onun kəntçiləri Əmrah, Ruslan, Röyal və İstək olmuşdur. Qəza nəticəsində həmin şəxslər müxtəlif xəsarətlər almışlar. Hazırda Zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində cərimə növündə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 bildirdi ki, hadisə 27 aprel 2025-ci il tarixdə saat 17 radələrində baş vermişdir. Onlar qəsəbənin uşaqları ilə Alimin idarə etdiyi avtomobillə Murovdağ qəsəbəsində hərəkət edərkən qəza baş vermiş və onların hər biri müxtəlif yüngül xəsarətlər almışlar. Əlavə olaraq bildirdi ki, avtomobildə Ruslan, Röyal, Alim və İstək olmuşdur. Onun barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs cərimə edilməsini xahiş etdi. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Fəxrəddin qızı, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizələrdən görünür ki, onların Şəxs heç bir şikayət və tələbləri yoxdur. İşdə olan AE 134572 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək B,C kateqoriyalı sürcülük vəsiqəsi verilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1991-ci ildə Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. Kia Rio markalı **-BX-*** d.q.n.n-lı avtomobilin sürücüsü Şəxs və Mercedes markalı **-LX-*** d.q.n.n-lı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sərxoşluq dərəcəsinin təyini məqsədilə müayinədən keçirildikdən sonra RPŞ-nə təqdim edilmiş 1658/2025 nömrəli və 1659/2025 nömrəli tibbi müayinə protokolundan müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman hər iki sürücü ayıq vəziyyətdə olmuşdurlar. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, hadisə Göygöl rayonu, Murovdağ qəsəbəsinin girişində baş vermişdir. Hadisə yerində avtomobil yolu asfalt örtükdən ibarətdir. Həmin yol iki tərəflidir. Yolun ümumi eni 7.50 metirdir. Hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 196 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 bədəni üzərində boyun nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi)-bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər müayinə olunanın dediyi vaxtda və şraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 197 nömrəli rəyindən görünür ki, Şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 198 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində təpə nahiyyəsinin qançırı bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər müayinə olunanın dediyi vaxtda və şraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 203 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində-alm nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi) bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər müayinə olunanın dediyi vaxtda və şraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 204 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində-sağ bazu oynağı nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi) bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər müayinə olunanın dediyi vaxtda və şraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 205 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində-sağ diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzniyi (qançır və şişkinliyi) bərk küt əşyanın təsirindən törənməyə xarakterikdirlər müayinə olunanın dediyi vaxtda və şraitdə əmələ gəlməyə uyğundurlar. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş 12 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin DYPB-nə həvalə edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 ata adı Aydın olaraq yazılması və oxunması, qəbul edilmiş qərarın surətinin məlumat və nəzarət üçün ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Göygöl rayon Prokuroruna göndərilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməklə qərardan narazı qaldıqları halda prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət eımək hüququnun olması izah edilməsi, rədd materialın saxlanılması üçün Göygöl rayon Polis Şöbəsinin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ilk dəfə inzibati xəta törətməsini, törətdiyi əməli səmimi etiraf edib peşman olmasını, zərəçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmaması nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,115,128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-187/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-187/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver