Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-203/2024 10.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Göygöl rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx xxxxxxxx 1981-ci ildə Göygöl rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Göygöl rayonu, R.Nəsibov məhəlləsi 26, ev 10-da qeydiyyatda olmaqla orada yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 10 iyun 2024-cü il tarixində Göygöl rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Göygöl rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(066)-269/2021 saylı qətnaməsi və icra sənədinə əsasən, 17 iyun 2014-cü il təvəllüdlü X3 Şəxs alınıb, Zərərçəkmiş şəxs verilməsi və 13 yanvar 2021-ci il tarixdən başlayaraq 3 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla cəmi 450 manat məbləğində alimentin Şəxs alınıb, Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. Borclu Şəxs aliment borcunun yaranmamasına baxmayaraq o, icra sənədinin 17 iyun 2014-cü il təvəllüdlü X3 Şəxs alınıb, Zərərçəkmiş şəxs verilməsi hissəsini icra etməmişdir. Baş vermiş inzibati xətahadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Göygöl rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(066)- 269/2021 saylı qətnaməsi və icra sənədini icra etməkdən boyun qaşırtmır. Belə ki, o, aliment öhdəliyini vaxtlı-vaxtında icra etmiş və uşağı 17 iyun 2014-cü il təvəllüdlü X1 Sevda Qalib qızına vermək istəyir. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati işə xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, icra sənədi icraatına daxil olmuş, həmin vaxtdan borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilmişdir. Hal-hazırda tələbkar Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək borclu Şəxs aliment borcunu tamamilə ödəməsini, 17 iyun 2014-cü il təvəllüdlü X7 ona qaytarmasını göstərmişdir. İnzibati materiala əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, borclu Şəxs 17 iyun 2014-cü il təvəllüdlü X7 ona qaytarmışdır. Ona görə də onun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarınınizahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə dəəməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Şəxs icra sənədi öhdəliyinə əməl etmiş, aliment borcunu vaxtlı vaxtında ödəmiş, 17 iyun 2014-cü il təvəllüdlü X4 tələbkara qaytarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasənbarəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsindəşübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinəəsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-203/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-203/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver