Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-188/2023 27.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonu, Kollu kəndində doğulmuş, subay, orta təhsilli, Gədəbəy rayonu, Hacılar kəndində qeydiyyatda olan və yaşayan Şəxs (AA 4267652) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci və 327.8-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Göygöl rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində “Opel Vectra” markalı, **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü Şəxs idarə etdiyi avtomobil ilə Göygöl rayonu, Topalhəsənli kəndində Göygöl rayonu Şəhriyar kəndi istiqamətində hərəkətdə olarkən yol örtüyü yaş vəziyyətdə olduğundan idarəetməni itirərək əks istiqamətli hərəkət yoluna çıxmış və Göygöl rayonu, Şəhriyar kəndindən Göygöl şəhər mərkəzi istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil ilə onun hərəkət yolunda toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs öz ehtiyatsızlığından idarəetməni itiriərək əks istiqamətli yola çıxması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 2107” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs1 hər iki diz və sol topuq oynağı nahiyyələrinin sıyrıqları, döş qəfəsinin sol yan səthinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, sonuncunun avtomobilində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 alt çənə nahiyyəsinin yarası, sol gicgah nahiyyəsinin qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, Zərərçəkmiş şəxs3 alın və alt dodaq nahiyyələrinin yaraları, hər iki baldır nahiyyələrinin qançırları ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, Zərərçəkmiş şəxs4 sağ baldır nahiyyəsinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs5 isə sağ Vİİ qabırğanın yerdəyişmiş sınığı, sağ tərəfli pnevmatoraks ilə müşayiət edilən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər, Şəxs isə alın, burun nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər almışdır. Bununla da X3 İXM-nin 327.2-ci və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də protokolu tərtib etmiş orqanın nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu bildirdi və nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 327.2-ci və 327.8-ci mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibi başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində “Opel Vectra” markalı, **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü Şəxs idarə etdiyi avtomobil ilə Göygöl rayonu, Topalhəsənli kəndində Göygöl rayonu Şəhriyar kəndi istiqamətində hərəkətdə olarkən yol örtüyü yaş vəziyyətdə olduğundan idarəetməni itirərək əks istiqamətli hərəkət yoluna çıxmış və Göygöl rayonu, Şəhriyar kəndindən Göygöl şəhər mərkəzi istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil ilə onun hərəkət yolunda toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs öz ehtiyatsızlığından idarəetməni itiriərək əks istiqamətli yola çıxması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 2107” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs1 hər iki diz və sol topuq oynağı nahiyyələrinin sıyrıqları, döş qəfəsinin sol yan səthinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, sonuncunun avtomobilində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 alt çənə nahiyyəsinin yarası, sol gicgah nahiyyəsinin qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, Zərərçəkmiş şəxs3 alın və alt dodaq nahiyyələrinin yaraları, hər iki baldır nahiyyələrinin qançırları ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, Zərərçəkmiş şəxs4 sağ baldır nahiyyəsinin qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs5 isə sağ Vİİ qabırğanın yerdəyişmiş sınığı, sağ tərəfli pnevmatoraks ilə müşayiət edilən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər, Şəxs isə alın, burun nahiyyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlnması rədd edilmiş və onun barəsində İXM-nin 327.2-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirinin seçilməsi üçün qəbul edilmiş qərarın surəti Göygöl RPŞ-nin DYPB-yə göndərilmişdir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da idarə etdiyi “Opel Vectra” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə həmçinin bildirir ki, İXM-nin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında 200 manat cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 327.2 və 327.8-ci mаddələri ilə təqsirli bilinib, İXM-nin 327.8-ci maddəsi ilə bаrəsində 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 327.8-ci maddəsi ilə 200 (iki yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _____________________________________________________________ ____ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-188/2023 «27» aprel 2023-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Zaur Nəsirova Göygöl Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 3(066)-188/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ __________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-188/2023 «27 » aprel 2023-cü il Şəxs (Gəncə şəhəri, Xaliqov küçəsi, ev 7) Göygöl Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 3(066)-188/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “ ”səhifə, Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-188/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-188/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver