Məhkəmə qərarları › İş №3(066)-198/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-198/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-198/2025 05.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ofisant işləyən, məhkum olunmamış, Kəlbəcər rayonu, Zallar kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraqməhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Göygöl şəhəri, A.Kazımov küçəsində ictimai yerdə xırda xuliqanlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “STEP” marketin qarşısında Göygöl rayonu Murovdağ sakini olan Şəxs sərxoş vəziyyətdə həmin ərazidə baş vermiş yol-nəqliyyat hadisəsi yerini müayinə edən polis əməkdaşlarının fəaliyyətinə meneəçilik tərətmiş və polis əməkdaşlarının qanunu tələblərinə tabe olmamışdır. Ruslan Babazədə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Polis əməkdaşları tərəfindən onun barəsində tədbir görülməsi üçün Göygöl Rayon Polis Şöbəsinə gətirilmişdir. Həmin gün barəsində inzibati qaydada tutma haqqında protokol, bu günkü tarixdə isə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə Şəxs heç bir əlaqəsi olmamışdır. Ruslan Babazadə mağazada olmuşdur. Yol-nəqliyyat hadisəsi də həmin mağazanın qarşısında olmuşdur. Ruslan Babazadə yol-nəqliyyat hadisəsini müayinə edən polis əməkdaşlarına maneçilik törədib. Həmin yerdə qeyri-etik hərəkətlər edərək nalayiq ifadələr işlətmişdir. O, məhkəmədən Şəxs barəsində tərətib edilmiş protokolu müdafiə edir və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o həmin vaxt içkili olmuşdur. İçkili olduğundan elədiyi hərəkətləri xatırlamır. Atası xəstədir, ailəsinə özü baxır, əməlindən peşimandır. Məhkəmədən ona cərimə növündə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon polis şöbəsinin PPXBnün polis nəfəri, polis serjantı X4 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən “STEP” marketin qarşısında yol-nəqliyyat hadisəsi olmuşdur. Həmin vaxt əməliyyat qrupunun əməkdaşlarıda hadisə yerində olmuşlar. X3 hadisə yerinin şəkillərini çəkən zaman vətəndaş Şəxs sərxoş vəziyyətdə ona maneçilik etmişdir. Daha sonra əməliyyatçı Eltun Hümbətovla mübahisə etmişdir, mübahisə zamanı nalayiq ifadələr işlətmiş, polis əməkdaşı Eltun Hümbətovun silahını götürmək istəmişdir. Sonra onu gətirib polis şəbəsində növbətçi hissəyə təhvil vermişlər. Şəxs gecə saat 3-ə kimi öz hərəkətlərini davam etdirmişdir. Müvəqqəti saxlama yerində başını dəmir reşotkaya vuraraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon polis şöbəsinin PPXBnün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə polis serjantı X4 ilə birlikdə xidmətdə olarkən “STEP” marketin qarşısında yol-nəqliyyat hadisəsi olmuşdur. Xidməti əraziləri olduğu üçün həmin yerə getmişlər. Əməliyyat qrupunun əməkdaşları hadisə yerinin şəkillərini çəkən zaman adı sonradan onlara məlum olan Şəxs qəza törətmiş avtomobilin qarşısında durmuşdur. X1 dəfələrlə kənarda durmasını onlara maneçilik etməməsini bildirmişdir. Bu zaman Röyal Babazədə onunla mübahisə etmişdir. Onların işlərinə maneçilik edərək qanunu tələblərinə tabe olmamışdır. Nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs gətirib polis şəbəsində növbətçi hissəyə təhvil vermişlər. Röyal Babazədə sərxoş olmuşdur. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli, 2048/2025 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə saat 01:10-da aparılan yoxlama zamanı orta dərəcəli sərxoş olmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Göygöl RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə polis əməkdaşlarının öz işlərini görməsinə maneçilik etmiş, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla, polis əməkdaşının fəaliyyətinə maneçilik yaratmaqla İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hall müəyyən edilməmiş, sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hall kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxsı Ruslan oğlunun barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməməsini, sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hall olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu və hüquqları məhdudlaşdığı xx.xx.2025-ci il tаrixdən, saat 23:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon X5 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar