Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-214/2024 08.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 iştirakı ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Daşkəsən rayon X4 X5 Yol patrul xidməti inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən rayon X4 X5 Yol patrul xidməti inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Göygöl rayonu Üçtəpə kənd sakini X3 02 aprel 2024-cü il tarixdə saat 09:43-də Gəncə-Daşkəsən yolunun 24-cü kilometrliyində Daşkəsən rayonu ərazisində idarə etdiyi “MERSEDES BENZ 316 CDİ MİKROAVTOBUS” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 344, 342.2.4 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 344, 342.2.4 və 342.2.2-ci maddələri ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 məhkəmə iclasında göstərdi ki, o, 02 aprel 2024-cü il tarixdə saat 09:43-də Gəncə-Daşkəsən yolunun 24-cü kilometrliyində Daşkəsən rayonu ərazisində idarə etdiyi “MERSEDES BENZ 316 CDİ MİKROAVTOBUS” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Daşkəsən rayon X4 X5 əməkdaşı tərəfindən saxlanılmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 344, 342.2.4 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında da o, Daşkəsən rayon X4 X5 Yol patrul xidməti inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Həmin qərara əsasən o, idarə etdiyi “MERSEDES BENZ 316 CDİ MİKROAVTOBUS” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən normativ tələblər polmaqla, avadanlığın quraşdırmış və ya dəyişdirilmiş, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkmiş və tibbi müayinədən keçməmişdir. Ancaq həmin vaxtı o, “MERSEDES BENZ 316 CDİ MİKROAVTOBUS” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hər hansı bir avadanlıq quraşdırmamış və ya dəyişdirməmiş, ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkməmişdir. Eləcədə onun idarə etdiyi avtomobil mikroavtobus olduğuna görə onun hər gün tibbi müayinədən keçməsinə də ehtiyac olmamışdır. Ona görə də qeyd edilən qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X3 06 oktyabr 1988-ci il tarixdə anadan olmaqla, B,B1,C,C1 kateqoriyalı sürücüdür. İş materiallarına əlavə olunmuş Daşkəsən rayon X4 X5 Yol patrul xidməti inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, X3 02 aprel 2024-cü il tarixdə saat 09:43-də Gəncə-Daşkəsən yolunun 24-cü kilometrliyində Daşkəsən rayonu ərazisində idarə etdiyi “MERSEDES BENZ 316 CDİ MİKROAVTOBUS” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 344, 342.2.4 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və buna görə də o, 150 (bir yüz əlli) manat məbləğində cəriməni ödəməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 344-cü maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə- otuz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X3 02 aprel 2024-cü il tarixdə saat 09:43-də Gəncə-Daşkəsən yolunun 24-cü kilometrliyində Daşkəsən rayonu ərazisində idarə etdiyi “MERSEDES BENZ 316 CDİ MİKROAVTOBUS” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 344, 342.2.4 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 344, 342.2.4 və 342.2.2-ci maddələri üzrə “MERSEDES BENZ 316 CDİ MİKROAVTOBUS” markalı **-BK-*** dövlət qeydiyyatlı avtomobillə hər hansı bir avadanlıq quraşdırmamış və ya dəyişdirməmiş, ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkməməsini, eləcədə onun idarə etdiyi avtomobil mikroavtobus olduğuna görə onun hər gün tibbi müayinədən keçməsinə də ehtiyac olmamasını bildirmiş olsada həmin halları təsdiq edən hər hansı bir subutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Daşkəsən rayon X4 X5 Yol patrul xidməti inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(066)-214/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-214/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver