Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-225/2025 13.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 27 may 2025-ci il tarixli qərar baxılması üçün Göygöl rayon prokuroru baş ədliyyə müşaviri Rəsul Həsənov tərəfindən Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilir ki, fiziki şəxs Şəxs 12 fevral 2025-ci il tarixdə saat 01 radələrində yaşadığı fərdi yaşayış evində gəlini Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncunun boğazından və qollarından tutub sıxaraq Zərərçəkmiş şəxs fiziki ağrı yetirməklə, “sol əlin arxa səthinin sıyrığı" xəsarətini qəsdən yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Qeyd olunanlar 05.05. il tarixli, 778-xid-25 nömrəli Təqrir sənədlərlə sübut olunur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs qaynanası Şəxs tərəfindən döyülməsinə dəlalət edən sübutların aşkar olunması olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın(ların) əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və icraatı rədd edən halların olmamasıdır. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Göygöl rayonu Topalhəsənli kəndində yerləşən evlərində axşam saat 01 radələrində sosial almaqla bağlı imza çəkməkdən imtina etdiyi üçün qayınanası Nariddə əri Əfqanı qıcıqlandırıcı söhbətlərlə əsəbləşdirməyə başlamışdır. Bundan sonra əri Əfqan onu təhqir etməyə başlamışdır. O, ərinin yanından digər otağa getmişdir və həmin vaxt qayınanası Nariddə də yanına gəlib onu təhqir etməyə başlamışdır. O, telefonla qohumlarına məlumat vermək istəmişdir. Ancaq qayınanası Nariddə telefonu əlindən alaraq onu boğmağa başlamışdır. Bu zaman o, qayınanasının əlindən çıxmaq istədikdə, Nariddə qollarından tutaraq ona xəsarət yetirmişdir. Daha sonra ərini çağırmışdır və əri digər otaqdan gələrək onları ayırmışdır. Mübahisə dayandıqdan sonra o, telefonu ilə dayısına məlumat verib gəlib onu aparmasını istəmişdir. Dayısı Mülazim gəlib onu evlərinə aparmışdır. Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Göygöl rayonu Topalhəsənli kəndində yerləşən evlərində axşam saat 01 radələrində Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə yaranmışdır, həmin mübahisə zamanı gəlini Aytac onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bundan sonra Aytac onun telefonu ilə dayısına zəng etmişdir. Aytacdan telefonunu özünə geri qaytarmasını istəmişdir. Ancaq həmin vaxt Aytac telefonunu qaytarmaq istəməmişdir, o da telefonunu almağa çalışarkən aralarında əlbəyaxa mübahisə yaranmışdır. Mübahisə zamanı Aytac onun qollarından tutaraq itələyib kənarlaşdırmaq istəmişdir. Həmin mübahisə zamanı o, telefonu ala bilmədiyi üçün Aytacın yanından uzaqlaşmışdır. Daha sonra Aytacın dayısı Mülazim yaşadıqları evə gələrək ona hədə-qorxu gəlməklə Aytacı aparmışdır. Əlavə olaraq Şəxs izahatında gəlini Zərərçəkmiş şəxs onu döydüyünü, mübahisə zamanı yanlarında başqa şəxs olmadığını, sonradan onların arasında olan sözlü mübahisəni oğlu Əfqanın digər otaqdan eşidərək yanlarına gəlib onları sakitləşdirdiyini bildirmişdir. X3 və X2 eyni məzmunlu izahatlar verərək heç bir mübahisənin şahidi olmadıqlarını bildirmişdirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 72 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol əlin arxa səthinin sıyrığı - sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Onun təqsirləndirildiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında isə inzibati həbs növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə iştirakının təmin olunmadığı və ya məhkəməyə təqdim edilmədiyi halda inzibati xəta haqqında işə daxil olduğu gün mahiyyəti üzrə baxılması mümkün deyildir. Odur ki, çatışmazlıqların aradan qaldırılması üçün inzibati material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq,məhkəmə qəraraalır: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlər Göygöl Rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-225/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-225/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver