Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-218/2025 24.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göygöl rayonu, Göygöl şəhəri, Heydər Əliyev prospekti, ev 67, M. 5-də qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən borclu Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 585 əyarlı, 20.57 qram çəkidə, 2800 (iki min səkkiz yüz) manat dəyərində bir dəst brilyant qaşlı komplektin, 585 əyarlı, 3.8 qram çəkidə, 700 (yeddi yüz) manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyünün, naturada alınması mümkün olmadıqda isə həmin əşyaların dəyəri və məhkəmə xərci olaraq 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun, ümumlikdə 3674 manat məbləğində pulun alınaraq iddiaçı X2 verilməsi qərara alınmışdır. İcra sənədi 06 mart 2025-ci il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Tərəflərindən Şəxs barəsində müvafiq sorğular edilmiş, lakin borclunun rəsmi iş yeri və ya əmlakı aşkar edilməmişdir. Sonuncu izahatında da qeyd etdiyi kimi 3674 manat borcundan bugünədək cəmi 500 manat ödəniş etmiş, qalıq borcu isə hissə-hissə, yəni hər ay 500 manat məbləğində ödəniş edəcəyinə söz vermişdir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirdi ki, borclu Şəxs borcun ödənilməsi ilə bağlı yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Borclu işə bərpa olması ilə bağlı müvafiq qurumlara müraciət etdiyini İcra və Probasiya Şöbəsinə bildirsə də borclu rəsmi iş yeri ilə bağlı hər hansı sənədi şöbəyə təqdim etməmişdir. İnzibati xəta ilə bağlı protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, tələbkara olan borcunu ödəməkdən boyun qaçırmır, işsiz olduğundan ödəniş edə bilməmişdir, hazırda fərdi şəxsə sürücü olaraq işə düzəlmiş, avans olaraq aldığı 200 manatı borcundan ödəyəcəkdir, növbəti ayın 5-6-na kimi isə 500-600 manat ödəniş edə bilir. O, yenidən daxili işlər orqanlarına xidmətin bərpası ilə bağlı müvafiq komissiyaya müraciət etmişdir, bununla bağlı sənədlərin hazırlanması gedir. Məhkəmə qətnaməsindən boyun qaçırmadığını, yaranmış borcu ödəyəcəyini məhkəməyə bildirdi. Əvvəlki məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, borclu 500 manat ödəmişdir, borcun tam ödənilməsini, protokol üzrə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(066)-72/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 1). 585 əyarlı, 20.57 qram çəkidə, 2800 (iki min səkkiz yüz) manat dəyərində bir dəst brilyant qaşlı komplekt (komplektə daxildir 1 ədəd brilyant qaşlı boyunbağı, bir ədəd brilyant qaşlı qolbağ, bir ədəd brilyant qaşlı üzük, bir güt brilyant qaşlı sırğa); 2). 585 əyarlı, 3.8 qram çəkidə, 700 (yeddi yüz) manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü-naturada alınması mümkün olmadıqda isə həmin əşyaların dəyəri və məhkəmə xərci olaraq 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(066)-72/2025 nömrəli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraat başlanmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(066)-72/2025 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi barədə məlumat verilmişdir. Borclu tərəfindən verilmiş izahatın surətindən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(066)-72/2025 nömrəli icra vərəqəsi üzrə həmin gün 500 manat məbləğində ödəniş edəcəyini, qalıq borcunu isə hər ay hissə-hissə yəni, 500 manat ödəyəcəyinə söz vermişdir. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2025ci il tarixli, 2(066)-72/2025 saylı icra vərəqəsinə əsasən Şəxs qızıl-zinət əşyalarının dəyəri olan 3674 manat pul alınaraq X2 ödənilməlidir. Borclu məhkəmə qətnaməsi ilə yaranmış borcunu tam şəkildə ödəyə bilmədiyini, borcunu hər ay 500 manat məbləğində hissə-hissə ödəyəcəyini izahatında bildirmişdir. Göründüyü kimi Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(066)- 72/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 1). 585 əyarlı, 20.57 qram çəkidə, 2800 (iki min səkkiz yüz) manat dəyərində bir dəst brilyant qaşlı komplekt (komplektə daxildir 1 ədəd brilyant qaşlı boyunbağı, bir ədəd brilyant qaşlı qolbağ, bir ədəd brilyant qaşlı üzük, bir güt brilyant qaşlı sırğa); 2). 585 əyarlı, 3.8 qram çəkidə, 700 (yeddi yüz) manat dəyərində bir ədəd brilyant qaşlı nişan üzüyü-naturada alınması mümkün olmadıqda isə həmin əşyaların dəyəri və məhkəmə xərci olaraq 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumunun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Borclunun izahatı alınarkən o, məhkəmə qətnaməsi ilə yaranmış borcunu hər ay 500 manat məbləğində hissə-hissə ödəyəcəyini bildirmişdir. Bu hal məhkəmə qətnaməsinin icra edilməməsinə səbəb olan borclunun üzrsüz hərəkəti kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan tam icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də barəsində icraat aparılan şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından aydın olur ki, sözü gedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəyə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, icra vərəqəsinin icra edilməsinə dair borclunun qismən ödənişini, iş (xidmət) fəaliyyətinə bərpa edilməsini, inzibati xətaya dair tətbiq edilən inzibati tənbeh tədbirinin şəxsin inzibati məsuliyyət ruhunda islah olanmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə tənbeh tədbiri İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğundur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-218/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-218/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver