Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-21/2024 22.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğu üçün ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Daha sonra, X4 ərizə ilə məhkəməyə müraciət edərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəni və iş materiallarına əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X4 ərizə ilə məhkəməyə müraciət edərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, X4 işə baxılmasını tələb etmədiyindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən və İXM-nin 109, 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X3 izah edilsin ki, o, yenidən qanunla müəyyən edilmiş qaydada seçiminə görə - yaşayış yeri üzrə və hadisənin baş verdiyi yer üzrə məhkəməyə müraciət edə bilər. Qərаrdadın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02020) 5-23-84; Faks: 5-23-84 İş № 3(066)-21/2024 22 yanvar 2024-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-yə Bakı şəhəri. X3 Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 39. Göygöl Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 3(066)-21/2024 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “01” vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-21/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-21/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver