Məhkəmə qərarları › İş №3(066)-190/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-190/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-190/2023 11.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, xx.xx.1996-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Daşkəsən Rayonu Çovdar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 329.1-ci,332.1-ci 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 11 may 2023-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 329.1-ci,332.1-ci 333.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixli, 3-13-77/2-6227/23 saylı Azərbaycan Respublikası DİN Göygöl rayon Polis Şöbəsinin məktubu ilə baxılması üçün məhkəməyə göndərilmişdir. Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10 radələrində idarət etdiyi «Vaz 21214 Minik» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməyə Göygöl rayon X1 Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış yoxlama zamanı sürücü Şəxs avtomobili sərxoş halda idarə etməsi və nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci,332.1-ci 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri inzibati protokolla, protokola əlavə edilmiş Şəxs sərxoşluğunun müayinəsi ilə bağlı alkotestrin qəbzindən və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli,xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi Vaz 21214 Minik» markalı, **-VO-*** nömrəli avtomaşını idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1-ci,332.1-ci 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməşdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasənTəhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.1 ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görəqırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə Göygöl rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş inzibati protokola və digər sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində daha ciddi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin maddəsinin sanksiyası həddində, yəni nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-190/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 11 may 2023-cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci,332.1-ci 333.1-ci maddələri ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 16:00-da başlandı Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə yerində qısa müşavirə edərək Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən məruzə edərək bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis İdarəsindən daxil olmuş İXP ******* nömrəli,xx.xx.2023-cü tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10 radələrində idarət etdiyi «Vaz 21214 Minik» markalı, **-VO-*** nömrəli avtomaşını idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1-ci,332.1-ci 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməşdir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir, qərardan şikayət verilmə qaydasını və müddətini izah edir. Məhkəmə iclası bağlı elan olunur. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-190/2023 11 may 2023-cü il Şəxs Daşkəsən Rayonu Çovdar kəndinə Göygöl rayon Polis Şöbəsinin DYPB-nə Göygöl şhəhəri A.Hacıyev küçəsi 93 Göygöl rayon məhkəməsinin 3(066)-190/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qərarın surəti « » vərəqədə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-190/2023 11 may 2023-cü il Gəncə şəhəri üzrə İcra İdarəsinə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-190/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarının surəti sürücülük hüququndan məhdudlaşdırılmaya aid hissədə icra olunması üçün Sizə göndərilir. Qeyd: Şəxs sürücülük vəsiqəsi materiala əlavə edilmişdir. Qoşma: Qərarın surəti sürücülük vəsiqəsi « » vərəqə Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar