Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-230/2024 25.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1984-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Göygöl rayonu Qızılqaya qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(066)-180/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 12 dekabr 2022-ci il tarixdən başlayaraq 22 iyul 2006-cı il təvəllüdlü X2, 30 yanvar 2009-cu il təvəllüdlü X3 və 23 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay, hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, 390 (üç yüz doxsan) manat məbləğində aliment Zərərçəkmiş şəxs ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 7020 (yeddi min iyirmi) manat aliment borcu yaranmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 25 iyun 2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, o, Göygöl rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(066)- 180/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 12 dekabr 2022-ci il tarixdən başlayaraq 22 iyul 2006-cı il təvəllüdlü X2, 30 yanvar 2009-cu il təvəllüdlü X3 və 23 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay, hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, 390 (üç yüz doxsan) manat məbləğində aliment Zərərçəkmiş şəxs ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 7020 (yeddi min iyirmi) manat aliment borcu yaranmışdır. Lakin işləmədiyi, maddi imkanı aşağı olduğu üçün borcunu ödəməmişdir. Borcunu tez bir zamanda ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(066)-180/2023 saylı qətnaməsinə və icra icra sənədi 11 may 2023-cü icraata daxil olduqdan sonra borclu Şəxs tələbin könüllü icrası barədə 11 may 2023-cü il tarixli bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. Şəxs hal-hazırda Zərərçəkmiş şəxs 7020 (yeddi min iyirmi) manat aliment borcu yaranmışdır. Borclu Şəxs heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İş materillarında olan Göygöl Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(066)-180/2023 saylı qətnaməsi və icra vərəqəsindən məlum olur ki, 12 dekabr 2022-ci il tarixdən başlayaraq 22 iyul 2006-cı il təvəllüdlü X2, 30 yanvar 2009-cu il təvəllüdlü X3 və 23 oktyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay, hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, 390 (üç yüz doxsan) manat məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməlidir Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 25 iyun 2024-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Göygöl rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(066)-230/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-230/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver