Məhkəmə qərarları › İş №3(066)-212/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-212/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-212/2023 25.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iclas katibliyi ilə, X3 Baş Dövlət Yol Poilisi İdarəsinin Bərdə rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokoldan verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinə X3 barəsində olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə aid və sürücülük hüququ olmaqla idarə etdiyi "VAZ 2109” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bərdə rayonu ərazisində idarə edərkən Bərdə rayon Polis şöbəsinin Yol patrul xidməti inspektoru tərəfindən idarə etdiyi avtomobil saxlanılmış və ona avtomobili sərxoş vəziyyətdə idarə etməsi bildirilmişdir. O isə bununla razı olmayaraq içkili olub-olmamasını yoxlamaq üçün həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Buna baxmayaraq onu həkim müayinəsindən keçirmədən barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, tibbi müayinədən keçməkdən imtina etməmiş, əksinə özü onlardan içkili olmadığını sübut etmək üçün həkim çağırmalarını xahiş etmişdir. Həmçinin onun əvəzindən akta imza edərək qanun pozuntusuna yol verməklə özbaşına akt tərtib etmişlər. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, X3 barəsində Bərdə rayon Yol patrul xidməti inspektoru tərəfindən xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokol tərtib edilmiş, həmin protokolda onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 334.1-ci maddələrinin tələblərinin pozulması göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilən şikayəti icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarın təqdim edilməməsi, inzibati xətaya dair işə baxılmasının nəticəsində hansı qərarın qəbul edilməsinin məlum olmaması, qanuniliyinin yoxlanılmasının mümkün olmaması inzibati xəta haqqında iş üzrə şikayətin icraata götürülməsini rədd edən hallardır. Odur ki, X3 özünün barəsində olan inzibati xəta haqqında protokoldan verdiyi şikayət icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldıraraq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir: Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Baş Dövlət Yol Poilisi İdarəsinin Bərdə rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 18 aprel 2023-cü il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayət icraata qəbul edilməsin. X4 izah edilsin ki, o, barəsində qəbul edilmiş qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-212/2023 «25» aprel 2023-cü il X4 ünvan: Göygöl rayonu,Mollacəlilli kəndi Göygöl Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(066)-212/2023 nömrəli qərardadının surəti və digər sənədlər Sizə göndərilir. Qoşma: qərardadın surəti və digər sənədlər, cəmi: “ “ vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar