Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-217/2023 26.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kəlbəcər rayonu Qılınclı kəndində qeydiyyatda olan Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 27 aprel 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İsgəndərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İsgəndərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 26 aprel 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-241/2019 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3 uşaq üçün hər ay 210 manat aliment tutularaq X1 ödənilməlidir . Borcluya dəfələrlə şifahi və yazılı xəbardarlıq edilməsinə baxmayaraq, borclu borcundan ödəniş etməmiş. Borclu Şəxs bugünkü tarixə 5000 manat aliment borcu var. Məhkəmə iclasında dindirilən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İsgəndərov inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. 10 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o Kəlbəcər rayon Məhkəməsinin 2(040)-241/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin mövcudluğunu təstiq edir və tələbin icra edilməsindən yayınmır. İcra məmuru onun maddi vəziyyətini və pulu ödəmək imkanın olmamasını nəzərə almayaraq barəsində hazırki protokolu tərtib etmişdir. Lakin o, həmin protokolla razılaşmır və hal hazırda 2000 manat ödəniş etdiyini və yaxın vaxtlarda qalan borcunu ödəyəcəyini bildirir məhkəmənin qanuni qərarını icra etməkdən boyun qaçırmır. Məhkəmə inzibati xəta haqqında protkolu və ona əlavə edilmiş sənədləri araşdırıb, icra məmuru və barəsində inzibati xəta haqqında icraat başlanmış şəxs Şəxs izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbələri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Yuxarıda qeyd edildiyi kimi Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş protokolu araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtəfərli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan Kəlbəcər rayon Məhkəməsinin 2(040)-241/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs Şəxs 3 uşaq üçün hər ay 210 manat aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. İnzibati materiala əlavə edilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İsgəndərov tərəfindən tərtib edilmiş 26 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə vaxt verilməsini, lakin həmin müddət ərzində icra sənədinin icrası borclu tərəfindən tam şəkildə təmin edilməmiş, dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu birdəfəlik ödəmək imkanının olmadığını bildirmişdir. Borclu qərəzli olaraq icra sənədi üzrə olan borcunu ödəməkdən yayınmış və nəticədə tələbkara borclu qalmışdır. Göygöl Rayon İcra və Probasiya Şöbəsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin ifadəsi, habelə toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-nin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, icra şöbəsi tərəfindən tərtib edilmiş protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuş, yəni İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi faktı sübut edilmədiyindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olduğuna görə Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisyasından göründüyü kimi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yeririlməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs borcunu ödəməkdən imtina etmir, borcunu hissə-hissə ödəmək niyyətindədir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2.1, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-217/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 26 aprel 2023-cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 16:00-da başlandı Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlməmişdir. (İXM-112.1.2) Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarının olmasını izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Hüquqlarım mənə aydındır, sədrlik edənə və məhkəmə katibinə etirazım yoxdur. Mənə vəkil təqdim edildi vəkil istəmirəm, hüquqlarımı özüm müdafiə edə bilərəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: vəsatətim yoxdur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kəlbəcər rayonu Qılınclı kəndində qeydiyyatda olan Göygöl rayonu Murovdağ qəsəbəsində yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs: Kəlbəcər rayon Məhkəməsinin 2(040)-241/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə etirazım yoxdur hal hazırda 2000 manat ödədim qalan borcu yaxın vaxtlarda ödüyəcəm, icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 işin halları barədə izahat alır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar İsgəndərov: Kəlbəcər rayon Məhkəməsinin 2(040)-241/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 3 uşaq üçün hər ay 210 manat aliment tutularaq X1 ödənilməsi qət edilmişdir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Şəxs borcunu tam şəkildə ödəməsi barədə dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu borcunu ödəməmişdir. İcra şöbəsində verdiyi izahatında hazırda borc məbləğini birdəfəlik ödəmək imkanının olmadığını bildirmişdir. Odur ki, inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən işdə olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin protokolunu və digər hüquqi sənədləri elan edir. (İXM-113.2.7) Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 16:15-də bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39- 92 İş № 3(066)-217/2023 26 aprel 2023-cü il Göygöl rayon İcra və Probasiya şöbəsinə Şəxs Göygöl rayonu Murovdağ qəsəbəsi X1 Göygöl rayonu Murovdağ qəsəbəsi Göygöl rayon məhkəməsinin 3(066)-217/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəqə. Hakim: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №3(066)-217/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-217/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver