Məhkəmə qərarları › İş №3(066)-200/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-200/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-200/2024 20.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, Zərərçəkmiş şəxs1 və barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Balakən rayonu, Qullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, H.Aslanov qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 28 aprel 2024-cü il tarixdə, saat 21 radələrində X8 B B1 dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-dən 1 ay müddətinə icarəyə götürdüyü Hyundai Elantra markalı **-XJ-*** d.q.n.n-lı avtomobil ilə Göygöl şəhəri, A.Kazımov küçəsi ilə rayon Prokurorluğu istiqamətində hərəkətdə olan zaman AR İXM-nin 327.1 -ci maddəsinin tələblərini pozaraq qarşısında hərəkətdə olan Kia Optima markalı avtomobili manevr edərək ötmək istəyərkən onunla eyni istiqamətdə həərkətdə olan və qarşıdan yolun solunda yerləşən inşaat malları satılan mağazaya dönmək üzrə olan VAZ 21014 markalı **-SA-*** d.q.n.n-lı avtomobilin sol yan arxa hissəsindən dəymiş və VAZ 21014 markalı avtomobil isə fırlanaraq ön hissəsi yolun kənarındakı ağaca çırpılaraq dayanmışdır. Yol nəqliyyat hadisəsi zamanı VAZ 21014 markalı **-SA-*** d.q.n.n-lı avtomobilin sürücüsü X3 əlin İİ barmağının əsas falanqasının uzunsov xətvari, qapalı, yerdəyişməyən sınığı, onun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağ diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi xəsarətləri ilə müşayiət edilən Yüngül bədən xəsarəti almışdırlar. Buna görə də İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Göygöl Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Bakı şəhəri, H.Aslanov qəsəbəsi, ünvan 1-də yaşayır. xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-dən 1 ay müddətinə icarəyə götürdüyü Hyundai Elantra markalı **-XJ-*** d.q.n.n-lı avtomobili BA 203558 seriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi avtomobil ilə Gəncə şəhərinə gəlmiş və xx.xx.2024-cü il tarixdə saat 17 radələrində rəfiqəsi Şahid və X1 idarə etdiyi avtomobil ilə götürərək Göygöl-Toğana yolunda yerləşən “Green Park” adlı restorana getmişlər. Saat 19 radələrində isə geri qayıdarkən Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən “Əkizlər” adlı marketin qarşısında avtomobilin əyləci yaxşı işləmədiyi qarşıda gedən “Kia Optima” markalı avtomobilə dəyməmək üçün sükanı sola döndərərək əks istiqamətli yola çıxmış və qarşıdan sağa yolun hərəkət hissəsindən kənarda yerləşən marketin qarşısına dönmək istəyən VAZ 21014 markalı avtomobilin sol arxa hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi toqquşmuşdur. Onun tərəfindən vurulmuş zərər sığortası tərəfindən ödəniləcəkdir. Zərərçəkmiş şəxsin mobil telefonunun sınmasından onun xəbəri olmamış və ilkin araşdırma zamanı ona bu barədə heç bir söz deyilməmiş, hazırda zərərçəkən ona bu barədə bildirmişdir. Avtoqəza o dərəcədə güclü olmamış, əvvəllər zərərçəkən mobil telefonunun sınmasını bilmədiyindən, o, zərərçəkmiş şəxsin mobil telefonun sınmasını inandırıcı hesab etmir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, Göygöl şəhəri, Ramiz Cəfərov küçəsi, ev 13-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində dostu Zərərçəkmiş şəxs2 özünə məxsus VAZ 21014 markalı 90-SA- 141 d.q.n.n-lı avtomobildə arxa sərnişin oturacağında əyləşmiş, o isə avtomobili idarə edərək Göygöl şəhəri, A.Kazımov küçəsi ilə hərəkət edərək həmin küçədə yerləşən “Əkizlər” marketin yaxınlığında olan inşaat mağazasına tərəf dönən zaman arxa tərəfdən gələn Hyundai Elantra markalı **-XJ-*** d.q.n.n-lı avtomobil ötmə əməliyyatı qadağan olunmuş yerdən ötmə əməliyyatını yerinə yetirərkən əks istiqamətli yola çıxaraq onun idarə etdiyi avtomobilin sol yan arxa hissəsindən vurmuşdur. Nəticədə o və onun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş avtomobilin sahibi Zərərçəkmiş şəxs2 bədən xəsarəti alaraq xəstəxanaya müraciət etmişdirlər. Hazırda barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs ilə barışmamışlar, hadisə zamanı onun istifadəsində olan İPHONE 11 markalı mobil telefona zərər dəymiş, həmin telefonun bazar dəyəri təxminən 300-500 manat dəyərində olmuş, o həmin zərərin ödənilməsini istəyir. Məhkəmədən inzibati xəta törədənə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Qobu Park 3 yaşayış kompleksi, bina 34, mərtəbə 6, mənzil 96 ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində rəfiqəsi X4 idarə etdiyi avtomobil ilə Göygöl-Toğana yolunda yerləşən “Green Park” adlı restorana getmişlər. Saat 19 radələrində isə geri qayıdarkən Göygöl şəhəri, A.Kazımov küçəsində yerləşən “Əkizlər” adlı marketin qarşısında avtomobilin əyləci yaxşı işləmədiyi üçün İlahə qarşıda gedən “Kia Optima” markalı avtomobilə dəyməmək üçün sükanı sola döndərərək əks istiqamətli yola çıxmış və qarşıdan sağa yolun hərəkət hissəsindən kənarda yerləşən marketin qarşısına dönmək istəyən VAZ 21014 markalı avtomobilin sol arxa hissəsi ilə içərisində olduğu avtomobilin qabaq sağ hissəsi toqquşmuşdur. O, hadisə zamanı xəsarət almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs və Zərərçəkmiş şəxs2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:26-da Göygöl rayonu, A.Kazımov küçəsində yerləşən “Əkizlər” marketin qarşısında VAZ 21014 markalı **-SA-*** d.q.n.n-lı avtomobil ilə Hyundai markalı avtomobilin toqquşması və hadisə zamanı sürücülərdən birinin xəsarət alması barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:34-də Göygöl RMX-nin qəbul şöbəsindən həkim X10 RPŞ-nin növbətçi hissəsinə müraciət edərək Göygöl rayonu, R.Cəfərov küçəsi, ev 13-də yaşayan xx.xx.2002-ci ildə anadan olmuş, Zərərçəkmiş şəxs1 başın, sağ yanaq və qulaq nahiyəsinin küt travması barədə, xx.xx.2024-cü il tarixdə isə Gəncə şəhər, A.Səhhət xəstəxanasından tibbi bacısı Quluzadə RPŞ-nə müraciət edərək sol əlin 2-ci barmağının sınığı xəsarəti alması, xəsarət alanın deməsinə görə avto qəza zamanı xəsarət alması barədə məlumat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:04-də Göygöl RMX-nin qəbul şöbəsindən həkim Nurcahan Kərimli telefon vasitəsilə Göygöl RPŞ-nin növbətçi hissəsinə müraciət edərək Gəncə şəhəri, 3 saylı Trestin yataqxanasında yaşayan xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 gözlə görünən xəsarətinin olmaması, lakin vətəndaşın deməsinə görə yol nəqliyyat hadisəsi zamanı xəsarət alması barədə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolun və sxemin surətlərindən görünür ki, yolnəqliyyat hadisəsi Göygöl şəhəri, A.Kazımov küçəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun örtüyü asfalt döşəmədən ibarət olmaqla hadisə baş verən anda quru vəziyyətdə olmuşdur. Avtomobil yolu iki hissəli, iki zolaqdan ibarət olmaqla ikitərəfli hərəkət yoludur. Hadisə baş vermiş yer yaşayış sahəsinə aiddir. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 8.40 metrdir, avtomobillərin toqquşmadan sonra yolun kənarında olan ağacla Hyundai Elantra markalı **-XJ-*** d.q.n.n-lı avtomobilin ara məsafəsi 1,80 metr, yolun sağ kənarı ilə 7 metr, VAZ 21014 markalı **-SA-*** d.q.n.n-lı avtomobilin ağacla ara məsafəsi 1,60 metr, yolun sağ kənarı ilə İsə 7,40 metrdir. Həmçinin baxış zamanı yolda tormoz izinə rastlanılmamış, baxış zamanı müəyyən edilmişdir ki, Elyundai Elantra markalı **-XJ-*** d.q.n.n-lı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə Göygöl şəhəri, A.Kazımov küçəsi ilə hərəkətdə olan zaman ötmə əməliyyatını yerinə yetirmək məqsədilə əks istiqamətli yola çıxmış və manevr edib öz hərəkət yoluna qayıtmaq istəyərkən qarşıdan yolun sol hissəsində yerləşən “İnşaat Malları” dükanına dönmək üzrə olan VAZ 21014 markalı **-SA-*** d.q.n.n-lı avtomobilin sol hissəsi ilə toqquşmuş, VAZ 21014 markalı avtomobil isə yolun solunda olan ağaca çırpıldıqdan sonra dayanmışdır. Hadisə yerinə baxış zamanı müəyyən olundu ki, yolda hərəkət sürəti 50 km/saat-olmuşdur. Hadisə yerinə baxış zamanı qəzaya uğramış avtomobilə də baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, “VAZ 21014” markalı, **-SA-*** d.q.n.n avtomobilin, sağ yan qanadı, sol yan qanadı və hər iki sol qapı, mühərrik hissəsinin örtüyü deformasiyaya uğramış, radiator barmaqlıqları, ön bufer, arxa bufer və sol işıq faraları sınmışdır. **-XJ-*** d.q.n.n-lı Hyundai Elantra markalı avtomobilin isə qabaq işıq faraları, ön buferi və radiator barmaqlıları sınmış, mühərrik hissəsinin örtüyü isə deformasiyaya uğramışdır. Hadisə yerinə baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir iz, əşya aşkar edilib götürülməmiş, hadisə yerinə baxış zamanı hadisəni qeydə ala biləcək müşahidə kamerası aşkar edilməmişdir. Samsung markalı foto aparatla hadisə yerinin müxtəlif formada şəkilləri, həmçinin hadisə yerinin sxemi çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1371/2024 və 1372/2024 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokollardan görünür ki, VAZ 21014 markalı **-SA-*** d.q.n.nlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və Hyundai Elantra markalı **-XJ-*** d.q.n.n-lı avtomobilin sürücüsü X8 yol nəqliyyat hadisəsi baş verən zaman ayıq vəziyyətdə olmuşdurlar. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 239 saylı rəyindən görünür ki, vətəndaş X5 bədəni üzərində sol əlin İİ barmağının əsas falanqasının uzunsov xətvari, qapalı, yerdəyişməyən sınığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 240 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ diz oynağı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İşdə olan BA203558 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və B1,B kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. İşdə olan "xxxx" MMC-tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “yol vərəqəsinin” sürətindən görünür ki, Hyundai Elantra markalı **-XJ-*** d.q.n.n-lı avtomobil X6 xx.xx.2024-cü il tarixə saat 14:00-dək Azərbaycan Respublikası ərazisində idarə olunması üçün etibar edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar