Məhkəmə qərarları › İş №3(066)-189/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-189/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-189/2024 30.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı Nümayəndə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Göygöl rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Göygöl Rayon Polis İdarəsinin İTB-in sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən xx.xx.2024cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Göygöl Rayon Polis İdarəsinin İTB-in sahə rəisi, polis baş leytenantı Nümayəndə izahatında bildirdi ki, tərəfindən MN ******* nömrəli protokol tərtib olunmuş ona görə ki, xx.xx.2024-cü il tarixdə Şəxs Göygöl Rayon Məhkəməsinin inzibati binasının dəhlizində şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı X5 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, cavabdehin 14 mart 2024-cü il tarixdə saat 12 radələrində Şəki rayonu, Turan qəsəbəsində yaşayan X3 onun oğlu X2 onu döyməsinə dair şikayəti əsasında Göygöl Rayon Məhkəməsində təşkil edilmiş iclasdan sonra məhkəmənin dəhlizində Basti Əliyeva onun oğlunu vurmaq istəyib üzərinə gələrək əl zərbələri ilə onu vurmaq istəyərkən, o sol əlini oğunu müdafiə etmək məqsədilə irəli uzatmışdır. Həmin vaxt əllərini tutub geri çəkiləndə hər ikisinin əli cızılmışdır və məqsədi onu vurmaq deyil müdafiə etmək olmuşdur. Məhkəmədən onun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadəsində bildirdi ki, borcunu istəmək məqsədi telefonla əvvəlcə danışanda Şəxs ona nalayiq ifadə işlətmişdir sonra isə 14 mart 2024-cü il tarixdə saat 12 radələrində Göygöl rayonu, Topalhəsənli kənd sakini X2 onu xx.xx.2023-cü il tarixdə yaşadıqları evin qarşısında döyməsinə dair şikayəti əsasında Göygöl rayon Məhkəməsində təşkil edilmiş iclas üçün iclas zalına daxil olmuş və iclas başlamazdan əvvəl zalın qarşısındakı dəhlizdə Sənan Cəfərovun anası Şəxs yanında gələn qadına uca səslə söyüşlər söyməsinin səsini eşidərək əvvəlcə Sənan Cəfərov, ardınca isə polis əməkdaşları zaldan qapının ağzına çıxmış, onlardan təxminən 2-3 dəqiqə sonra isə nə baş verdiyini öyrənmək üçün o özü də qapının ağzına çıxmışdır. Həmin vaxt Şəxs qapının ağzında onu görərək ona qarşı nalayiq ifadələr işlətmiş və əli ilə sifət nahiyəsinə atdımışdır, əlinə sifəti keçməyincə sağ əlinin barmaqlarını öz barmaqlarının arasına keçirərək geri qatlamış, nəticədə biləyi və barmaqları çıxmış, əlinin üzərini cırmışdır. Hazırda aralarında barış əldə olunmamışdır, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Göygöl Rayon Polis İdarəsinin İTB -nə göndərilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər –Sağ əlin arxa səthinin və sağ almacıq nahiyəsinin qançırları zədələnmişdir sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün dolayı etirafedici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və onun şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar