Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-2/2025 17.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X12 iclas katibliyi, şikayət vermiş şəxs X9 və vəkili Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X18 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs X18 məhkəməyə şikayət verərək, X22 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X22 Xidmətinin X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunsuz və əsassızdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə DƏMX-nin X5 tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək işə yenidən baxılması üçün DƏMX-nin X3 qaytarılması qərara alınmışdır. DƏMX-nin X5 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)- 96/2024 nömrəli qərarını qüvvədə saxlamışdır. Buna baxmayaraq DƏMX-nin X5 tərəfindən heç bir araşdırma aparılmadan məhkəmənin qərarına zidd olaraq yenidən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa polisdə və prokurorluqda verilmiş ifadələr ona məxsus deyil və həmin ifadələri o imzalamamışdır. DƏMX-nin X2 28 fevral 2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarları tam əsassızdır. Həmin qərarlarda guya X6 Göygöl rayonu Quşqara kəndində xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Sərin” restoranında aşpaz işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Halbuki qərarda göstərilənlər həqiqəti əks etdirmir. X6 əmək müqaviləsi qüvvəsini almadan işlətməmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış olsada X13 xx.xx.2023cü il tarixə qədər işə gəlmədiyindən onunla bağlanmış əmək müqaviləsi sistemə salınmamışdır. “Sərin” restoranının əməkdaşları və yaxud X13 məhkəməyə çağırılıb dindirilərsə xx.xx.2023-cü il tarixə qədər restoranda işə gəlmədiyi tam müəyyən olunar. Qərarın verilməsinə səbəb olmuş sənədlərə baxdıqdada müəyyən olunur ki, X4 orda işləməsi ilə bağlı hər hansı dəlil təqdim edilməmiş həmçinin icraatda bununla bağlı hər hansı sübut araşdırılmamışdır. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X9 vəkili Nümayəndə2 göstərdi ki, DƏMX-nin X5 tərəfindən X9 barəsində xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir ki, Elnur Məmmədov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri yaşayış sahəsində əmək müqaviləsi olmadan vətəndaşı işə cəlb etmişdir. Həmin qərardan məhkəməyə şikayət vermişlər. Məhkəmənin 27 mart 2024-cü il tarixli qərarı ilə DƏMX-nin X2 xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Bundan sonra DƏMX-nin X5 məhkəmənin qərarından apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi şikayətə baxaraq Göygöl Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Göygöl Rayon Məhkəməsi DƏMX-nin X2 üzərinə öhdəlik qoymuşdur ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati orqan düzgün araşdırılma aparılmamış və X9 həmin işdə inzibati xətanı törədib törətməməsi araşdırılmamışdır. Həmin qərar məhkəmə tərəfindən qəbul edilərkən düzgün qənaətə gəlinmişdir. Çünki, DƏMX-nin X2 əməkdaşları məhkəmə iclasında bildirmişlər ki, onlar yalnız prokurorluğun qərarına istinad etmişlər və əlavə heç bir araşdırma aparmamışlar. Daha sonra DƏMX-nin X5 yenidən heç bir araşdırma aparmadan 23 may 2024-cü il tarixdə X9 5000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul etmişdir. 23 may 2024-cü il tarixli qərardan məhkəməyə şikayət vermişlər. Şikayətləri tam əsaslıdır, çünki, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilmişdir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Prokurorluğun qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilsədə şəxsin barəsində xx.xx.2024-cü il tarixdə yəni, 3 ay 10 gündən sonra qərar qəbul edilmişdir ki buda qanunvericiliyə zidd olmuşdur. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Şəxsin əməlində inzibati xəta olmamışdır. X1 heç bir işə cəlb edilməmişdir. Prokurorluq tərəfindən qərar qəbul edilərkəndə Aygün Quliyevanın izahatı alınmamış və şahidlər dindirilməmişdir. X26 izahatına əsalanıb inzibati icraat başlanılaraq Əmək Müfəttişliyinə göndərilmişdir. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və əməlində inzibati xəta tərkibi olmadığından işə xitam verilməlidir. İş üzrə ekspertiza təyin edilərkən onlar polisə olan münasibətdə ekspertiza keçirilməsini istəmişlər. Lakin, işə baxan keçmiş hakim onların vəsatətlərini yanlış baxaraq prokurorluqda olan işlə bağlı ekspertiza təyin etmişdir. Həmin ekspertiza xərcini ödəməyə heç bir etirazları yoxdur. İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən şikayət vermiş şəxs X18 göstərdi ki, X13 xəstəxanada müalicə almaq üçün onun adından istifadə etmişdir. Xəstəxanada ona yaxşı xidmət göstərilməsi üçün yalandan onun yanında işləməsini bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərar əsassızdır. Barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş orqanın nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 bildirdi ki, X9 barəsində olan inzibati material Göygöl Rayon Prokurorluğu tərəfindən X22 Xidmətinə daxil olmuşdur. X14 məxsus Göygöl rayonu Quşqara kəndində yerləşən “Sərin” restoranı var. Həmin restoranda X13 01 noyabr 2023cü il tarixdə ayağı yanaraq xəsarət aldığından xəstəxanaya aparılmışdır. Bununla bağlı əvvəl polis şöbəsində daha sonra isə prokurorluqda araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, X31 Məmmədova məxsus restoranda 1 ay ərzində əmək müqaviləsi olmadan işlədilmişdir. Elnur Məmmədovda öz izahatında təstiq etmişdir. Sonrada izahatının onun tərəfindən imzalanmadığını məhkəməyə bildirərək vəsatət vermişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyində imzanın Elnur Məmmədov tərəfindən imzalanması göstərilmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin və vəkilinin izahatını, inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. İşdə olan Göygöl rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 29 noyabr 2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən X14 məxsus olmaqla, Göygöl rayonu Quşqara kəndi ərazisində yerləşən “Sərin” restoranında aşpaz olaraq işləyərkən qaynar yağın ayağının üzərinə tökülməsi nəticəsində sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən “sağ dizin və hər iki ayaq pəncəsinin kiçik ölçülü termiki yanıq yaraları” xəsarətini alması faktı ilə bağlı aparılmış araşdırma nəticəsində hər hansı şəxsin əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, 14-c/24 (24-3-2-2-419-6610) nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi və X18 barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılmasından ötrü müvafiq materialların surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. İşdə olan Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri X21 tərəfindən qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. İşdə olan DƏMX-nin X2 rəisi X19 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X18 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İşdə olan Göygöl Rayon Məhkəməsinin 3(066)-96/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarından görünür ki, X9 şikayəti qismən təmin edilərək X22 Xidmətinin X2 28 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün X22 Xidmətinin X3 göndərilməsi qərara alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-210/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərarından görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair X22 Xidmətinin X2 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair şikayətinin qismən təmin edilməsi barədə Göygöl Rayon Məhkəməsinin 3(066)- 96/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan DƏMX-nin X2 rəisi X19 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 23 may 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X18 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin 17 iyul 2024-cü il tarixli, 3-17-5/1-M-28658/2024 nömrəli qıərarından görünür ki, X18 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 3-16-16/2-4/1951 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X9 adından verilmiş 09 yanvar 2024-cü il tarixli izahatın kserosurətində əks olunmuş imzalar X18 tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tərəflərin izahatı və tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Göygöl rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X7 tərəfindən “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılmasından ötrü müvafiq materialların surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə Göygöl rayon prokurorluğu tərəfindən X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq xx.xx.2024-cü il tarixdə baxılması üçün DƏMX-nin X3 göndərilmişdir. Bundan sonra DƏMX-nin X2 rəisi X19 tərəfindən X15 barəsində 23 may 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında 23 may 2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilərək X9 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. X18 həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinə şikayət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin 17 iyul 2024-cü il tarixli, 3-17-5/1-M-28658/2024 nömrəli qərarı ilə X9 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Bundan sonra X18 xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət verərək, X22 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göygöl Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və X9 barəsində inzibati tənbeh vermə haqqında qərar 3 ay müddət keçdikdən sonra yəni, xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə barədə qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.2-ci maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Məhkəmə qeyd edilən qanunvericilik normalarını və işin müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, X9 barəsin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən üç ay keçənədək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olduğu halda, bu müddət keçdikdən sonra onun barəsində X22 Xidmətinin X5 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Məhkəmə belə nəticəyə gəlir ki, qanunun norması düzgün tətbiq edilməməsi səbəbindən, X18 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində olan X22 Xidmətinin X5 tərəfindən qəbul etmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 127 (bir yüz iyirmi yeddi manat) manat X8 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X18 tərəfindən verilmiş şikayət təmin edilsin. X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqda işə üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 127 (bir yüz iyirmi yeddi manat) manat X8 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-2/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-2/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver