Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-201/2024 08.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və məhkəmə iclas katibi X1 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-cı il tarixdə Ağdam rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Ağdam rayonu Dörd Yol-1 qəsəbəsində ev 1306-da qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 iyun 2024-cü il tarixdə, saat 22:40 radələrində Göygöl rayonu Üçtəpə kəndində küçədə ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göygöl rayon polis şöbəsinin əməkdaşları xidməti vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, o, Ağdam rayonu Dörd Yol-1 qəsəbəsində ev 1306-da yaşayır. Barəsində aparılan araşdırma ilə əlaqədar 07 iyun 2024-cü il tarixdə, saat 22:40 radələrində Göygöl rayonu Üçtəpə kəndində küçədə olarkən bərk əsəbləşdiyinə görə özündən asılı olmayaraq ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxtı orada olan polis əməkdaşları onu nizam-intizama dəvət etsələr buna məhəl qoymamış, hərəkətlərini davam etdirmişdir. Hal-hazırda əməlindən peşman olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Göygöl rayon polis şöbəsinin əməkdaşı Şahid1 vermiş olduğu izahatında göstərdi ki, 107 iyun 2024-cü il tarixdə, saat 22:40 radələrində Göygöl rayonu Üçtəpə kəndində küçədə xitməti vəzifələrini yerinə yetirərkən Ağdam rayonu Dörd Yol-1 qəsəbə sakini Şəxs uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamış. Onlar Şəxs nizam-intizama dəvət etsələr də sonuncu buna məhəl qoymamış, onların qanuni tələblərinə tabe olmayaraq, qərəzli formada öz hərəkətlərini davam etdirmişdir. Ona görə də, barəsində qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Göygöl rayon polis şöbəsinin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 07 iyun 2024-cü il tarixdə, saat 23:30-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, 07 iyun 2024-cü il tarixdə, saat 23:30-dan bu inzibati iş üzrə həbsdə olmasını nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Göygöl rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Göygöl Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-201/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-201/2024
08.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver