Məhkəmə qərarları › İş №3(066)-196/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-196/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-196/2023 17.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon X17 Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis polkovnik leynenantı X3 iştirakları ilə, xx.xx.1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Göygöl şəhəri Həzi Aslanov küçəsi, ev 50-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 17 aprel 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl şəhəri M.İbrahimov küçəsində polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək xx.xx.2023-cü il tarixdə Göygöl şəhəri M.İbrahimov küçəsində fərdi yaşayış evi tikdirən zaman polis əməkdaşları onlara yaxınlaşaraq tikintiyə dair icazə sənədlərini istəmişlər. Onlar sənədləri polis əməkdaşına təqdim etmişlər. Lakin, sonradan aralarında mübahisələri olmuşdur. Mübahisə zamanı o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır, hazırda törətdiyi əməldən peşimandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi polis polkovnik leynenantı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 15 aprel 2023-cü il tarixdə xidmətdə olan polis əməkdaşları Göygöl şəhəri M.İbrahimov küçəsində tikili aparıldığını görərək tikiliyə dair icazə sənədlərinə baxmaq üçün həmin yerə yaxınlaşmışlar. Polis əməkdaşları sənədlərə baxış keçirərkən X10 və onun qardaşı Şəxs polis əməkdaşları ilə mübahisə etmişlər. Polis əməkdaşları Elgün Bayramovu və onun qardaşı Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq onlar polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışlar. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon X21 Patrul Xidməti Bölüyünün polis nəfəri X11 bildirdi ki, 15 aprel 2023-cü il tarixdə xidmətdə olarkən Göygöl şəhəri M.İbrahimov küçəsində tikinti aparıldığını görüb həmin yerə yaxınkaşaraq səndləri tələb etmişlər. Sənədlərə baxmaq istəyəndə adları sonradan onlara məlum olan Elgün Bayramov və Şəxs onlarla mübahisə etməyə başlamışlar. Onları nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon X21 Patrul Xidməti Bölüyünün polis nəfəri X9 bildirdi ki, 15 aprel 2023-cü il tarixdə xidmətdə olarkən Göygöl şəhəri M.İbrahimov küçəsində tikinti getdiyini görüb həmin yerə yaxınkaşaraq tikintiyə dair icazə sənədlərini tələb etmişlər. Sənədlərə baxmaq istəyəndə adları sonradan onlara məlum olan Elgün Bayramov və Şəxs onlarla mübahisə etməyə başlamışlar. Onları nizamintizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon X21 Patrul Xidməti Bölüyünün komandiri, polis leytenantı X6 bildirdi ki, 15 aprel 2023-cü il tarixdə xidmətdə olarkən Göygöl şəhəri M.İbrahimov küçəsində aparılan tikinti ilkə bağlı həmin ünvana getmişdir. O tikintiyə dair icazə sənədlərini tələb etmişdir. Həmin sənədlərə baxmaq istəyəndə adları sonradan ona məlum olan Elgün Bayramov və Şəxs onlarla mübahisə etməyə başlamışlar. Onları nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Barəsində inbzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X7 aparılan tikilinin sənədlərinin qanuni olmasına baxmayarq polis işçilərinin onlarla qəsdən razılaşmadıqlarını, Şəxs əməlində inzibati xətanın olmamasının bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Göygöl rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşiman olmasını nəzərə alaraq məhkəmə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati cəza təyin edilməsini məqsədə və qanuna müvafiq hesab edir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-196/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 17 aprel 2023 -cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon X17 Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis polkovnik leynenantı X4 iştirakları ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 14:30-da başlandı Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X7 gəlmişdir. (İXM-112.1.2) Sədrlik edən Şəxs Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək, müdafiəçinin xidmətindən istifadə etmək hüquqlarının olmasını izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Hüquqlarım mənə aydındır, sədrlik edənə və məhkəmə katibinə etirazım yoxdur. Mənə vəkil təqdim edildi vəkil istəmirəm, hüquqlarımı özüm müdafiə edə bilərəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: vəsatətim yoxdur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Göygöl şəhəri Həzi Aslanov küçəsi, ev 50-də yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Özümü təqsirli bilmirəm. Göygöl şəhərində anama məxsus torpaq sahəsində iş gedirdi, polis işçiləri gəlib mənə yaxınlaşaraq sənədləri tələb etdilər. Mən evə gedib sənədləri gətirmək istədikdə vatsapa göndərməyimi dedilər. Bir qədər sonra leytenant gəlib məndən pul tələb etdilər. Qardaşım sənədlərin əslini gətirdi və bir qədər sonra polislərin çəkilişlə gəlib məni itələyib , bizə qışqıraraq bizim polisə tabe olmadığımızı dedilər. Bizim qolumuzu buraraq polis şöbəsinə aparıb orada pul vermədiyimizə görə təhqir edib döydülər. Sədrlik edən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis polkovnik leynenantı X1 əmakdaşlarının qanunu tələbinə Elvin tabe olmayıb.Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmayıb. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdik. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəç. Sədrlik edən məhkəmə iclasına şahid dəvət edir. Göygöl rayonu X21-patrul xidməti bölüyünün polis kiçik serjantı X9: M.İbrahimov küçəsində xidmətdə olarkən tikinti getdiyini gördük yaxınkaşaraq səndləri tələb etdik. Onlar sənədin olmadığını evdə olduğunu dedilər.Biz komandiri gətirdik sənədin gec gəldiyini gördük. Nömrə verdik sonra onların yüksək səslə səs küy salaraq nəlayiq ifadələr işlətdiyini gördüm. Sədrlik edən məhkəmə iclasına şahid dəvət edir. Göygöl rayonu X21-patrul xidməti bölüyünün polis serjantı X11: Göygöl şəhəri M.İbrahimov küçəsində xidmətdə olarkən tikinti getdiyini gördüm yaxınkaşaraq səndləri tələb etdim sənədi açmaq istəyəndə imkan vermədilər ,yüksək səslə nəlayiq ifadələr işlətdilər. Sədrlik edən məhkəmə iclasına şahid dəvət edir. Göygöl rayonu Polis Şöbəsinin Xidməti Bölüyünün komandiri, polis leytenantı X6: 15 aprel 2023-cü il tarixdə tikilinin getdiyi ərazidə olarkən sənədi tələb etdim, sənədi Elgün gətirdi. Göygöl rayon İcra Hakimiyyətinin tikilinin icazə verilməsi haqqında sənətdə yalnız bir mərtəbəyə icazə verilmişdir ikinci mərtəbənin ancaq sərancam göstərdi. . Sədrlik edən işdə olan Göygöl rayon Polis şöbəsinin protokolunu və digər hüquqi sənədləri elan edir. (İXM-113.2.7) Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 15:00-da bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-196/2023 17 aprel 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl şəhəri Həzi Aslanov küçəsi, ev 50 Şəxs oğlunun barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-196/2023 28 aprel 2023-cü il Göygöl rayon İcra İdarəsinə Göygöl şəhəri Həzi Aslanov küçəsi, ev 50-də yaşayan Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar