Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-221/2023 28.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin Sarısu polis bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1958-ci il tarixdə Vardenis rayonunun Zod kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göygöl rayonu, Yeni Zod kəndində yaşayan Şəxs (AZE *******) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ-də İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Yeni Zod kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin Sarısu polis bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Göygöl RPŞnin əməkdaşları şikayətlə əlaqədar Şəxs Göygöl rayonu, Yeni Zod kəndidə yaşadığı ünvana gedərək özlərini ona təqdim etdikdən sonra barəsində olan şikayətin məzmununu izah edəndə Şəxs küçədə uca səslə qışqıraraq ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Yaranmış hüquq pozuntusu ilə bağlı polis əməkdaşları dəfələrlə onu nizam-intizama dəvət etsələr də Şəxs əməlini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də o, Göygöl RPŞ-nin Sarısu PB-yə gətirilmiş və onun barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və qanuni tənbeh tədbirinin seçilməsi üçün rayon məhkəməsinə gətirmişdir. Məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilməyərək göstərdi ki, o, pols əməkdaşlarının tələbinə tabe olmuş, polisə heç bir tabesizlik göstərməmiş, əksinə onların tələbi ilə polis bölməsinə getmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və ona görə də onun törətmiş olduğu əməl İXM-nin 535.1-ci mаddəsindən İXM-nin 510-cu maddəsinə tövsif edilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl rayon polis şöbəsinin Sarısu polis bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN №1623123 saylı protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Yeni Zod kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki inzibati xəta haqqında materialdan görünür ki, tərtib olunmuş protokolda profilaktik söhbət zamanı Şəxs polisin tələbini pozması göstərilmişdir. Lakin protokolda əməl törədilən zaman polisin tələbinin nədən ibarət olması barədə heç bir məlumat qeyd edilməmişdir. Sadəcə formal sözlərdən istifadə olunaraq şəxsin polisin tələbinə tabe olmaması göstərilmişdir. Qanunvericiliyin imperativ tələbindən görünür ki, əməlin İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilə bilməsi üçün aşağıdakı əlamətlər olmalıdır:
1. əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifəsini icra edərkən törədilməli;
2. polis işçisinin tələbi qanuni olmalı;
3. şəxs həmin qanuni tələblərə qəsdən tabe olmamalıdır. Lakin araşdırılan inzibati xəta haqqında materialdan görünür ki, polis əməkdaşının hansı qaydada və şəraitdə qanuni tələb irəli sürməsi, polis əməkdaşının qanuni tələbinin nədən ibarət olması, şəxsin həmin tələblərə hansı formada tabe olmaması və tələbin yerinə yetirilməməsinin nədə ifadə edilməsi, iş üçün digər əhəmiyyətli hallar müəyyən edilməmişdir. Məhkəməsi hesab edir ki, şəxs polisə dəvət edilmiş, əgər o, getməmişdirsə, bu zaman polis əməkdaşları qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etməli idi (məcburi gətirilmə). Belə olan halda məhkəmə qeyd edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasına dair protokolda göstərilən xüsusatlar əsassız və qanunsuzdur. Eyni zamanda iş materiallarında Şəxs polisin qanuni tələblərinə tabe olmamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Bu barədə materiala heç bir sənəd əlavə edilməmişdir. Bununla belə məhkəməsi hesab edir ki, Şəxs ünvan 2 ünvansız söyüşlər söyməklə əlaqədar ictimai qaydanı pozmuş, orada olan şəxslərin dincliyi pozulmuş, bu hərəkətlər əhalinin narahatlığına səbəb olmuşdur və bu hərəkətlər İXM-nin 510-cu maddəsinin tərkib əlamətini yaradır. İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Əməlin tövsifi törədilən konkret əməlinin cəhətləri ilə normanın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Xətanın tövsifi törədilən konkret əməlinin cəhətləri ilə normanın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən edilməlidir. Hər bir əməl araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi xətanın əlamətlərini əks etdirən əməllərin xəta olub-olmamasını, xəta törətməkdə şübhəli olan şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin əmələ görə ona ədalətli tənbeh təyin edilməsinə yönəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs öz əməli ilə bağlı küçədə yüksək səslə ünvanlı və ünvansız söyüşlər söyməklə orada olan şəxslərin dincliyinin pozulması, bu hərəkətləri ilə ictimai qaydanı pozduğu üçün onun əməli İXM-nin 535.1-ci maddəsindən İXM-nin 510-cu maddəsinə tövsif edilməlidir. İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. İXM-nin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə törədilən inzibati xətanın törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdıraraq hesab edir ki, hazırki iş üzrə protokol tərtib etmiş şəxs tərəfindən qanunun tələbləri düzgün tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 510-cu mаddəsi ilə təqsirli bilinib, bаrəsində 50 (əlli) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q ə r a r a a l d ı:
Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu mаddəsinə tövsif edilsin. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə 50 (əlli) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Hаkim: Əyyub Kərimov