Məhkəmə qərarları › İş №3(066)-202/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-202/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-202/2023 03.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 03 may 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 23 mart 2023-cü il tarixdə, saat 16:40 radələrində idarə etdiyi «Nissan Maxima» minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Üçtəpə kəndi ərazisindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən qarşısında gedən avtomobilin tormuzlanması səbəbindən ara məsafəsi saxlamadığı üçün baş verəcək qəzadan yayınmaq məqsədi ilə qarşı hərəkət zolağına çıxmış və qarşıdan əkis istiqamətdə gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ 21073» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmişlərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 23 mart 2023-cü il tarixdə, saat 16:40 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21073» markalı, **-EJ- *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi qabaqda əyləşib və Göygöl rayon Üçtəpə ərazisində Göygöl şəhəri istiqamətində hərəkətdə olarkən Şəxs idarə etdiyi avtomobillə qarşı zolağa çıxıb sərnişin kimi əyləşdiyi aftomobilə çırpılıb. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Odur ki, Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 23 mart 2023-cü il tarixdə, saat 16:40 radələrində idarə etdiyi «VAZ 21073» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayon Üçtəpə kəndi ərazisində Göygöl şəhəri istiqamətində hərəkətdə olarkən Şəxs idarə etdiyi avtomobillə qarşı zolağa çıxaraq onun idarə etdiyi aftomobilə çırpılıb. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Odur ki, Şəxs heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki Zərərçəkmiş şəxs1 dəymiş zərər tam ödənilibdi, Şəxs heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki Zərərçəkmiş şəxs2 dəymiş zərər tam ödənilibdi, Şəxs heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Göygöl rayon X1 Bölməsinin təhqiqatçısı, polis baş leytenatı Nizami Şəbəndiyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə Göygöl rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş inzibati protokola və digər sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-202/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 03 may 2023-cü il Göygöl şəhərində Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 14:40-da başlandı Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 gəlmişlər. (İXM-112.1.2) Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək, müdafiəçinin xidmətindən istifadə etmək hüquqlarının olmasını izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ü.İsmayılov: Hüquqlarım mənə aydındır, sədrlik edənə və məhkəmə katibinə etirazım yoxdur. Mənə vəkil təqdim edildi vəkil istəmirəm, hüquqlarımı özüm müdafiə edə bilərəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinin olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ü.İsmayılov: vəsatətim yoxdur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyənləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxx 1995-ci ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərir: 23 mart 2023cü il tarixdə, saat 16:40 radələrində idarə etdiyim «Nissan Maxima» minik markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu Üçtəpə kəndi ərazisindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən qarşımda gedən avtomobilin tormuzlanması səbəbindən ara məsafəsi saxlamadığım üçün baş verəcək qəzadan yayınmaq məqsədi ilə qarşı hərəkət zolağına çıxdım və qarşıdan əkis istiqamətdə gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ 21073» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətdim. Hazırda əməlimdən peşimanam. Zərərçəkmişlərin məndən heç bir şikayəti və tələbi yoxdur. Sədrlik edən zərərçəkmiş şəxsdən işin halları barədə izahat alır. Zərərçəkmiş şəxs2 göstərir 23 mart 2023-cü il tarixdə, saat 16:40 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21073» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi qabaqda əyləşmişdim və Göygöl rayon Üçtəpə ərazisində Göygöl şəhəri istiqamətində hərəkətdə olarkən Şəxs idarə etdiyi avtomobil qarşı zolağa çıxdı sərnişin kimi əyləşdiyim aftomobilə çırpıldı. Şəxs heç bir şikayəti və tələbim yoxdur.. Hazırda mənə dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərir 23 mart 2023-cü il tarixdə, saat 16:40 radələrində idarə etdiyim «VAZ 21073» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayon Üçtəpə kəndi ərazisində Göygöl şəhəri istiqamətində hərəkətdə olarkən Şəxs idarə etdiyi avtomobil qarşı zolağa çıxaraq mənim idarə etdiyi aftomobilə çırpıldı. Hazırda mənə dəymiş ziyan ödənilib. Odur ki, Şəxs heç bir şikayəti və tələbim yoxdur. Sədrlik edən işdə olan Azərbaycan Respublikası DİN-nin Göygöl rayon Polis Şöbəsindən daxil olmuş inzibati protokolu və digər hüquqi sənədləri elan edir. (İXM- 113.2.7) Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 15-00-da bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 3(066)-202/2023 03 may 2023-cü il Göygöl ray Polis Şöbəsinin DYPB-nə Göygöl şəh A.Hacıyev küçəsi 93 Şəxs Göygöl şəhəri H.Əliyev prospekti ev 77 Zərərçəkmiş şəxs2 Gəncə şəh., Yeni Gəncə qəs., B 12,M 50 Zərərçəkmiş şəxs1 Gəncə şəh., Gülüstan qəs., ADAU 6 ətrafı Göygöl rayon məhkəməsinin 3(066)-202/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəq. Hakim: Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 3(066)-202/2023 15 may 2023-cü il Gəncə şəhər üzrə İcra İdarəsinə ünvan 1 ünvanda yaşayan Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-202/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «02» vərəq. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar