Məhkəmə qərarları › İş №3(066)-214/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-214/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-214/2023 25.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi polis leynenantı X3 iştirakları ilə, xx.xx.1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 25 aprel 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonunda yerləşən mal bazarında polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək xx.xx.2023-cü il tarixdə Göygöl rayon ərazisində yerləşən mal bazarında xoruz döyüşdürərkən polis əməkdaşlarının onlara yaxınlaşdığını, xoruzların kimə məxsus olduğunu soruşarkən polislərə tape olmadığını,əməlindən peşiman olduğunu bildirdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi polis leynenantı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan polis əməkdaşları Göygöl rayonu ərazisində yerləşən mal bazarında bir qurup şəxsin xorus döyüşdürdüyünü görmüş, Şəxs qoruzların kimə məxsus olduğunu soruşarkən ona məxsus olduğunu və yüksək səslə danışaraq polisin qanuni tələbinə tabe olmamışdır, onu nizam-intizama dəvət etmələrinə baxmayaraq onlar polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmamışlar. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon X12 Patrul Xidməti Bölüyünün polis nəfəri X5 bildirdi ki, 23 aprel 2023-cü il tarixdə xidmətdə olarkən Göygöl rayonu ərazisində yerləşən mal bazarında xoruz döyüşdürüldüyünü görmüş onlara yaxınlaşaraq xoruzların kimə məxsus olmasını soruşduqda adı sonradan onlara məlum olan Şəxs onlarla mübahisə etməyə başlamışlar. Onları nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, Göygöl rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs yuxarıda təsvir edilən inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlindən peşiman olmasını nəzərə alaraq məhkəmə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati cəza təyin edilməsini məqsədə və qanuna müvafiq hesab edir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov İş № 3(066)-214/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 25 aprel 2023 -cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon X10 Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis leynenantı X3 iştirakları ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 14:30-da başlandı Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X4 gəlmişdir. (İXM-112.1.2) Sədrlik edən Şəxs Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək, müdafiəçinin xidmətindən istifadə etmək hüquqlarının olmasını izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Hüquqlarım mənə aydındır, sədrlik edənə və məhkəmə katibinə etirazım yoxdur. Mənə vəkil təqdim edildi vəkil istəmirəm, hüquqlarımı özüm müdafiə edə bilərəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: vəsatətim yoxdur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməyinə görə əvvəllər məhkum olunmamış, Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Özümü təqsirli bilirəm.Göygöl rayonu ərazisindəki mal bazarında xoruz döyüşdürdüm polis əməkdaşları mənə yaxınlaşıb xorusun sahibinin kim olduğunu soruşdular, mən onlarla mübahisı etdim törətdiyim əməldən peşimanam mənə yüngül cəza təyin olunmasını xahiş edirəm. Sədrlik edən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəyisi polis leynenantı X1 əmakdaşlarının qanunu tələbinə Cəlaləddin tabe olmayıb.Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq o polis əməkdaşlarının qaununi tələblərinə qəsdən tabe olmayıb. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdik. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə iclasına şahid dəvət edir. Sədrlik edən işdə olan Göygöl rayon Polis şöbəsinin protokolunu və digər hüquqi sənədləri elan edir. (İXM-113.2.7) Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 15:00-da bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-214/2023 25 aprel 2023-cü il Göygöl rayon Polis Şöbəsinə Göygöl şəhəri A.Hacıyev küçəsi 93 Şəxs Göygöl rayonu Üçtəpə kəndinə Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500, Göygöl şəhəri, S.Vurğun küçəsi 45A Tel: (02220) 5-23-84 Faks: (02220) 5-23-84 İş № 3(066)-214/2023 8 may 2023-cü il Göygöl rayon İcra İdarəsinə Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «01» vərəqə. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar