Məhkəmə qərarları › İş №3(066)-218/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-218/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-218/2023 12.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.2000-ci ildə, Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “Evim Şahanə” mebel mağazasının sahibi, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 148-də qeydiyyatda olan və yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan X11 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X12 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı X11 protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00-da Göygöl rayonu, Quşqara kəndində yerləşən “Evim Şahanə” mebel mağazasında açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də inzibati xəta törətmiş Şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən inzibati xəta törətmiş Şəxs iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən “Evim Şahanə” mebel evinin sahibkarı Şəxs açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımladığına görə xx.xx.2023-cü il tarixli, 11-3-3/2-201/2023 saylı yazılı göstəriş göndərilməsinə baxmayaraq yazılı göstərişə əməl etməmiş və xx.xx.2023-cü il tarixdə saat 10:00-da keçirilən yoxlamada açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan reklam yayımlamağa davam etdiyinə görə barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli X11 protokol tərtib olunmuşdur. Odur ki, Şəxs barəsində olan X11 protokola əsasən inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə X11 işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 428.7.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə X11 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokolu və ona əvalə edilmiş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokolla və ona əlavə edilmiş sənədlərlə (xx.xx.2023-cü il tarixli, 11-3-3/2-201/2023 nömrəli yazılı göstərişlə, xx.xx.2023-cü il tarixli aktla və fotoşəkillə) sübuta yetirilir. İnzibati işin materiallarına əlavə edilmiş: Azərbaycan Respunlikasının Dövlət X10 Regional Reklam İdarəsinin rəisi tərəfindən verilmiş 11-3-3/2-201/2023 saylı, xx.xx.2023-cü il tarixli yazılı göstərişdən görünür ki, sahibkar Şəxs Göygöl rayonu, Quşqara kəndində yerləşən Evim Şahanə” Mebel Evində açıq məkanda yayımladığı reklamla bağlı müvafiq icazə sənədinin alınması üçün hüquqi məsuliyyət barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli X12 İdarəsinin baş müfəttişi –X2, aparıcı müfəttişləri – X4 və X5 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, “Evim Şahanə” obyektinin sahibkarı Şəxs xx.xx.2023-cü il tarixli, 11-3-3/2-297/2023 saylı məktubla xx.xx.2023-cü il tarixdə 10:00-da barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən X11 protokolun tərtib olunmasında iştirak etmək üçün X12 İdarəsinə dəvət olunsa da müvafiq protokolun rəsmiləşdirilməsində iştirak etməmişdir. Sahibkar tərəfindən 19.42 m2 fasad, 12 m2 ayrıca dayaqlı reklam yayımlanır. X11 xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli X11 protkoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00-da Göygöl rayonu, Quşqara kəndində yerləşən “Evim Şahanə” Mebel Evində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Bununla da mebel evinin sahibi Şəxs İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 17-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 109, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan __ İş № 3(066)-218/2023 «12» may 2023-cü il X12 İdarəsinə Ünvan: Gəncə şəhəri, Fətulla Həsənov küç., 3 Surəti: Şəxs Ünvan: Gəncə şəh., Bayan küç., ev 148 Göygöl Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 3(021)-218/2023 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar