Məhkəmə qərarları › İş №3(066)-226/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-226/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-226/2025 13.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 23 may 2025-ci il tarixli qərar baxılması üçün Göygöl rayon prokuroru baş ədliyyə müşaviri Rəsul Həsənov tərəfindən Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilir ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) 13 yanvar 2025-ci il tarixdə qaynatası Rasim Bəyalıyev onu və arvadı Zərərçəkmiş şəxs Göygöl rayonu, Quşqara kəndində yerləşən yaşadığı evə dəvət etdiyi zaman onlar evin həyətində aralarında tez-tez mübahisə baş verməsi barədə söhbət edərkən, sonuncu mübahisələrin baş verməsində arvadı Zərərçəkmiş şəxs günahlandırdığı üçün aralarında yaranmış mübahisə zamanı qaynatası Rasim Bəyalıyevin evin həyətyanı sahəsində olmasından istifadə edərək əlləri ilə arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu döyməsi və sonuncuya sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən “sağ bazu və sağ bud nahiyələrinin qançırı" xəsarətlərini qəsdən yetirmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Qeyd olunanlar xx.xx.2025-ci il tarixli, 25-1-2-2-419-2432-1 nömrəli Təqrir sənədlərlə sübut olunur. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2021 -ci il tarixdə ailə həyatı qurmuş. Birgə nikahdan bir övladları var. Ailə həyatı quran bir gündən Samux rayonu Qaraarx qəsəbəsində yaşamışlar. Elnur tez-tez onu döydüyünə görə 2024-cü ilin aprel ayında boşanıb, atası evinə qayıtmışdır. Təxminən 1 ay əvvəl Elnur ilə barışaraq Samux rayon Seyidlər kəndində kirayə evdə yaşamışlar. Bir müddətdən sonra aralarında mübahisələr yarandığından 13 yanvar 2025-ci il tarixdə atası Rasim Bəyalıyev onu və əri X4 rayonu, Quşqara kəndində yerləşən yaşadığı evə dəvət etmişdir. Onlar evin həyətində aralarında tez-tez mübahisə baş verməsi barədə söhbət edərkən, Elnur Alməmmədli mübahisələrin baş verməsində onu günahlandırdığı üçün aralarında yaranmış mübahisə zamanı atası Rasim Bəyalıyevin evin həyətyanı sahəsində olmasından istifadə edərək Elnur Alməmmədli əlləri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu döymüş və qaçmışdır. Material üzrə izahatı alınmış X5 eyni məzmunlu izahat verərək qızı Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. Material üzrə izahatı alınmış X3 izahatında göstərmişdir ki, 2021-ci il tarixdə ailə həyatı qurmuş. Birgə nikahdan bir övladları var. Ailə həyatı quran bir gündən Samux rayonu Qaraarx qəsəbəsində yaşamışlar. Əvvəl gündən Günelin atası Rasim onların ailə həyatına müdaxilə etdiyinə görə tez-tez ailədaxili narazılıqlar yaranmış, bu səbəbdən də 2024-cü ilin aprel ayında Günel ilə ayrılmışlar. Günel atasının evinə getmiş və həmin ilin avqust ayında boşanmışlar. O vaxtdan məhkəmə tərəfindən övladına aliment kəsilmiş və o, vaxtında aliment pulunu ödəmişdir. Təxminən 1 ay əvvəl Günel ilə barışaraq Samux rayon Seyidlər kəndində kirayə evdə yaşamışlar. Bir müddətdən sonra Rasimin müdaxiləsi nəticəsində arvadı ilə mübahisələr yarandığından xx.xx.2025-ci il tarixdə saat 21 radələrində taksi ilə Güneli aparıb atasının evinə düşürüb qayıtmış və o gündən sonra Rasimin evinə getməmişdir. xx.xx.2025-ci il tarixdə Rasim ona zəng edərək söyüb təhqir etmiş, o da cavabında Rasimi söymüşdür. Bundan başqa xx.xx.2025-ci il tarixdə yaşadığı kənddə olduğunu və Güneli döymədiyini bildirmşdir. xx.xx.2025-ci il tarixdə Rasimin onları evinə dəvət etmədiyini, Günel öz videosunu TikTok sosial şəbəkəsində paylaşdığına görə aralarında mübahisə yarandığından xx.xx.2025-ci il tarixdə kirayədə yaşadıqları evdən Günel onun paltarlarını çıxarıb çölə atdığına görə Güneli atası Rasimin evinə aparmış, o gündən sonra Rasimin evinə getmədiyini bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 51 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu və sağ bud nahiyyələrinin qançırı ilə müşayiət edilən xəsarətlər vardır, həmin xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb X2 13 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs atası Rasim Bəyalıyev evinin həyətyanı sahəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döyməsi, Zərərçəkmiş şəxs bədəni üzərində 13 yanvar 2025-ci il tarixdə əmələ gəlməyə uyğun olan və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən “sağ bazu və sağ bud nahiyələrinin qançırı” xəsarətlərinin aşkar edilməsi olmuşdur. Məhkəmə iclasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Onun təqsirləndirildiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında isə inzibati həbs növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın məhkəmədə iştirakının təmin olunmadığı və ya məhkəməyə təqdim edilmədiyi halda inzibati xəta haqqında işə daxil olduğu gün mahiyyəti üzrə baxılması mümkün deyildir. Odur ki, çatışmazlıqların aradan qaldırılması üçün inzibati material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq,məhkəmə qəraraalır: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə olunmuş sənədlər Göygöl Rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar