Məhkəmə qərarları › İş №3(066)-223/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-223/2023

29.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-223/2023 29.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 və Göygöl rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X4 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 29 aprel 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsindən daxil olmuş İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 28 aprel 2023-cü il tarixdə idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyindən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Şəxs nalayiq ifadələr işlədərək polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 28 aprel 2023-cü il tarixdə Göygöl rayonu ərazisində yerləşən «Giləvar» restoranının qarşısında idarə etdiyi «HYUNDAİ ACCENT» markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə əl tormozundan istifadə etməklə avtoxuliqanlıq hərəkətləri etdiyindən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin yoxlama zamanı Şəxs sərxoş halda avtomobili idarə etməsidə məlum olmuşdur. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində olan 29 aprel 2023-cü il tarixli, MN № ******* nömrəli və 29 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar Göygöl rayon Məhkəməsinin icraatına 29 aprel 2023-cü il tarixdə daxil olmuş və həmin inzibati materiallar 3(066)-222/2023 və 3(066)-223/2023 nömrələr ilə qeydə alınmışlar. Göygöl rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli qərardadı ilə yuxarıda qeyd olunan işlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə müvafiq olaraq bir icraatda birləşdirilmiş və birləşdirilmiş icraat materiallarına 3(066)-223/2023 nömrə verilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən peşiman olmasını, polis əməkdaşlarının qanunu tələblərinə tabe olmasını, avtomobili idarə edərkən spirtli içki qəbul etməsini və avtomobili sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozmasını bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru, polis serjantı X9 göstərdi ki, 28 aprel 2023-cü il tarixdə YPX-nin əməkdaşları Tural Hüseynov və Vüsal Qurbanovla birlikdə xidmətdə olan zaman ** SP *** nömrəli, Hyundai Accent markalı avtomobilin sürücüsünün əl tormozundan istifadə etməklə avtoxuliqanlıq hərəkətləri etməsini görmüşlər. Tərəflərindən həmin avtomobilə saxla işarəsi verərək avtomobili saxlamışlar. Avtomobilin sürücüsü adı sonradan onlara məlum olan Şəxs avtomobildən düşərkən hiss olunacaq dərəcədə sərxoş halda nalayiq ifadələr işlədərək onlarla mübahisə etməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq qanuni tələblərinə tabe olmamışdır. Həmin əraziyə PPXB-nün əməkdaşları çağırılaraq Şəxs rayon polis şöbəsinə gətirmişlər. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru X10 bildirmişdir ki, 28 aprel 2023-cü il tarixdə YPX-nin əməkdaşları Tural Hüseynov və Siyavuş Hüseynovla birlikdə xidmətdə olarkən «Giləvar» restoranının qarşısınla ** SP *** nömrəli, Hyundai Accent markalı avtomobilin sürücüsünün əl tormozundan istifadə edərək avtoxuliqanlıq hərəkətləri etməsini görmüşlər. Tərəflərindən həmin avtomobilə saxla işarəsi verərək avtomobili saxlamışlar. Avtomobilin sürücüsü adı sonradan onlara məlum olan Şəxs avtomobildən düşərək hiss olunacaq dərəcədə sərxoş halda nalayiq ifadələr işlədərək onlarla mübahisə etmişdir. Onlar Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin əraziyə PPXB-nün əməkdaşları çağıraraq Şəxs rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru Tural Hüseynov eyni məzmulu izahat verərək şahid X7 ifadəsini təstiqlədi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, səlahiyyətli orqan Şəxs törətdiyi inzibati xətanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 333.1 və 511.1.3-cü maddələri ilə düzgün tövsüf etmişdir. İşdə olan inzibati qaydada tutma haqqında 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 29 aprel 2023-cü il tarixdə, saat 00-45-də inzibati qaydada tutulmuşdur. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müyayinəsi barədə 29 aprel 2023-cü il tarixli, 1311/2023 nömrəli aktdan görünür ki, Şəxs 28 aprel 2023-cü il tarixdə avtomobili idarə edərkən sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs yuxarıda təsvir edilən inzibati xətaları törətməsi tam sübuta yetirilir və onun barəsində daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası həddində, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqa inzibati həbs növündə inzibati cəza təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbsetmənin əvvəli 29 aprel 2023-cü il tarixdən, saat 00-45-dən hesablansın. Qərardan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov İş № 3(066)-223/2023 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU 29 aprel 2023-cü il Göygöl şəhərində Göygöl Rayon Məhkəməsi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 və Göygöl rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X4 iştirakları ilə, Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1, 333.1 və 511.1.3-cü maddələri ilə xəta törətməsinə dair işə baxılmasını elan edir. İclas saat 10:30-da başlandı Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, Vüsal Mustafayev və Siyavuş Hüseynov gəlmişlər. (İXM-112.1.2) Sədrlik edən Şəxs Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən hakimə və məhkəmə iclas katibinə etiraz etmək, müdafiəçinin xidmətindən istifadə etmək hüquqlarının olmasını izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüquqlarım mənə aydındır, sədrlik edənə və məhkəmə katibinə etirazım yoxdur. Mənə vəkil təqdim edildi vəkil istəmirəm, hüquqlarımı özüm müdafiə edə bilərəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti olub-olmamasını soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: vəsatətim yoxdur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1993-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən işin halları barədə izahat alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərir: mən özümü təqsirli bilirəm. Polis əməkdaşlarının qanunu tələblərinə tabe olmuşam. Avtomobili idarə edərkən spirtli içki qəbul etmişdim. Avtomobili sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozmuşam. Sədrlik edən: s/c-Hazırda hərəkətimdən peşimanam. Sədrlik edən inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X1 verir. Vüsal Mustafayev: Şəxs 28 aprel 2023-cü il tarixdə idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyindən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Şəxs nalayiq ifadələr işlədərək polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları Şəxs nizamintizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolu müdafiə edirəm. Şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edirəm. Sədrlik edən digər inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X2 verir. Siyavuş Hüseynov: 28 aprel 2023-cü il tarixdə YPX-nin əməkdaşları Tural Hüseynov və Vüsal Qurbanovla birlikdə xidmətdə olan zaman ** SP *** nömrəli, Hyundai Accent markalı avtomobilin sürücüsünün əl tormozundan istifadə etməklə avtoxuliqanlıq hərəkətləri etməsini gördük. Tərəflərimizdən həmin avtomobilə saxla işarəsi verərək avtomobili saxladıq. Avtomobilin sürücüsü adı sonradan bizə məlum olan Şəxs avtomobildən düşərkən hiss olunacaq dərəcədə sərxoş halda nalayiq ifadələr işlədərək bizimlə mübahisə etməyə başladı. Biz Şəxs nizam-intizama dəvət etsəkdə bizim qanuni tələblərimizə tabe olmadı. Həmin əraziyə PPXB-nün əməkdaşları çağırılaraq Şəxs rayon polis şöbəsinə gətirdik. İnzibati xəta haqqında protokolu müdafiə edirəm. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Sədrlik edən şahidlərə Azərbaycan Respublikasının İXM-nın 67-ci maddəsinin məsuliyyətini elan edib iltizama imza etdirir və işin halları barədə izahat alır. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru X10: 28 aprel 2023-cü il tarixdə YPX-nin əməkdaşları Tural Hüseynov və Siyavuş Hüseynovla birlikdə xidmətdə olarkən «Giləvar» restoranının qarşısınla ** SP *** nömrəli, Hyundai Accent markalı avtomobilin sürücüsünün əl tormozundan istifadə edərək avtoxuliqanlıq hərəkətləri etməsini gördük. Tərəfimizdən həmin avtomobilə saxla işarəsi verərək avtomobili saxladıq. Avtomobilin sürücüsü adı sonradan bizə məlum olan Şəxs avtomobildən düşərək hiss olunacaq dərəcədə sərxoş halda nalayiq ifadələr işlədərək bizimlə mübahisə etdi. Biz Şəxs nizamintizama dəvət etməyimizə baxmayaraq bizim qanuni tələblərimizə qəsdən tabe olmadı. Həmin əraziyə PPXB-nün əməkdaşlarını çağıraraq Şəxs rayon polis şöbəsinə gətirdik. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru Tural Hüseynov eyni məzmulu izahat verərək şahid X7 ifadəsini təstiqlədi. Sədrlik edən işdə olan Göygöl rayon Polis şöbəsinin protokolunu və digər üquqi sənədləri elan edir. (İXM-113.2.7) Elan olunmuş hüquqi sənədlərə dair xəta törədən şəxsin etirazı olmadı. Sədrlik edən müşavirə otağına gedir qayıdaraq məhkəmə qərarını elan edir, qərarın məzmunu, ondan apellyasiya şikayəti vermək müddət və qaydasını habelə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını izah edir. Sədrlik edən məhkəmə iclasını saat 10:55-də bağlı elan edir. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi 45A; Tel: (02220) 5-23-84, Faks: (02220) 5-23-84 ___________________________________________________________________ İş № 3(066)-223/2023 29 aprel 2023-ci il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Zaur Nəsirova hörmətli Zaur müəllim, Şəxs barəsində olan Göygöl rayon məhkəməsinin 3(066)-223/2023 nömrəli, 29 aprel 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti «02» vərəqə. Hakim: Qələmdar Abbasov İş № 3(066)-223/2023 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ BARƏDƏ GÖYGÖL RAYON MƏHKƏMƏSİNİN HAKİMİNİN QƏRARDADİ Göygöl şəhəri «29» aprel 2023-cü il Mən, Göygöl rayon məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsindən daxil olmuş İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 28 aprel 2023-cü il tarixdə idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyindən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Şəxs nalayiq ifadələr işlədərək polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 28 aprel 2023-cü il tarixdə Göygöl rayonu ərazisində yerləşən «Giləvar» restoranının qarşısında idarə etdiyi «HYUNDAİ ACCENT» markalı, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə əl tormozundan istifadə etməklə avtoxuliqanlıq hərəkətləri etdiyindən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin yoxlama zamanı Şəxs sərxoş halda avtomobili idarə etməsidə məlum olmuşdur. Bununla Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində olan 29 aprel 2023-cü il tarixli, MN № ******* nömrəli və 29 aprel 2023cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar Göygöl rayon Məhkəməsinin icraatına 29 aprel 2023-cü il tarixdə daxil olmuş və həmin inzibati materiallar 3(066)-222/2023 və 3(066)-223/2023 nömrələr ilə qeydə alınmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, yuxarıda qeyd olunan işlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə müvafiq olaraq bir icraatda birləşdirilməli və birləşdirilmiş icraat materiallarına 3(066)-223/2023 nömrə verilməlidir. İnzibati xəta haqqında işin baxılması Göygöl rayon məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübütlar toplanmış, işin məhkəmənin icraatına qəbul edilməsi və təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 34.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 333.1 və 511.1.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış materiallar məhkəmə icraatına qəbul edilsin. 3(066)-222/2023 nömrəli və 3(066)-223/2023 nömrəli materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə müvafiq olaraq bir icraatda birləşdirilsin və birləşdirilmiş icraat materiallarına 3(066)-223/2023 nömrə verilsin. İşin məhkəmə iclası 29 aprel 2023-ci il tarixə saat 10:30-a Göygöl rayon məhkəməsinin binasına təyin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına dəvət edilsin. Məhkəmənin hakimi: Qələmdar Abbasov İş № 3(066)-223/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Göygöl rayon məhkəməsi Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Göygöl rayon məhkəməsinin binasında 29 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1, 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxılır. Prosessual hərəkət saat 10:15-də başlandı. Hakim inzibati materialı nəzərdən keçirərək, işin məhkəmə icraatına qəbul edilməsinə dair qərardad qəbul edir. Prosessual hərəkət saat 10:20-də qurtardı. Protokol 29 aprel 2023-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar