Məhkəmə qərarları › İş №3(066)-228/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-228/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-228/2023 16.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X3 iclas katibliyi, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X9 və zərərçəkmiş şəxs X5 iştirаkı ilə, xx.xx.1985-ci il tarixdə Basarkeçər rayonunun Zod kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Şəhriyar kəndində yaşayan Şəxs (AA 2562944) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Göygöl rayon İcra və probasiya şöbəsində (Bundan sonra Göygöl RİPŞ) 02 mart 2023-cü il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir və nəticədə Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 450 manat ödənilməmiş aliment borcu və Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 2350 manat qızıl-zinət əşyalarının dəyəri üzrə borcu yaranmışdır. Bununla da Şəxs İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində inzibati iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göygöl RİPŞ-nin icra məmuru X12 çıxış edərək edərək göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşı tamam olana kimi hər ay 20 manat tutularaq X2 verilməlidir. Həmçinin Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs və X1 cəmi 2110 manat olan cehiz və geyim əşyaları naturada, cehiz və geyim əşyaları olmadıqda onların dəyəri və cəmi dəyəri 2590 manat olan qızıl-zinət əşyaları naturada, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri alınınaraq X2 verilməlidir. İcra sənədləri qanuni qüvvəsini aldığından icra edilməsi üçün Göygöl RİPŞ-yə göndərilmiş və Göygöl RİPŞ-nin icra məmuru Ruslan Əliyev tərəfindən xx.xx.2020-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixdə Göygöl Rayon Məhkəməsinin 2(066)- 1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinə əsasən Şəxs barəsində icraat başlanmışdır. Göygöl RİPŞ-nin icra məmuru Ruslan Əliyevin xx.xx.2022-ci il tarixli qərarı ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Borcluya qərarların surəti ilə bərabər icra sənədlərindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməmiş və hazırda icra sənədi üzrə 450 manat aliment borcunu və 2350 manat qızılzinət əşyalarının dəyəri borcunu tələbkarın xeyirinə ödəməkdən yayınmışdır. Borclu xx.xx.2022-ci il tarixdə Göygöl RİPŞ-yə çağırılmış və barəsində MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanuni tədbir görülməsi üçün rayon məhkəməsinə gətirilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X10 ifadəsində göstərdi ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə borcunun qaytarılmasını tələb edir. Borclunun qərəzli olaraq borcunu ödəmədiyini, ondan şikayətçi olduğunu bildirdi və onun inzibati qaydada məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prtokol tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-nin 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Göygöl Rayon Məhkəməsinin 2(066)-709/2020 saylı, xx.xx.2020-ci il tarixli və Göygöl Rayon Məhkəməsinin 2(066)-1063/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərini qanunla müəyyən edilmiş vaxtda icra etmədiyinə görə Şəxs barəsində 22 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin məcəlləsinin “idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin vaxt qüvvədə olan İXM-nin 38.1-ci maddəsinə əsasən dörd aydır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 3(066)-454/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 3(104)-102/2023 saylı, 03 aprel 2023cü il tarixli qərarından görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 3(066)-454/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən araşdırılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi icra məmuru tərəfindən inzibati xəta haqqında protokol 22 dekabr 2022-ci il tarixdə tərtib edilmiş, hazırki inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edildiyi və işə baxıldığı günədək dörd aydan çox müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında iş üzrə Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, Şəxs barəsində olan İXM-nin 528.1-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___ ___________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan _ İş № 3(066)-228/2023 16 may 2023-cü il Göygöl rayon İcra və probasiya şöbəsinə Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Şəxs (Göygöl rayonu, Şəhriyar kəndi) Surəti: X7 (Daşkəsən rayonu, Əhmədli kəndi) Göygöl Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(066)-228/2023 nömrəli qərarının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar