Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-217/2024 24.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi ilə, Göygöl rayon prokurorluğu tərəfindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 206-cı mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı mаddəsi ilə inzibаti xətа haqqında Göygöl rayon prokurorluğunda xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlnaması haqqında qərar qəbul edilmişdir ondan ötəri ki, 09 mart 2024-cü il tarixdə saat 14 radələrində Göygöl rayonu, Üçtəpə kəndi ərazisində özünə məxsus olan "VAZ-2109" markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib araşdırmaya məlum olmayan vaxtda və mənbədən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək istəyərkən Göygöl rayon X1-Patrul xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək həmin tarixdə saat 15:25-də rayon polis şöbəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində tanınaraq üzərində aparılmış şəxsi axtarış zamanı Şəxs əynində olan uzunqol gödəkçənin sağ yan cibindən onun satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.42 qram, yəni az miqdarda olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib olunmuş inzibati material icraata qəbul edilmədən Göygöl rayon prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, inzibati material məhkəməyə daxil olduqdan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə iştirakı təmin edilməmişdir. İXM-in 61.5-ci maddəsinə əsasən, inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. İXM-in 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Göründüyü kimi yuxarıda göstərilənlərə əsasən inzibati işə baxmaq mümkün deyil. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibаti material nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş orqana - Göygöl rayon prokurorluğuna qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Göygöl rayon prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş оrqаnа, Göygöl rayon prokurorluğuna qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Mübariz Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-23-84 İş № 3(066)-217/2024 «24» iyun 2024-cü il Göygöl rayon prokuroru baş ədliyyə müşaviri cənab Rəsul Həsənova Hörmətli Rəsul müəllim, Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 3(066)-217/2024 nömrəli qərardadının surəti və digər sənədlər Sizə göndərilir. Qoşma: qərardadın surəti və digər sənədlər “ ” vərəq. Hörmətlə, hakim Mübariz Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-23-84 İş№ 3(066)-217/2024 «24» iyun 2024-cü il Şəxs (Gəncə şəhəri, Təbriz küçəsi, ev 74) (Göygöl rayonu, Üçtəpə kəndinə) Göygöl Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 3(066)-217/2024 nömrəli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti “02 ” vərəq. Hörmətlə, hakim Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-217/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-217/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver