Məhkəmə qərarları › İş №3(066)-230/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-230/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-230/2023 05.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1996-cı il tarixdə Xanlar rayonunun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Göygöl rayonu, Üçtəpə kəndində yaşayan Şəxs (AA 3931888) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ-də İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göygöl rayon polis şöbəsinin Sarısu polis bölməsinin polis sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Göygöl RPŞnin əməkdaşları Göygöl rayonu, Üçtəpə kəndi ərazisində xidmətdə olan zaman Şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan kimliyini soruşmuşlar. Bu zaman Şəxs özünü təqdim etməkdən yayınaraq küçədə yüksək səslə qışqıraraq danışmaqla ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də o, Göygöl RPŞ-yə gətirilmiş və onun barəsində xx.xx.2023-cü il tarixdə İXM-nin 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və qanuni tənbeh tədbirinin seçilməsi üçün rayon məhkəməsinə gətirmişdir. Məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, küçədə yüksək səslə qıqıraraq danışmış və ictimai qaydanı pozmuşdur. Əməlindən peşimandır və qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və ona görə də onun törətmiş olduğu əməl İXM-nin 535.1-ci mаddəsindən İXM-nin 510-cu maddəsinə tövsif edilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Göygöl rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş MN №1623287 saylı protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:40-da inzibati qaydada tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki inzibati xəta haqqında materialdan görünür ki, tərtib olunmuş protokolda profilaktik söhbət zamanı Şəxs polisin tələbini pozması göstərilmişdir. Lakin protokolda əməl törədilən zaman polisin tələbinin nədən ibarət olması barədə heç bir məlumat qeyd edilməmişdir. Sadəcə formal sözlərdən istifadə olunaraq şəxsin polisin tələbinə tabe olmaması göstərilmişdir. Qanunvericiliyin imperativ tələbindən görünür ki, əməlin İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilə bilməsi üçün aşağıdakı əlamətlər olmalıdır:

1. əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifəsini icra edərkən törədilməli;

2. polis işçisinin tələbi qanuni olmalı;

3. şəxs həmin qanuni tələblərə qəsdən tabe olmamalıdır. Lakin araşdırılan inzibati xəta haqqında materialdan görünür ki, polis əməkdaşının hansı qaydada və şəraitdə qanuni tələb irəli sürməsi, polis əməkdaşının qanuni tələbinin nədən ibarət olması, şəxsin həmin tələblərə hansı formada tabe olmaması və tələbin yerinə yetirilməməsinin nədə ifadə edilməsi, iş üçün digər əhəmiyyətli hallar müəyyən edilməmişdir. Məhkəməsi hesab edir ki, şəxs polisə dəvət edilmiş, əgər o, getməmişdirsə, bu zaman polis əməkdaşları qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etməli idi (məcburi gətirilmə). Belə olan halda məhkəmə qeyd edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasına dair protokolda göstərilən xüsusatlar əsassız və qanunsuzdur. Eyni zamanda iş materiallarında Şəxs polisin qanuni tələblərinə tabe olmamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Bu barədə materiala heç bir sənəd əlavə edilməmişdir. Bununla belə məhkəməsi hesab edir ki, Şəxs Göygöl rayonu, Üçtəpə kəndi ərazisində küçədə yüksək səslə qışqıraraq danışmaqla əlaqədar ictimai qaydanı pozmuş, orada olan şəxslərin dincliyi pozulmuş, bu hərəkətlər əhalinin narahatlığına səbəb olmuşdur və bu hərəkətlər İXM-nin 510-cu maddəsinin tərkib əlamətini yaradır. İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Əməlin tövsifi törədilən konkret əməlinin cəhətləri ilə normanın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Xətanın tövsifi törədilən konkret əməlinin cəhətləri ilə normanın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən edilməlidir. Hər bir əməl araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi xətanın əlamətlərini əks etdirən əməllərin xəta olub-olmamasını, xəta törətməkdə şübhəli olan şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin əmələ görə ona ədalətli tənbeh təyin edilməsinə yönəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs öz əməli ilə bağlı küçədə yüksək səslə qışqıraraq danışmaqla orada olan şəxslərin dincliyinin pozulması, bu hərəkətləri ilə ictimai qaydanı pozduğu üçün onun əməli İXM-nin 535.1-ci maddəsindən İXM-nin 510-cu maddəsinə tövsif edilməlidir. İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. İXM-nin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə törədilən inzibati xətanın törədilmə şəraitini, inzibati xətanın necə törədildiyini, inzibati xəta tərkibinin yaranması üçün əsasları araşdıraraq hesab edir ki, hazırki iş üzrə protokol tərtib etmiş şəxs tərəfindən qanunun tələbləri düzgün tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həbs edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-nin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15 günədək müddətə inzibati həbs nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 510-cu mаddəsi ilə təqsirli bilinib, bаrəsində 5 (beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q ə r a r a a l d ı:

Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu mаddəsinə tövsif edilsin. Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə 5 (beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 04 may 2023-cü il tаrixdən, sааt 10:40-dan hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Göygöl rаyоn polis şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Hаkim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___________________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan

İş № 3(066)-230/2023 «05» may 2023-cü il

Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Zaur Nəsirova

Göygöl Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 3(066)-230/2023 nömrəli qərarının surəti icra edilməsi üçün Sizə göndərilir.

Qoşma: qərarın surəti “ ” səhifə.

Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___________________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan

İş № 3(066)-230/2023 «05» may 2023-cü il

Şəxs ünvan: Göygöl rayonu, Üçtəpə kəndi

Göygöl Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 3(066)-230/2023 nömrəli qərarının surəti məlumat üçün sizə göndərilir.

Qoşma: qərarın surəti “ ” səhifə.

Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___________________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan

İş № 3(066)-230/2023 « 05 » may 2023-cü il

Göygöl rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin rəisinə

Göygöl Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 3(066)-230/2023 nömrəli qərarının surəti barəsində inzibati həbs tənbehi tətbiq edilən şəxs Şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Şəxs 05 may 2023-cü il tarixli, 3(066)-230/2023 nömrəli qərarın surətini alması ilə əlaqədar məhkəmə qəbzinin imzalanaraq Göygöl Rayon Məhkəməsinə göndərilməsini xahiş edirəm.

Qoşma: qərarın surəti “ ” səhifə.

Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar